Səhiyyə Nazirliyi Azərbaycanda ana ölümlərinin ilkin səbəblərini açıqlayıb.
Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, ana ölümlərinin ilkin səbəbləri iki qrupa bölünür.
O bildirib ki, bir qrup səbəblər hamiləlikdən öncə qadında mövcud olan xəstəliklərdir: "Məsələn, anadangəlmə ürək qüsurları, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatizm, bir sıra irsi qan xəstəlikləri, epilepsiya, vərəm. Adətən bu qrup xəstəliklər hamiləlikdən öncəki dövrdə gizli keçir və yalnız hamiləlik zamanı özünü büruzə verir. Hamilə qadınlar bunu hamiləliyin gedişi ilə əlaqəli hesab edərək həkimə müraciət etmirlər. Xəstəlik ağır dekompensasiya mərhələsinə çatdıqda artıq gec olur və çox vaxt hamilə qadına yardım ləngiyir".
S. Məmmədovanın sözlərinə görə, ikinci qrup səbəblər yalnız hamiləliklə əlaqəlidir və yalnız hamiləlik vaxt üzə çıxır. Məsələn, hamiləlik hipertenziyası, hestasion diabet, hamiləlik proteinuriyası, preeklampsiya, eklampsiya, ciftin vaxtından əvvəl ayrılması. Bu xəstəliklər vaxtında araşdırılıb, yardım göstərildikdə qadının həyatını xilas etmək mümkündür. Bu səbəbdən respublikada mövcud olan antenatal qulluğa dair tövsiyələrdə göstərilir ki, hər bir hamilə ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməlidir, mütəmadi olaraq həkim nəzarətində olmalıdır, vaxtı-vaxtında müvafiq müayinələrdən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha həcmli və dolğun müayinə və müalicə məqsədi ilə göndəriş verərək hospitalizasiya etməlidir. Araşdırma zamanı məlum olur ki, hamilə qadınlar və onların yaxınları əksər hallarda hospitalizasiyadan imtina edirlər və nəticədə, təəssüf ki, bədbəxt hadisə baş verir".
S. Məmmədova qeyd edib ki, müvafiq təlimatlara uyğun olaraq, hər bir ana ölümü halı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına təqdim edilir: "Qısa bir müddətdə mütəxəssislərə təhlilə təqdim edildikdən sonra, zəruri hallarda əlavə mütəxəssis rəylərinə verilir. Ana ölümünün nəticələri toplandıqdan sonra, xüsusi keçirilən iclasda müzakirə edilib, müvafiq qərar qəbul edilir. Çox vaxt Komissiyaya ana ölümü kimi təqdim olunan halın təhlili qadının ölüm səbəbini hər hansı bir hamiləliyə əks göstəriş olan ekstragenital xəstəlik ucbatından baş verməsi müəyyən olunur. Məsələn, ağır ürək qüsuru, vərəm, anadangəlmə böyrək qüsuru və çatışmamazlığı, idiopatik trombositar purpura və s. kimi xəstəliklər".
Milli.Az
XƏBƏR LENTİ
Gülməli heyvanlar (2)
"Soyuq əllər, isti ürək” yarmarkası açıldı - FOTO
Rus dili dərs-25
Kolbasada ölümcül təhlükə
Bürclərin musiqi seçimi (1)
Quru saçlar üçün təsirli maskala
Böyrəkləri qorumaq üçün 8 qızıl qayda
Sabirabadlının başına "dövlət quşu" qondu
Delfinlər
HAVA necə olacaq?
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
Azərbaycan səmasında uçan obyekt göründü
Bütün xanımlar bunu bacarmalıdırlar
Uşaqlar üçün yaz kolleksiyonu
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Ayrılıq “salam”dan başlar…
Koronavirus vaksininin qiyməti açıqlandı
ABŞ-da internet qanunları dəyişir
Məkkədə zəvvarları su basdı
Xəyalların intiharı...
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
Elastikliyi artıran 3 dartınma hərəkəti
Dişlə və mahnını dinlə
"Bakıda Çinin saxta məktəbli formaları satılır"
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma
Ledi Qaqa kökəldi-FOTO
3 yaşlı qız bütün dünyanı MAT QOYDU -FOTO
Cəbhədə vəziyyət gərginləşdi
Azərbaycanın gözlədiyi möhtəşəm Qələbə paradının hazırlıqlarından yeni görüntülər - VİDEO
Serdar Ortaç kitab yazır!
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
Üzdəki tüklər üçün MASKA
Dərsə gedənlər üçün asan saç modelləri
Günün ulduz falı - 24.12.2013
Prezident "Məktəbəqədər təhsil haqqında" qanunun tətbiqi barədə fərman imzaladı
Kişilərin tez-tez dedikləri 6 yalan
Qeyri-adi gözəllikdə rəsmlər
“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsini işıqlandırıb
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
"Interstellar" filmi yeni elmi kəşf təmin edib
Bu gün 7 şəhərdə imtahan keçiriləcək
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir
Məktəbli geyimlərini hardan alaq?
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Baş infeksionist: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO
Hitlerlə bağlı şok iddia
Mənim pişiklərim
Məktəblərdə qısa tətillər ola bilər