Qadin.NET / Yeni doğulan körpəyə adı kim qoymalıdır?

Yeni doğulan körpəyə adı kim qoymalıdır?

 Yeni doğulan körpəyə adı kim qoymalıdır? 

 

 Fikrimcə, hər valideynin, yəni ata və ananın ən böyük arzusu doğulacaq körpəsinə öz sevdiyi adı ünvanlamasıdır. Ancaq bu arzu hər bir valideynə nəsib olmur. Düşünsək ki, biz ailə əhatəsində, ən əsası da oğlanın valideynləri ilə yaşayırıq, onların da ad qoymaq arzusu ön plana çəkilir. Təbii qəbul edirəm. Onlar öz övladlarını həddi-buluğa çatdırır, təhsilə yiyələndirir, evləndirir. Övladdan tək təmənna isə nəvə olur.Nəvəm olsun ona ad qoyacam, onu gəzdirəcəm, onunla yeni bir nəfəs tapacam. Əbəs yerə "nəvə baladan da şirindir" deməyiblər. Açıq danışaq ki, qoymaq istədikləri hər ad  valideynin, ələxsus da, ananın könlünə yatmaya bilir. Bu vəziyyətdə neynəməli? Razılaşmalı, yoxsa imtina etməli?

 

Yeni doğulan körpəyə adı kim qoymalıdır?
 

Dinimizlə götürdükdə valideynin övlad qarşısında olan ilk vəzifəsi ad qoymaqdan başlayır. Hətta adın mənası, mənasındakı gözəllik ən vacib şərtlərdəndir. Qulağa xoş gələn hər bir adı övlada qoymaq olmaz. İlk öncə həmin adı analiz etməli, ondan aydın bir məna çıxarmalıyıq. Məna heç nəyə dəlalət etmirsə övlada qoymağımız düzgün olmaz.  

Bəs, bu zaman nə etməli?  

Şərtdir ki, adlar mütləq Qurandan, peyğəmbərlərdən qoyulsun?

 Xeyr. Hətta elə dini adlar vardır ki, insanlar kor-koranə övladlarına şamil edir. Ancaq düşünmürlər ki, mənasını aydınlaşdıraq. Məsələn, Uca Allaha ünvanlanan tək, yeganə, əvəzedilməz kimi mənaları daşıyan adlar var ki, onları övladlarımıza qoymağımız düzgün deyildir. Ancaq ümumilikdə götürdükdə dinimizdə elə gözəl, mənalı, düşüncəli adlar var ki, hər bir valideyn seçib qoya bilər.

 

Yeni doğulan körpəyə adı kim qoymalıdır?
 

Fikrimcə ad qoymaq önəmli faktordur. Çalışaq, heç kəsin qəlbinə toxunmayaq. Ad gözəl mənanı daşısın, hansı ailə nümayəndəsinin qoymasının fərqi yoxdur. Bir də ki, övlad seçilən həmin ada layiqli övlad olsun. Adının gözəlliyi hər zaman onu daşıyanın xarakterində, addımlarında əks olunsun. Valideynin ən zəngin xəzinəsi onun tərbiyələndirdiyi, cəmiyyət qarşısına çıxardığı övladlarıdır.

 

Allah hər birimizin övladlarını qorusun.Olmayanlara da tezliklə bu hissi ürək sevinci ilə yaşatsın. Amin!!! 


18 yanvar 2013
GO BACK