Məşhur pedaqoq C.G.Salzman araşdırma aparmaq üçün çəmənliyə çıxdığı günlərdən birində, çaxıl daşları arasında günəş şüasını qəbul edən xərçəng görür. Böyük olan ata və ya ana xərçəng idi, yanında da iki bala xərçəng vardı. Salzmanı görən böyük xərçəng, arxa-arxaya gedərək ordan uzaqlaşmaq istədi. Onu görən bala xərçənglər də bu hərəkəti təqlid edərək onun arxasınca getdilər. Bu hadisə Salzmanın beynində yeni fikir oyatdı:
“Uşaqlar, ata və analarından gördükləri şeyləri təqlid edir və nəticədə, onlara bənzəyirlər”.
Şəxsiyyətin inkişafında birinci dərəcədə təsirli olan ailədir, ətraf ondan sonra gəlir. Əgər ailədən götürdükləri numunə davranışlar ətrafdan və yoldaşlardan götürdüklərinə bənzəyirsə, uşağın şəxsiyyətinin səxsiyyətini formalaşmasında daha qalıcı bir təsir göstərir.
Pis əxlaqlı bir uşaq ya ananın, atanın, ya da hər ikisinin ortaq əsəridir. Ana və ataların çoxu uşaqlarında gördükləri səhv bir davranışın səbəblərini ətrafda axtarırlar. Uşağınızda səhv bir hərəkət gördüyünüz zaman ona xəbərdarlıq etməzdən əvvəl özünüzdə bu davranışın az da olsa olub, olmadığını araşdırın. Əgər bu davranış sizdə varsa, xəbərdarlıqlarınız və nəsihətləriniz boşa gedəcək.
Salzmanın “Xərçəng Kitabı” adıyla məşhur olan əsərində, uşağınızın yaxşı yetişməsi üçün isə ana-atalardan başlamalı olduğu izah edilir. Onun fikrincə bu tərs bir metodla edilə bilər. Yəni pis yetişdirmənin yollarını göstərərək yaxşıya çatmaq hədəf götürülür. Aşağıdakı maddələri oxuyarkən bu nəzərə alınmalıdır:
1.Cəsarətsiz və etibarsız uşaq yetişdirmənin yolları
Uşaqlarınızdan hər şeyin ən mükəmməlini etmələrini istəyin.
Etdikləri hər işdə mütləq bir səhv tapın.
Onları müvəffəqiyyətli qonşu, ya da qohum uşaqları ilə müqaisə edin.
Hər kəsin qarşısında səhvlərini üzünə vurun, utandırın.
Səylərini kiçik hesab edin.
2.Bacarıqsız və qorxaq uşaq yetişdirmənin yolları
Yeməyini siz yedirdin, paltarlarını, ayaqqabılarını siz geyindirin.
Özbaşına iş etməsinə icazə verməyin.
Sizin köməyiniz olmadan bir iş bacara bilməyəcəyini söyləyin.
Fiziki təzyiqlə, döyərək qorxudun.
3. Uşağı alçaltmağın yolları
Dürüstlüyün qarın doyurmadığını, pulun hər qapını açdığını, kasıbçılığın xəcalətverici bir həyat olduğunu izah edin.
Özlərində nə olursa olsun, həmişə başqalarında olanın yaxşı olduğunu vurğulayın.
4. Uşaqları inadkar etməyin yolları
Uşaqların hər istədiyini yerinə yetirin.
Onları oyuncaq və hədiyyə yağışına tutun.
Heç bir arzularını inkar etməyin.
Hər işi mütləq bir mükafat qarşılığında etdirin.
5. Uşaqları özünüzə qarşı kinli etməyin yolları
Uşağınıza qarşı daim tərs və qaş-qabaqlı olun.
Yoldaşlarının yanında qəbahətlərini üzünə vurun.
Niyyətinin nə olduğuna baxmadan ən kiçik qəbahətlərdə cəzalandırın.
6. Uşaqları yalana alışdırmağın yolları
Onlara yerinə yetirə bilməyəcəyiniz vədlər verin.
Başqalarına yalan danışaraq uşaqlarınıza nümunə olun.
Kiçik bir səhv etdikdə və bunu dürüstlüklə söylədikləri zaman vurun.
Yalanlarına göz yumun.
Uşaqlar, ata və analarından gördükləri şeyləri təqlid edir
Ardı var...
XƏBƏR LENTİ
Bürclər necə üzr istəyir?
Uşağı necə əmizdirmək lazımdır
Mənim əl işlərim (1)
Əsl yay salatı (foto resept)
Broşlar
Günün ulduz falı - 01.12.2013
Salfet ilə süfrələrinizi bəzəyin (3)
Qadın siyasəti
Ayaqaltı modelləri
Həyat deyilən bir şey var...
Günün qoroskopu: ciddi uğurlar zamanıdır
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
Azərbaycanda əhalinin sayı artıb
Vafli (foto resept)
Köhnə kitablar üzərində rəsm əsəri
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Azərbaycanda hava xəbərdarlığı - qar gəlir
Konfransda Leninin ruhu ilə danışdılar
Disney şəhzadələrinin modern görünüşləri
Xanımların sevdiyi hədiyyələr
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Qadın.Net-lilər üçün avatarlar
Saçlarınız üçün lazım olan qidalar
“Facebook” istifadəçilərə pul verəcək
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
Bakıda ictimai nəqliyyatın iş rejimi dəyişdirilir
Milyoner 2-ci mərtəbədən yıxıldı-SƏBƏB
İlk modulyar planşet satılır
Emily Ratajkowski'nin gözəl dərisinin sirri
Boşanmanın səbəbləri
Google şirkəti Qreys Hopperi andı
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Türkiyə silkələndi - TƏŞVİŞ
Artur Rasizadə qanunu dəyişdi
Nişanlılar üçün qoşa üzüklər
Azərbaycanda ən çox yoluxma haradadır?
Millimizin "Şaxtyor"la oyununda unikal hadisə
Qızlar üçün məktəbli çantaları
Ən yaradıcı instgram şəkilləri
63 qadın səmada rekord vurdu
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Rəngarəng saatlar
Zakir Həsənov Qarabağdan danışdı
"iPhone"nun qiyməti düşür
Külək Zərdaba ciddi ziyan vurub
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
- ŞƏRHLƏR