Qadin.NET / Körpə qidasında duz

Körpə qidasında duz

Körpə qidasında duz

Valideynlərin etdikləri ən böyük səhvlərdən biri, heç şübhəsiz, uşaqlarına duzlu qidalar yedirtmək olur. Təəssüf ki, araşdırmalar zamanı müşahidə olunmuşdur ki, Türkiyədə uşaqların çoxuna tövsiyə edilən gündəlik miqdarın 2 misli qədər duz istifadə etdilir. Duz insan bədənində maye elektrolit balansı ilə sinir ötürülməsi təmin edilməsində və əzələlərin fəaliyyətində mühüm funksiyanı boynuna götürən bir mineraldır. Xüsusilə yodlu duz uşaqların zehni və beyin inkişafı ilə yanaşı fiziki böyümə və inkişafında olduqca əhəmiyyətli olan trioit hormonun istehsalı üçün lazımdır. Bu səbəbdən böyüklər kimi uşaqların da duz qəbul etmələri lazımdır, ancaq minimum miqdarda! Acıbadem Fulya Xəstəxanası Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben əks halda duzun fayda təmin etmək yerinə uşaqların sağlamlığını ciddi ölçülərdə təhdid etdiyinə diqqət çəkərək, "Çox duz istifadəsi böyrəyin işini artırır və yüksək təzyiqə yol açır. Bunun nəticəsində uşaqların ürək-damar ilə böyrək xəstəlikləriylə erkən yaşda tanış olmalarına səbəb olur. Hətta bu problemlər uşaqlıq çağında belə inkişaf edə bilir" deyir.

1 yaşına qədər duz qadağandır!

Edilən araşdırmalara görə ölkəmizdə valideynlərin 60 faizi uşaqlarına 1 yaşından əvvəl böyüklər üçün edilən duzlu və tomatlı yeməklərdən daddırmaq kimi son dərəcə səhv bir addım atırlar.

1 yaşı tamam olanadək  körpənin duza ehtiyacı yoxdur və sağlamlığı üçün də qətiyyən verilməməsi lazımdır. Çünki bu dövr həddindən artıq natrium, yəni duz istehlakına bağlı irəli yaşlarda inkişaf edən təzyiq xəstəliyi cəhətdən təyinedici bir dövr olur. Bunun səbəbi isə odur ki, 1 yaşdan kiçik uşaqların böyrək funksiyaları tam inkişaf etmədiyi üçün yüksək duz və elektrolit yükünü kifayət qədər tarazlaya bilmir. Bunun nəticəsində də böyrəyə həddindən artıq yük düşür. Dr.Demet Matben 6 aya qədər ana südündəki, daha sonra da qatı qidalardakı qidaların içindəki duz miqdarının körpə üçün kafi olduğunu vurğulayıb.

Körpə qidasında duz

Yüksək təzyiq

ABŞ-da bir təcrübə aparılmışdır. Bir sıra uşaqları doğumundan etibarən 15 yaşına qədər izləmişlər və təcrübə zamanə müəyyən edilmişdir ki, qan təzyiqi olan uşaqlar bir yaına qədərki dönəmində çox duz qəbul edən uşaqlardır. Duzu yüksək miqdarda qəbul etdikləri üçün yetkinlik yaşında onlar artıq təzyiq xəstəliyi ilə üzləşməli olurlar. Bunun nəticəsində isə uşaqlarda yetkin yaşlarda ürək böhranı və iflic keçirmə riski artmaqla yanaşı mədə xərçəngi və sümük əriməsi (osteoporoz) də meydana gələ bilir. Hətta astma əlamətləri də şiddətlənir.

İştahı yoxdursa, həlli yeməklərə duz əlavə etməkdə axtarmayın.

Uşaq yemək yeməkdə problem yaşayırsa və bu problemi duz əlavə etməklə həll edəcəyiniz düşünürsüzsə ,yanılırsınız. Dr.Demet Matben körpələrin hələ duz dadını bilmədiyi üçün duzsuz dadı olduğu kimi qəbul etdiklərini bildirib. "Bundan əlavə damaq dadı ilk 2 ildə inkişaf etdiyi üçün siz körpənizə yeməyi duzlu təqdim etsəniz, irəli yaşlarda duzu çox istifadə edəcək", xəbərdarlığını etdi.

Diqqət! Şəkərli qidaların içində belə duz var!

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben duz qəbulu ilə əlaqədar qarşılaşılan ən əhəmiyyətli problemin duzun uşaqların ən sevdiyi qidalarda olması olduğunu ifadə edir. Məsələn, hazır hamburger uşağın gündəlik ehtiyacının 2 qatından çox duz almasına səbəb olur. Eyni zamanda çörək, pizza, kolbasa, hazır şorba, cips və çərəzlərdə də çox duz olur. Hətta nahar yeməkləri, biskvit, pudinq ilə isti şokolad kimi şəkərli qidalarda da yüksək miqdarda duz olur.

Körpə qidasında duz

Uşağınızın duza olan tələbatını azaltma yolları

Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr.Demet Matben uşaqlarda duza olan tələbatının azaltma yollarını vurğuladı.

1 yaşına qədər yeməklərinə süfrə duzu vurmayın.

- Körpənizə öz yeməyinizin suyundan yedirməyin. Çünki o yeməkdə duz çoxdur.

-  Kolbasa və hazır şorba kimi işlənmiş məhsullardan, zeytun və pendir və turşulardan uzaq durun.

- Şəkərli biskvit, kraker ilə qatqı və qoruyucu ehtiva edən qidaları verməyin.

- Hazır qidaların natrium miqdarına nəzarət edin.

- Təzə və duz əlavə edilməmiş qidaları seçin.

-  Süfrədə duz qabı istifadə etməyin. Bu sayədə duz istehlakını 15 faiz azaltmış olarsınız.

Ədviyyat, cəfəri, nanə, kəklikotu və reyhanı duz əvəzinə istifadə edin.

- Tərəvəz və meyvəni təbii olaraq verin. Çünki qurudulmuş və ya konservləşdirilmiş tərəvəz və meyvələrdə daha çox duz olur.

- Həftədə 4-5 boşqab quru paxlalı qidalar verməyə diqqət edin.

Tərkibində duz olduğu üçün üçün qazlı içkilər əvəzinə su və ya təzə meyvə verin.

Gündə nə qədər duz qəbul etməli?

1 yemək qaşığı 6 qram duz deməkdir. 

 Uşağınıza 0-6 aylığında 1 qramdan az, 7-12 aylığında 1 qram, 1-3 yaşında 2 qram, 4-6 yaşında 3 qram (yarım çay qaşığı) duz verə bilərsiniz.

13 dekabr 2014
GO BACK