Reklamlar müəyyən firma və markanın satışlarını artırsa da, onlarda insanların zehnini manipulyasiya edən bir sıra üsullardan istifadə edilir. Bu reklamlar hazırlanarkən xüsusilə böyümə çağında olan uşaqların zehninə mənfi təsir edə biləcək manipulyasiyalara diqqət yetirilməlidir. Reklam firmalarının hədəf seçdikləri uşaqlar reklamlardan təsəvvür edildiyindən daha çox mənfi səviyyədə təsirlənir. Xüsusilə təmizlik və qida maddələri kimi firma reklamlarından uşaqların mənfi şəkildə təsirlənməmələri üçün verilən mesajların və animasiyaların hətta pedaqoq yoxlamasından keçərək yayımlanması məqsədəuyğundur.
Hər hansı məhsul uşaqlıq yaşlarından istifadəyə vərdiş halına gətirilsə, firma nəsillər boyu davamlılığını qoruya biləcəyi fikrini əsas tutaraq reklam sərmayələrini adətən uşaqlar vasitəsilə əldə edir. Reklam çarxlarına diqqətlə baxsanız, animasiyaların və balaca aktyorların diqqət çəkdiyini görəcəksiniz.
Gündəlik həyatımızın bir parçası halına gələn reklam çarxları bəzən psixologiyamıza mənfi istiqamətdə də təsir edir. Hansısa təmizlik firmasının reklam çarxında “görünməyən mikroblar” kimi təqdim olunan mikroblar “təkgözlü canavar” kimi animasiya edilir və canladırılıb danışdırılır. “O yuyucu maddə bizə təsir edə bilməz” deyərək qəh-qəh çəkib gülərkən birdən adı gedən “qorxulu güclü yuyucu maddə” ortaya çıxır - almanız lazım olan yuyucu maddə. “Yaşasın” - deyə sevinirsiniz. Amma diqqətdən qaçan bir şey var - şüuraltına fərqində olmadığınız toxum əkilir. Xüsusilə də uşaqların şüuraltına reklam firmalarının əkdiyi "gözlə görünməyən təkgözlü , ikibaşlı, bəzən yaşıl, bəzən qırmızı başlı canavar mikroblar". Bununla da obsessiv-kompulsiv pozğunluğun ilk toxumları əkilir. Uşaq, ya da yetkin şəxs bu reklam səbəbiylə özü də fərqində olmadan qayğı və narahatlıq duyur. İzlədiyi bu reklam üzündən onun müxtəlif istiqamətləri haqda düşünməyə və ətrafındakı "çirk" üzərində daha çox diqqətini cəmləməyə başlayır.
Ev tapşırıqlarını bitirən uşaq artıq sərbəstdir və televizora baxa bilər. Çox kiçik yaşlardan etibarən televiziyanın təsirlərinə məruz qalan uşaq üçün TV bir ictimailəşmə vasitəsi olduğu kimi, söz ehtiyatının inkişafına, xarici dünya ilə əlaqələrin inkişafına, həyati təcrübələri qəbul etməsinə imkan verir. Ancaq bütün bunlar müəyyən dövrə qədər valideynlərin nəzarəti altında olmalıdır.
Hər yaşın zehni inkişafı fərqli olduğundan uşağın TV-də gördüklərini qəbul etmə forması da yaş aralıqlarına görə fərqlidir. Bu məlumata görə:
Bir yarım yaşdan 3 yaşa qədər olan uşaqlıq dövrü təqlid mərhələsi olduğu üçün uşaqlar bu dövrdə TV-dən nə öyrənsələr, tutuquşu kimi eynilə təkrar edirlər. Bu dövrdə valideynlər uşaqlarının etdiklərindən çox əylənirlər və bunu görən uşaq xoşlanaraq eyni davranışı davam etdirir.
3 yaşdan 5 yaşın sonlarına qədər keçən müddətdə uşaqlar artıq təqlid mərhələsini bir kənara qoyub analiz mərhələsinə keçir və gördüklərinin ardındakı mənaya baxırlar. Məsələn, qida reklamında şokolad qazanına düşüb birdən boyu uzanan uşağı gördüyü zaman özünün də belə olub-olmayacağını düşünür və eyni qazana nə vaxt düşəcəyini gözləyir, ümid edir və ətrafındakılardan soruşur. Ya da mikrobları yox edən təmizlik reklamlarına baxan uşaq öz unitazlarında da eyni mikrobların yaşadığını düşünərək anasına təmizlik maddəsini tökdürdükdən sonra unitaza oturur.
Firmalar reklam yoluyla insanlara təsir etməyə çalışarkən uşaqlarımız psixoloji problemlərlə üz-üzə qalır. TV-də üç, beş yaşındakı uşaq o canavara oxşar pis səsli mikrob animasiyasını gerçək hesab edərək qorxur və hər yerdə mikrob olduğunu sanaraq bunu ciddi təhlükə kimi qəbul edir. Sonra isə anasından hər yeri və hər şeyi fasiləsiz təmizləməsini istəyir. Nəticədə firma təmizlik və gigiyena anlayışını pis bir anlayış ilə eyniləşdirərək uşağın psixologiyasına mənfi təsir edir. Ya da başqa bir firma “2 qaşıq bizim qidadan yesəniz, boyunuz bir neçə santimetr uzanacaq” - deyə gerçək olmayan məlumat verərək uşağı yanıldır. İnsanlar boyları, ya da çəkiləri ilə qiymətli və ya qiymətsiz deyillər ki. Belə erkən yaşda niyə uşaqlarımızı özlərindən küsdürürsünüz? Qoyun özlərini olduqları kimi sevsinlər.
Reklamlar rəngli, sürətlə keçən, gerçəklə əlaqəsi olmayan şişirdilmiş ifadələr, film qəhrəmanları və balaca aktyorlarla diqqət çəkir. Bu vəziyyət uşaqlarınızın gələcək psixoloji və sosioloji quruluşuna ciddi zərər verir. Bunun qarşısını almaq üçün ya bu cür reklamlara baxmasına mane olun, ya da sizdən bu reklamlarda gördüyü bir məhsulu istədiyi zaman ona başa düşəcəyi dillə bu reklamın gerçək olmadığını, yalnız satışları artırmaq məqsədilə qurulan oyun olduğunu açıqlayın.
Reklam verən və hazırlayan agentliklərin də müəyyən ictimai məsuliyyətləri vardır. Yaşadığımız cəmiyyətdə hamımız məsuliyyət daşıyırıq. Əhəmiyyətli olan ortaya çıxan psixoloji narahatlıqları müalicə etmək deyil, bunların ortaya çıxmasını önləməkdir. Buna görə də reklam verənlər və hazırlayanların da bu mövzuda daha həssas olması lazımdır.
XƏBƏR LENTİ
Cennifer Lopezdən yeni FOTOsessiya
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik
Sürpriz alma şirniyyatı (foto resept)
Metro stansiyasının gözəl dizaynı
Şahzadə tənqid olundu-SƏBƏB
4 yaşlı qız milyonları heyran etdi
Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Artıq şəhərdə 5 binanın penopoliuretan üzlükləri sökülüb
ABŞ Kremlə heç nəyi güzəştə getməyəcək
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim olunub
Uşaqlar üçün ən böyük təhlükə
Azərbaycan muğamı Praqada
Macar kababı (foto reept)
Məşhur müğənni yeni İMİCDƏ
Oksigen catışmazlığı ilə doğulan uşaqlarda elə zərərli vərdişlər yaranır...
Fransız dili-Dərs 9
Gəlinlik saç düzümləri
Kompüterlər mobil cihazlara uduzur
Ərdoğandan şok açıqlama
Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür
Hərbçilər haqda sərəncam
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun
DİM abituriyentlərə müraciət etdi
Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - FOTO
Hicablı xanımlar üçün yay geyimləri
Yunus Oğuzun kitabının təqdimatı Almatıda keçirilib
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
Ana-atalığın verdiyi məsuliyyət hissi
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Pendirli kartof salatı (foto-resept)
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
17 asteroiddə su aşkarlandı
Meyvə-tərəvəzlərin tərkibi satışdan əvvəl yoxlanılacaq
Azərbaycanın bir sıra rayonlarında qazın verilişi məhdudlaşdırıldı
Pişiklər üçün kənd yaradılır - FOTO
Rusiyada koronavirusu məhv edən maye ixtira ediblər
Cazibədar ziyafət donları
Bahar allergiyasını soyuqdəymə ilə qarışdırmayın!
Can Yaman "Diriliş Osman"a qatılır?
Hindsayağı pirojki (foto resept)
Yoqa ilə həyatı sadələşdirməyin 5 yolu
Çox yeməyin 5 səbəbi
Almaniya mətbuatı Heydər Əliyev Fondunun Hamburqda təşkil etdiyi tədbirlərdən yazır
Mədə xəstəliklərinin müalicəsi
“Facebook” yenə çökdü
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
- ŞƏRHLƏR