"Bu dünyadan o dünyaya"
Bir körpü var - görsənməyən
Bu dünyadan o dünyaya...
Nə apara biləcəksən?
Bu dünyadan o dünyaya?!
Üryan gəldin, gedəcəksən
Nə vaxt tövbə edəcəksən?
Rəhmət apar, sənə əhsən!
Bu dünyadan o dünyaya!
Niyyət ilə, əməl ilə,
İmanını məşəl elə.
Namazın qıl, cənnət dilə,
Bu dünyadan o dünyaya!
Bu körpüdən iki yol var,
Biri cənnət, biri yanar...
Cəhənnəmdən qorxmayanlar,
Sonda orda yanacaqlar.
Bu dünyadan... o dünyaya...
"Anlamadım" - keçməyəcək.
Varlı, kasıb seçməyəcək
Kim deyər ki, köçməyəcək?!
Bu dünyadan o dünyaya?!
"Axirət zamanında"
Qiyamətlər qopacaq,
Haqq yerini tapacaq.
İman - tək sığınacaq,
Axirət zamanında.
Mehdi Dəccal üz-üzə
İsa gələr - möcüzə!
Bərk sarıl dinimizə,
Axirət zamanında.
Namaz, oruc, zəkatla,
Yaşayan təmiz adla.
Quran - nicatdır, anla!
Axirət zamanında!
Zənginlik - iman olar!
Ey şeytana uyanlar!
Yanacaq aldananlar
"Cəhənnəm qazanında"
Axirət zamanında!
"Tövbəsini pozanlar"
Bilmədən günah etdi, günahını anladı,
Onu başa saldılar, özü-özünü danladı.
Tövbə etdi, günahını tez yumağa tələsdi,
Tələsməsin tövbəyə, tövbəsini pozanlar.
İman nuru qəlbinə saçılıbsa, əmin ol,
Demirəm elə bu gün dönüb sən də mömin ol.
İmanına sığınman, anlasan bir həvəsdir,
Vəd etməsin tövbəyə, tövbəsini pozanlar.
Sənə bir yol açılıb - nicat yolu, haqq yolu
Sənə bir işıq olub İslamla Allah qulu.
Xəyanətdi tövbəyə əməl etməmək, anla
Haram qatar tövbəyə, tövbəsini pozanlar.
Anlamadan etdiyin günahdır, əhvin dilə,
Düz yolu tanımırdın, Allahdan imdad dilə!
Quranda tapdığın yol İslamla, əməl ilə!
Pis bir günaha batar, tövbəsini pozanlar.
Sənə verilən çıraq elə səni yandırar,
Haqq dünyada vicdanın səni alovlandırar.
Sən nuru itirərsən, tövbəni pozan anda
Yeni tövbə axtarar... tövbəsini pozanlar.
Bu bir oyun deyil ki, qaydasını pozasan?!
“Oynamıram” deyəsən, yeni qayda “yazasan”.
Nə qədər gec olmayıb, ayıl, tövbə et, dayan!
“Tezdən gələr növbəyə”... tövbəsini pozanlar...
XƏBƏR LENTİ
4 gün iş, 3 gün istirahət - Azərbaycan buna hazırdırmı?
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
2 həftəyə 8 kiloqram arıqlayın
BÜRCLƏR bizə nə vəd edir?-8 Oktyabr
Toyuq ətli salat (foto resept)
İyulun havası: 43 dərəcə isti
Yaş salfetlərdəki təhlükədən xəbəriniz var?
İrəvanın böyük məğlubiyyəti
4 fərqli hörük modeli
Hava haqqında - 27.08.2013
Bəzədilmiş salat nümunələri
Saçları seyrəkləşdirən səbəblər
Günün ulduz falı - 09.08.2013
Qonaq otağı üçün pərdələr
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi - RƏSMİ
Zakir Həsənov: “Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır”
Qız bürcü qadını
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Günün qoroskopu: hər şey qarşılıqlı olacaq
Bakıda mənzillərin qiymətləri - CƏDVƏL
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Yerin yaxınlığından daha bir ASTEROİD keçdi-FOTO
Xəzərlə bağlı razılaşma
Karantin dövrünün təbiətə müsbət təsiri
Ermənilər suyumuza qənim kəsiliblər
Sadə bantın hazırlanması
Bakı bulvarında möhtəşəm yenilik
Tarixin ən çılğın 10 diktatoru: İnanılmaz qadağalar - FOTO.
Sibel Can cavabı ilə təəccübləndirdi-FOTO
Azərbaycana güclü qar yağıb
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Ailə ixtilafları - II hissə
Psixoloji problemlər zamanı dərman qəbulu
Bütün Amerika bu kitabı oxuyur
Hərbi Akademiyanın magistraturasına qəbul olmaq istəyənlərin nəzərinə
Oruckən ağız qoxusunun qarşısını almaq üçün xüsusi üsul
Orqanizmdə vitamin balansının pozulması
Savaşdan danışıldı
Uşaqlar üçün tortlar
Leksika - 3
HAVA necə olacaq?-5 yanvar
Məşq sonrası aclıq böhranı
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Ancelina Colidən qorxulu etiraf
İnformasiyanı haradan alırsınız?
Gecə üzə qulluq
Azərbaycanda peşə məktəblərində yenilik
HAVA necə olacaq?-9 FEVRAL
İlham Əliyev xizək sürdü
- ŞƏRHLƏR