Valideynlərin etdikləri ən böyük səhvlərdən biri, heç şübhəsiz, uşaqlarına duzlu qidalar yedirtmək olur. Təəssüf ki, araşdırmalar zamanı müşahidə olunmuşdur ki, Türkiyədə uşaqların çoxuna tövsiyə edilən gündəlik miqdarın 2 misli qədər duz istifadə etdilir. Duz insan bədənində maye elektrolit balansı ilə sinir ötürülməsi təmin edilməsində və əzələlərin fəaliyyətində mühüm funksiyanı boynuna götürən bir mineraldır. Xüsusilə yodlu duz uşaqların zehni və beyin inkişafı ilə yanaşı fiziki böyümə və inkişafında olduqca əhəmiyyətli olan trioit hormonun istehsalı üçün lazımdır. Bu səbəbdən böyüklər kimi uşaqların da duz qəbul etmələri lazımdır, ancaq minimum miqdarda! Acıbadem Fulya Xəstəxanası Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben əks halda duzun fayda təmin etmək yerinə uşaqların sağlamlığını ciddi ölçülərdə təhdid etdiyinə diqqət çəkərək, "Çox duz istifadəsi böyrəyin işini artırır və yüksək təzyiqə yol açır. Bunun nəticəsində uşaqların ürək-damar ilə böyrək xəstəlikləriylə erkən yaşda tanış olmalarına səbəb olur. Hətta bu problemlər uşaqlıq çağında belə inkişaf edə bilir" deyir.
1 yaşına qədər duz qadağandır!
Edilən araşdırmalara görə ölkəmizdə valideynlərin 60 faizi uşaqlarına 1 yaşından əvvəl böyüklər üçün edilən duzlu və tomatlı yeməklərdən daddırmaq kimi son dərəcə səhv bir addım atırlar.
1 yaşı tamam olanadək körpənin duza ehtiyacı yoxdur və sağlamlığı üçün də qətiyyən verilməməsi lazımdır. Çünki bu dövr həddindən artıq natrium, yəni duz istehlakına bağlı irəli yaşlarda inkişaf edən təzyiq xəstəliyi cəhətdən təyinedici bir dövr olur. Bunun səbəbi isə odur ki, 1 yaşdan kiçik uşaqların böyrək funksiyaları tam inkişaf etmədiyi üçün yüksək duz və elektrolit yükünü kifayət qədər tarazlaya bilmir. Bunun nəticəsində də böyrəyə həddindən artıq yük düşür. Dr.Demet Matben 6 aya qədər ana südündəki, daha sonra da qatı qidalardakı qidaların içindəki duz miqdarının körpə üçün kafi olduğunu vurğulayıb.
Yüksək təzyiq
ABŞ-da bir təcrübə aparılmışdır. Bir sıra uşaqları doğumundan etibarən 15 yaşına qədər izləmişlər və təcrübə zamanə müəyyən edilmişdir ki, qan təzyiqi olan uşaqlar bir yaına qədərki dönəmində çox duz qəbul edən uşaqlardır. Duzu yüksək miqdarda qəbul etdikləri üçün yetkinlik yaşında onlar artıq təzyiq xəstəliyi ilə üzləşməli olurlar. Bunun nəticəsində isə uşaqlarda yetkin yaşlarda ürək böhranı və iflic keçirmə riski artmaqla yanaşı mədə xərçəngi və sümük əriməsi (osteoporoz) də meydana gələ bilir. Hətta astma əlamətləri də şiddətlənir.
İştahı yoxdursa, həlli yeməklərə duz əlavə etməkdə axtarmayın.
Uşaq yemək yeməkdə problem yaşayırsa və bu problemi duz əlavə etməklə həll edəcəyiniz düşünürsüzsə ,yanılırsınız. Dr.Demet Matben körpələrin hələ duz dadını bilmədiyi üçün duzsuz dadı olduğu kimi qəbul etdiklərini bildirib. "Bundan əlavə damaq dadı ilk 2 ildə inkişaf etdiyi üçün siz körpənizə yeməyi duzlu təqdim etsəniz, irəli yaşlarda duzu çox istifadə edəcək", xəbərdarlığını etdi.
Diqqət! Şəkərli qidaların içində belə duz var!
Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben duz qəbulu ilə əlaqədar qarşılaşılan ən əhəmiyyətli problemin duzun uşaqların ən sevdiyi qidalarda olması olduğunu ifadə edir. Məsələn, hazır hamburger uşağın gündəlik ehtiyacının 2 qatından çox duz almasına səbəb olur. Eyni zamanda çörək, pizza, kolbasa, hazır şorba, cips və çərəzlərdə də çox duz olur. Hətta nahar yeməkləri, biskvit, pudinq ilə isti şokolad kimi şəkərli qidalarda da yüksək miqdarda duz olur.
Uşağınızın duza olan tələbatını azaltma yolları
Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben uşaqlarda duza olan tələbatının azaltma yollarını vurğuladı.
- 1 yaşına qədər yeməklərinə süfrə duzu vurmayın.
- Körpənizə öz yeməyinizin suyundan yedirməyin. Çünki o yeməkdə duz çoxdur.
- Kolbasa və hazır şorba kimi işlənmiş məhsullardan, zeytun və pendir və turşulardan uzaq durun.
- Şəkərli biskvit, kraker ilə qatqı və qoruyucu ehtiva edən qidaları verməyin.
- Hazır qidaların natrium miqdarına nəzarət edin.
- Təzə və duz əlavə edilməmiş qidaları seçin.
- Süfrədə duz qabı istifadə etməyin. Bu sayədə duz istehlakını 15 faiz azaltmış olarsınız.
- Ədviyyat, cəfəri, nanə, kəklikotu və reyhanı duz əvəzinə istifadə edin.
- Tərəvəz və meyvəni təbii olaraq verin. Çünki qurudulmuş və ya konservləşdirilmiş tərəvəz və meyvələrdə daha çox duz olur.
- Həftədə 4-5 boşqab quru paxlalı qidalar verməyə diqqət edin.
- Tərkibində duz olduğu üçün üçün qazlı içkilər əvəzinə su və ya təzə meyvə verin.
Gündə nə qədər duz qəbul etməli?
1 yemək qaşığı 6 qram duz deməkdir.
Uşağınıza 0-6 aylığında 1 qramdan az, 7-12 aylığında 1 qram, 1-3 yaşında 2 qram, 4-6 yaşında 3 qram (yarım çay qaşığı) duz verə bilərsiniz.
XƏBƏR LENTİ
"Sağlam yolla çəkinizi artırın"-2
Yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir?-24 yanvar
Yarpız haqqında bilmədiklərimiz
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
0-2 yaş arası uşaqların zəka inkişafı
Möcüzə enerji-1
"Qalatasaray"da nə baş verir?
Bürclərə görə 2017-ci ilin ən dəqiq proqnozu: Xoruz kimin üzünə güləcək?
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Şövkət Ələkbərovanın doğum günüdür
ABŞ-da Zika virusu daşıyıcıları artıb
İdman və astma
Ana ölümlərinin səbəbi: "Ərə gedəndə bunu gizlədirlər"
Dueyn Conson üçüncü dəfə ata olub-FOTO
Azərbaycanda yaz havası nə vaxta kimi davam edəcək?
Qaçmaq
Kirpik tökülməsi üçün maska
Təhsil Nazirliyi: Pandemiya dövründə müəllimlərin 37 faizi yaşına görə risk qrupuna daxildir
Vanqanın davamçısından dəhşətli – Öncəgörmələr-FOTO
Məşhur müğənni Həbs Olundu-SƏBƏB
“Nu poqodi”nin davamı çəkilir
Sağlam olmağın sirləri
Aqillərin inamına görə...(2)
Şaftalılı keks (foto resept)
Lavrov yenidən Bakıya gəlir
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
İnternet bu tarixdə çökə bilər
Putin Ərdoğanı "duelə" çağırdı
Dünyanın yeni qitəsi tapılıb
Azərbaycanda gec evlənən kamil olur?
Jurnalistlərə evlərin orderləri təqdim olundu
Udinlər bayram edirlər
Samsung Galaxy S5 rekord vurur
Dünyanın ən gözəl kitab dükanları - FOTO
Bakıya yağış yağacaq
Asan hamilə qalma yaşı neçədir?
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
İlham Əliyev: Ermənilərə vaxt lazım olacaq
Yazıçı Umerto Eko öldü
Damcı damcı ilə birləşər, amma daş daşla birləşməz
Doğuşdan sonra necə qidalanmalı?
Pizza (foto resept)
Madonna işıqsız və musiqisiz izləyicilərini coşdurdu-VİDEO
"Santa-Barbara"nın məşhur aktyoru öldü
Günün qoroskopu: yaranmış situasiyanı təhlil edin
Fiyonklu gəlinliklər 2012
Boğaz ağrısında təbii müalicə üsulları
Daha bir neçə bankın kreditlərini MilliÖN terminalları vasitəsilə ödəmək mümkün olacaq
- ŞƏRHLƏR