Milli.Az bildirir ki, bu sözləri azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin baş həkimi Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri araşdırıldıqda məlum olur ki, həmin qadınların xəstəlikləri olub.
"Valideynlər uşaqlarının meyitini təşrihə vermirlər. Təşrih olunsa, onların hansı səbəbdən öldüyü məlum olar. Valideyn qızını ərə verəndə onun xəstə, vərəm və ya başqa xəstəlik daşıyıcısı, ürək qüsurlu olduğunu demir. Ört-basdır edir ki, qızını ərə versin. Bu il 4 ana ürək qüsurlu olduğu üçün ölüb. Həmin qadınlara birbaşa həkim göstərişi var ki, hamilə qalmaq olmaz. Amma kəndə gedir, öz bildiyini edir və hamilə qalır. Nəticədə ölümcül vəziyyətdə xəstəxanaya gəlir. Valideyn tək böyrəyi olan və o da büzüşmüş vəziyyətdə olan qızını ərə verir. Hamiləlik zamanı həmin qız böyrək çatışmazlığından ölür. Meyit təşrih olunduqda bunlar ortaya çıxır. Valideynin üzərinə məsuliyyət düşür".
S.Məmmədova deyir ki, ana ölümündə birbaşa həkimləri günahlandırmaq düzgün deyil: "Burada həkimlə yanaşı valideynin 50 faiz rolu var. Çünki həkim nə qədər də zəif olsa, onun yanında güclü, savadlı həkim olur və növbədə qalırlar. Zəif həkim kömək edə bilməyəndə güclü həkim müdaxilə edir. Bu gün ana bətnində uşaq ölümlərinin də səbəbləri valideynlərdir. Hamilə qadının başı ağrıyanda və ya ayaqları şişəndə buna normal baxırlar. Amma bu, preklamsiya xəstəliyinin ikinci bir əlamətidir. Preklamsiya məhz o xəstəlikdir ki, ana bətnində uşağı öldürür".
Baş həkim bildirib ki, ilin əvvəlindən bu günə qədər 17 ana ölümü halı qeydə alınıb: "Lakin ana ölümlərinin yarıdan çoxunun hamiləliklə əlaqəsi yoxdur. Bunlar qızlarda hamiləlikdən əvvəl olan xəstəliklərin kəskinləşməsi səbəbindən olub. Bu il ana ölümlərinin yarıdan çoxu ürək, qanın laxtalanmasının pozulması və böyrək çatışmazlığından olub".
Milli.Az
XƏBƏR LENTİ
İngilis salatı (foto resept)
Reklamdan 1,6 milyon qazandılar
Bakı bulvarında qadağa
Bu şəxslərin maaşları artacaq
Azərbaycana sulu qar YAДћDI
Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Qızı avtobusun arxasına bağlayıb, apardılar-FOTO
Bergüzar Korel ikinci dəfə ana olacaq
Qadın.Netlilərin ən sevdiyi geyimləri
BÜRCLƏR bizə nə vəd edir? - 20 APREL
HAVA necə olacaq?
Ginnesin Rekordlar Kitabı”na düşən smartfon
Pozitiv olmağın mənfi tərəfləri
Azərbaycanda xüsusi rejimə görə ərzaq mağazaları bağlanır? - RƏSMİ AÇIQLAMA
Uşaqlar niyə ərköyün olur?
Dünyanın ən dözümlü telefonu satışda
Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır
WhatsApp-da yenilik var
Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq
Öldüyü deyilən aktyor: "Səhhətim əvvəlki günlərlə müqayisədə yaxşıdır"
Kişilərin qadınlarda sevmədikləri xüsusiyyətlər
Prezident İlham Əliyev Çanaqqaladadır
Cibiniz pullu olsun
Yeni toy "adətləri"
Kinoteatr, muzey və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı
Kartofun topdansatış qiyməti də artdı
Davamlı kitab alırsınızsa...
Obamanın İran planını Netanyahu açıqladı
Günün ulduz falı
Vegetarianlar üçün Yenilik!
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
"Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla deyil, müasir dünyanın tələb etdiyi intellektlə çıxır
Uşaqlarla əylənməyin yolları-1
Məşhur robot Sophia vəsait yığır
Keyfiyyətli pendiri necə ayırd etmək olar?
Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır
Bakı metrosunda səssizlik olacaq
Xalça Muzeyi əhaliyə müraciət etdi
Bir ilə 90 kq arıqladı-FOTO
Nazirlikdən hava xəbərdarlığı
Oskar, Qremmi və Toni mükafatlı üç qadından biri
Belarusda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlandı
20 baldan sonra sürücünü nə gözləyir?
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Hündürdaban ayaqqabılar
Mirasını fanatı olduğu məşhur aktyora qoydu - FOTO
DİQQƏT! Uyğun olmayan QİDA və DƏRMANLAR
"Danışan" kağız yaratdılar
Apple fenomenal rekord vurdu














