Fikrimcə, hər valideynin, yəni ata və ananın ən böyük arzusu doğulacaq körpəsinə öz sevdiyi adı ünvanlamasıdır. Ancaq bu arzu hər bir valideynə nəsib olmur. Düşünsək ki, biz ailə əhatəsində, ən əsası da oğlanın valideynləri ilə yaşayırıq, onların da ad qoymaq arzusu ön plana çəkilir. Təbii qəbul edirəm. Onlar öz övladlarını həddi-buluğa çatdırır, təhsilə yiyələndirir, evləndirir. Övladdan tək təmənna isə nəvə olur.Nəvəm olsun ona ad qoyacam, onu gəzdirəcəm, onunla yeni bir nəfəs tapacam. Əbəs yerə "nəvə baladan da şirindir" deməyiblər. Açıq danışaq ki, qoymaq istədikləri hər ad valideynin, ələxsus da, ananın könlünə yatmaya bilir. Bu vəziyyətdə neynəməli? Razılaşmalı, yoxsa imtina etməli?
Dinimizlə götürdükdə valideynin övlad qarşısında olan ilk vəzifəsi ad qoymaqdan başlayır. Hətta adın mənası, mənasındakı gözəllik ən vacib şərtlərdəndir. Qulağa xoş gələn hər bir adı övlada qoymaq olmaz. İlk öncə həmin adı analiz etməli, ondan aydın bir məna çıxarmalıyıq. Məna heç nəyə dəlalət etmirsə övlada qoymağımız düzgün olmaz.
Bəs, bu zaman nə etməli?
Şərtdir ki, adlar mütləq Qurandan, peyğəmbərlərdən qoyulsun?
Xeyr. Hətta elə dini adlar vardır ki, insanlar kor-koranə övladlarına şamil edir. Ancaq düşünmürlər ki, mənasını aydınlaşdıraq. Məsələn, Uca Allaha ünvanlanan tək, yeganə, əvəzedilməz kimi mənaları daşıyan adlar var ki, onları övladlarımıza qoymağımız düzgün deyildir. Ancaq ümumilikdə götürdükdə dinimizdə elə gözəl, mənalı, düşüncəli adlar var ki, hər bir valideyn seçib qoya bilər.
Fikrimcə ad qoymaq önəmli faktordur. Çalışaq, heç kəsin qəlbinə toxunmayaq. Ad gözəl mənanı daşısın, hansı ailə nümayəndəsinin qoymasının fərqi yoxdur. Bir də ki, övlad seçilən həmin ada layiqli övlad olsun. Adının gözəlliyi hər zaman onu daşıyanın xarakterində, addımlarında əks olunsun. Valideynin ən zəngin xəzinəsi onun tərbiyələndirdiyi, cəmiyyət qarşısına çıxardığı övladlarıdır.
Allah hər birimizin övladlarını qorusun.Olmayanlara da tezliklə bu hissi ürək sevinci ilə yaşatsın. Amin!!!
XƏBƏR LENTİ
Ətli toplar (foto resept)
Azərbaycan Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
Qoyun onlar yatsınlar
Kraliça özünə aşbaz axtarır-FOTO
Engin Altan "Diriliş Osman"-a qayıdır?-FOTO
Fast foodların kalorisini bilirsinizmi?
Yaddaş testi
Bakıda ev alqı-satqısında müdhiş fırıldaq
Qadınların güclü olduğunu göstərən 5 film
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
Rasputinin 9 öncəgörməsi
İtaliya mətbəxindən "Şokoladlı Tiramisu" (foto resept)
Eminanın hamiləlik xəbəri yayıldı-FOTO
Azərbaycanda daha 45 nəfər koronavirusdan öldü: 3962 yeni yoluxma
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Amerikanın ən böyük bankı minlərlə işçisini qovdu
Tərtərdə nə baş verir?
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Evdə qırmızı dodaq boyasını necə hazırlamalı?
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 2961 yeni yoluxma
Ramazanda bunları bilməniz vacibdir
Sousların hazırlanması
Rusiyada 60 minə yaxın yeni “iPhone” satılıb
Dekorativ qidalar - foto
Yorğunluğu aradan qaldırmaq üçün məsləhətlər
Günəşin tutulması Yerə təsirsiz ötüşmədi
ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək
Bu gün virtual “Son zəng” keçiriləcək
Filipp Kirkorovun Kapadokya istirahəti - FOTO
Leyla Əliyeva: "Onlar yalan danışa, ikiüzlü ola bilmirlər"
Doğulacaq uşaqlarının adı bəlli oldu
100 yaşlı nənə ad günündə atıldı
Qara nöqtələr üçün qəhvə maskası
Fərhad Göçer qadınlara dəstək oldu
6 serial birdən finala çıxacaq
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda güclü istilər olacaq
Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, biri vəfat etdi
Azərbaycanlı aktyor vəfat edib
Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?
Altıaylıqsan?..
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Müəllimlərlə bağlı VACİB QƏRAR
Kinoteatrlarımız bizdən bu pulu niyə alır?
Bürclər rəsmlərdə
Şərqlə-qərb mədəniyyətindəki fərqlər
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
- ŞƏRHLƏR