Körpəm iştahsızdır
Bir çox valideynlər təlaşlanmağa başlayırlar: "Körpəm niyə əvvəlki kimi yemir?" Çünki körpələrin artıq başqa həyatı başlamışdır. Eyni zamanda diş çıxarma da körpələrin birinci ilində qidalanmasına təsir edən ünsürlərdən biridir. Bu yaşdakı körpələr yeməklərini az yeməyə başlayırlar. Ancaq həm də çeşidli yeməklərin dadları ilə tanış olurlar. Artıq duru yeməklərdən qatı yeməklərə keçiblər.
Bu yaş mərhələsində övladınız 3-ü qatı, 2-si duru qidalardan ibarət olmaqla 5 vaxtda yemək yeməlidir. Ana yeməklərə qatılarla başlanmalıdır. Uşaq ana südündən kəsilməyibsə, ana yemək araları zamanı qidalana bilər. Su və ya şəkərı az olan kompot qatı yeməklərdən sonra verilə bilər.
1 yaşından yuxarı olan övladınız hələ də qatı yemək əvəzinə maye dolu şüşəni istəyirsə, bu, onun qidalanma vərdişinin yanlış istiqamətdə olduğuna işarədir. Qatı qidalara başlanmasına altıncı ay uyğun olsa da, bəzi körpələrin bir az da zamana ehtiyac duyması normal hesab olunmalıdır. Uşağınızın yeni dadlara və bu dadların ağızda verdiyi yeni hisslərə alışa bilməsi üçün zamana ehtiyacı vardır. Bəzi uşaqlar yemək seçməyə başlayarlar, bəziləri də daha az iştahlı olarlar.
Qeyd: Bəzi uşaqlara istəmədiyi bir yeməyi verdikdə onu ağızlarında saxlayırlar. Sonra da öyüyürlər. Uşağınızın ağzının dolu olduğunu görəndə sakitcə onu çıxarmasını söyləyin. Həmin yeməyi 1 həftə ərzində bir daha verməyin. Sonra təkrar yenə yoxlayın.
Uşağınız gecəyarısı süd içmək üçün oyanırmı?
Belə hal varsa, səbəb uşağın qatı qidaları istəmədiyi üçündür. Təəssüf ki, bir çox analar 1 yaşındakı uşaqlarına gecələr süd verməkdə davam edirlər. Sonra isə uşaqların qatı qidaları rədd etmələrindən şikayət edirlər. Əgər uşaq gecələr qarnını ana südü və ya əvəzedici südlə doldurursa, gündüz qatı qidalar üçün yer qalmır.
Uşaqlarınız yemək saatlarında narahat olurlarmı?
Belə hallarda valideynlər aşağıdakı qayğıları yaşaya bilərlər:
- Yemək yeməsi üçün evin içində uşağın arxasından qaçmağa məcbur oluram.
- Uşağım yemək stulunda oturmur, oradan çıxmağa çalışır.
- Uşağımın sərbəst şəkildə oturub yemək yeməyə heç həvəsi yoxdur.
- Nə etsəm də önlük geyməyi rədd edir.
- Tez-tez yeməkləri yerə atır və ya başına sürtür.
Uşaqların yemək stulunda göstərdiyi davranışları onun daxil olduğu böyük inkişaf dövründə rast gəlinir. Bir çox uşaq bu dövrdə yeriməyə başlayar, bəziləri hələ də iməkləməkdə və ya dırmanmaqda davam edərlər. Amma hamısı maraq içərisindədirlər. Yemək yeyilməsi onlar üçün əyləncə sırasında ən sondadır. Özünüz düşünün, kəşf ediləcək bu qədər şey var ikən bir stulda 10 dəqiqə oturmaq uşaq üçün bir ömür deməkdir.
Bu yaşda uşaqların yeməmək problemini həll etmək üçün valideynlər yemək vaxtını nizamlamalıdırlar. Məsələn, əgər uşaq önlüyünü taxmaq istəmirsə, ona iki önlük göstərib, "Hansını taxmaq istəyirsən?" deyə soruşa bilərsiniz. Amma bununla yanaşı, ağzına bir loxma atsın deyə mətbəxdə ardınca qaçırsınızsa, demək, onu gərəyindən çox seçimlə baş-başa qoyursunuz. Valideynlərin kiçik yaşlı uşaqlarına verdiyi yanlış "Acdınmı?" sualı yerinə "İndi yemək vaxtıdır" demələri yetərli olacaqdır. Bilin ki, kiçik yaşlı uşaqlara yeməklə bağlı seçim şansı verilməməlidir. Sadəcə "İndi axşam yeməyidir" deyə bilərsiniz. "Yox" deyərlərsə, yenə onları süfrə arxasına oturdun. Qarnı ac olan uşaqlar yeyəcəklər.
Qeyd 1: Uşağınız bir loxma daha yeməsi üçün ağzını açmağa etiraz edirsə (buna çox diqqət edin), yeməyini bitirdiyini və artıq istəmədiyini qəbul edin!
Qeyd 2: Bəzi ailələr üçün yemək zamanı oyun zamanıdır. Sonra da uşaqlarının niyə nadinc davranıb ortalığı bir-birinə qatmasını anlamırlar. Əgər yemək dolu qaşığı "təyyarə" deyə uşağın ağzına "uçurmağa" çalışırsınızsa, uşağınızın daha sonra yeməkləri qaşıqsız şəkildə uçurtmasına çalışmasına heç çaşmayın...
Bundan başqa, uşağınıza yemək üçün heç bir zaman dil tökməyin, acanda yeyəcək. Uşaqlara yemələri üçün dil tökəndə yeməzlər. Amma bu zaman onlarda başqa hisslər yarana bilər. Uşaqlar yemədiyi üçün bizim kədərləndiyimizi görərlərsə, "Bundan bir silah kimi istifadə edərəm!" deyə düşünə bilərlər.
Uşaq masa arxasına oturdulan zaman yenə də yemək istəməzsə, onu stuldan endirib masadan uzaqlaşdırmaq lazımdır.
Uşaqların yemək zamanı göstərdiyi davranışların bir çoxunu aradan qaldırmaq çətin olur. Çünki, kiçik yaşlı uşaqların öz dünyalarına aid hərəkətləri vardır. Ancaq analara tövsiyə olunur ki, yemək zamanı uşaqla yeməklər haqqında danışsınlar. Bununla uşağın marağını çəkmiş olarlar. Məsələn, uşağa "Kartoflar hardadır?" kimi suallar, "Pomidor qırmızı rəngdə olur" kimi cümlələr deyə bilərsiniz. Və bunları ona dediyiniz zaman gülümsəyin, yeməyə başladıqda tərifləyin. Yeməyini kəsib ayağa qalxdığını hiss edəndə onu stuldan endirib belə deyin: "Yaxşı, yemək bitdi. İndi də əlləri yumaq vaxtıdır".
Qeyd 3 : Kiçik yaşlı uşaqların əşyaları yerə atmaqdan xoşları gəlir. Onlar üçün sizə bir top atmaqla bulka atmaq arasında bir fərq yoxdur. Əgər uşağınız 1 yaşdan kiçikdirsə, narahat olmayın, bunu sizin diqqətinizi çəkmək üçün etmir. Amma gələcəkdə yeməklərin yerə atılmasını qəbul etmədiyinizi açıq şəkildə bildirin. Şanslısınızsa, atdığı yeməklərdən biri hələ başınıza düşməyibsə, hazırlıqlı olun. O an bir gün gələcək. Gələndə isə gülməməyə (bir çox valideynlər buna gülürlər) çalışın. Sadəcə "Xeyr, yeməkləri başa ata bilməzsən. Yeməklər yeyilməsi üçündür" deyin və yeməyini qabağından götürün. Bu anda onu idarə edə bilməsəniz, inanın ki, sonrakı mərhələdə, 2-3 yaş arası dövrdə süfrə başında daha çox arzuolunmaz davranışların öhdəsindən gələ bilməyəcəksiniz...
XƏBƏR LENTİ
Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
Azərbaycan futbolunun "mərdimazar"ları
Metroda şalvarsız gün
Nyu-York moda həftəsi, Ralph Lauren
Uşaq otaqları üçün fərqli dizaynlar
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Ömrü uzadan səbəblər
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Məhkəmə ANS-lə bağlı QƏRARını açıqladı
Saç uzadan zeytun yağı
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Doğum gününə görə xarekter ( sentyabr)
“Helikopteri ruslar vurub”
Üz formasına görə qaş formaları
Ayrılmağı Serenay istəyib
Kriştianu Ronaldunun bacısı qardaşının koronavirusa yoluxmasına inanmır
Ağız qoxusuna son
Kosmetikamızı özümüz hazırlayaq
Həkiməqədər ilk yardım
Çuğundur salatı
ABŞ yeni qırıcıları sınaqdan çıxarıb
Dərini 1 gecəyə ağardan maska
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Diqqət: Xəzərdəki xəstəlikdən qorunun
Göz hərəkəti nədən xəbər verir?
Azərbaycanda 5 gün iş olmayacaq
Britni Spirsin fotoşop yalanı üzə çıxdı - FOTO
Payız aksesuarı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
Londonun hava məkanı bağlandı
Qarğıdalı unundan hazırlanan maskalar
Azərbaycanın tanınmış professoru vəfat etdi
“Zəfərə doğru” bayraq yürüşü oldu - FOTO
Depressiyanın əlamətləri
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı
Demet Özdemir İlk Dəfə ETİRAF etdi-FOTO
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA
İlham Əliyev başsağlığı verdi
Məşhur aktrisa ərə getdi-FOTO
Limonla gözəlləşin
Yanvarın 17-si UŞAQLARI bağçalara APARMAYIN!-RƏSMİ XƏBƏRDARLIQ
Yalançı toyuq budu (foto resept)
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
Cennifer Lopez güllə keçirməz villada qalacaq!-FOTO
"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var"
Jerar Depardye Rusiyadan qaçdı
- ŞƏRHLƏR