Körpəniz
Körpənin çəkisi bu həftə - 1.25-1.5 kq, tam uzunluq- 37-38 sm.dir. Körpə çəki yığır, böyüyür. Onun ətrafında boş yer artıq əvvəlki kimi çox deyil. Uşaq kifayət qədər güclü tərpənir, dünyaya gəlməyə hazırlaşır. O, bədəninin temperaturunu tənzimləməyə öyrəşir. Sümük iliyi qan cisimciklərinin əmələ gəlməsini tam təmin edir. Amniotik mayeyə hər gün təxminən 0.5 l sidik ifraz olunur.
Körpənin burun pərələri selikli tıxacdan azad olunur və həmin amniotik maye indi ora düşür. Körpə ana bətnində qoxuları seçməyi öyrənir. Qaşları və kiprikləri artıq böyümüşdür, başında tükləri inkişaf edir, artıq gözləri fokuslaşdırmaya qadirdir.
Hamiləliyin 29-cu həftəliyində immun sistem müstəqil fəaliyyətə başlayır. Əgər o indi dünyaya gəlsə, sağ qalıb-qalmayacağı üçün narahat olmağa dəyməz. Əlbəttə, uşağa çox isti və xüsusi qulluq və diqqət tələb olunur.
Ana
Uşaqlıq göbək üzərində 7.5-10.5 sm, qasıq simfizinin çıxışı üzərində - 29-30 sm məsafədədir. Hazırda ağız südü gəlir, süd doğuşun ertəsi gün gələcək. Ağız südü duru maye halında və yapışqan kimidir. Doğuşdan sonra sizin orqanizm böyük həcmdə prolaktin hormonu ifraz etməyə başlayır, prolaktinin təsiri altında süd vəzilərində süd ifrazı başlayır.
Nəfəs almaq çətinləşir, nəbzin tezliyi artır. Təzyiqiniz yüksələ bilər. Hamiləliyin yeddinci ayında siz yorğunluq hiss edə bilərsiniz ki, bunun da səbəbi çoxdur. Onlardan biri sizin çəkinizdir.
Vaxtaşırı uşaqlığın yığılmasını hiss edə bilərsiniz. Daha çox istirahət etməyə çalışın, əsəblərinizi sakitləşdirməyi öyrənin. Tezliklə vaxt gələcək ki, gecə və gündüzlərinizi öz yeni doğulmuş körpənizə tam həsr edəcəksiniz və istirahət üçün vaxt az olacaq.
Hamiləliyin son aylarında ağırlıq mərkəzinin nisbətlərinin dəyişməsi səbəbindən öz bədəninizi həmişə yaxşı idarə edə bilmirsiz. Belə ki, özünüzə qarşı çox diqqətli və ehtiyatlı olun. Oynaq bağlarının boşalması körpənin düşməsinə gətirib çıxara bilər. Bu hallar üçüncü rübdə qadınlarda çox rast gəlinir.
Əgər birdən yıxılsanız, tez vahiməyə düşməyin. Əgər uşaqlıqda spazmlar yaranırsa və siz uşağın tərpənşini hiss etmirsinizsə, embrionətrafı su axmağa başlayıbsa, sizdə qanaxma varsa, dərhal təcili yardım çağırın.
29-cu həftədə uşağın normal fəallığı dölə gedən oksigenin miqdarından, ananın qidalanmasından, kifayət qədər vitamin və mineral maddələrinin tələbatından asılıdır. Sümük üçün kalsium və D vitamini tələb olunur, dəmir və K vitamini qan və qan damarlarının divarlarının möhkəmləndirilməsi üçün, C və E vitaminləri vaxtından əvvəl doğuş təhlükəsinin aradan qaldırılması üçün, yod və fol turşusu ürək-damar sisteminin və intellektin inkişafı üçün gərəkdir.
Üçüncü rübdə çəkiyə nəzarət etmək çox vacibdir. Gündəlik çəki artımı 50 qram, həftədə isə maksimum 300 qramdan çox olmamalıdır. Maye qəbuluna da nəzarət etmək lazımdır ki, nə qədər maye içilmiş və nə qədər xaric olunmuşdur. 29-cu həftədə 1.5 litr maye, o cümlədən çay, şorbalar, meyvə, süd içməyi tövsiyə edirlər.
Əgər içdiyinizdən az maye ayrılırsa, orqanizmdə şişlər şəklində toplanmağa başlayır və hamiləliyin ikinci yarısında toksikoz inkişaf edə bilər.
Duz qəbulunu dayandırmaq lazımdır, öz yeməyinizi balanslaşdırın ki, körpənizi asanlıqla daşıya biləsiniz. Un, şirin və yağlı yeməklərin istifadəsini məhdudlaşdırın. Son iyirmi doqquz həftədə təbii məhsullara üstünlük verin.
Böyrü üstə uzanaraq istirahət edin.
Hamilə qadın üçün arterial təzyiq normada - 120/70 mm, c.st. olmalıdır. Qan dövrünün həcmi 5-6 l.dir. Hamiləliyin 29-cu həftəsində arterial təzyiq normadan aşağı düşə bilər. Qan dövranının artması səbəbindən ürəyin işi çətinləşir və o daha yüksək tempdə işləməyə məcbur olur.
Hamiləlik - bu, təkcə yanaqların qızarması yox, gələcək analarda daim isti temperaturun olmasıdır. İstinin daim duyulmasının səbəbi ondadır ki, hamilə qadının da maddələr mübadiləsi 20% artıb. Siz hər yerdə bu istiliyi hiss edə bilərsiniz: küçədə, qışda, yazda, yayda və otaqda, lap soyuqda və amansız şaxtada da. Bir tərəfdən yaxşıdır, digər tərəfdən isə yox, xüsusilə də gecə saatlarında tərləmə güclənir, amma müsbət tərəfi də var: maddələr mübadiləsinin zərərli məhsulları tər ilə birlikdə ifraz olunur.
Çanaq dibi üçün çalışma əzələlərin boşalması üçün lazım olacaq
Arxası üstə döşəməyə uzanın və ayaqlarınızı dizdən qatlayaraq döşəməyə dirənin. Yüngülcə gərginləşin, sanki sidiyinizi saxlamağa çalışırsınız. Təsəvvür edin ki, siz özünüzə nəyisə öyrədirsiniz və bunu ritmik edin: gərginlik, pauza, bir az da gərginlik, pauza, daha çox gərginlik, dayanın. Bu hərəkətləri 10 dəfə təkrar edin. Bu məşğələni gündə ən azı 3-4 dəfə etmək lazımdır. Bu hərəkətləri nəinki uzanıb, həmçinin oturub və ayaq üstə də etmək olar ki, bu çanaq dibi əzələlərinin möhkəmlənməsinə kömək edir (körpənin keçməsi zamanı uyğunsuzluqların riskini azaldır).
Gələcək körpəniz üçün alış-veriş siyahısının tərtibinə indidən başlayın
XƏBƏR LENTİ
Şok gerçək: yediyiniz toyuq deyil...
Yardım daşıyan türk TIR-ları bombalandı
JLo 20 dəqiqəyə 2 milyon qazandı-FOTO
Prezident və xanımı yeni bulvarın açılışında
Bakıda isti olacaq, rayonlara yağacaq
Valideynlərin nəzərinə: uşaqları silkələməyin
Bir insan da sənin göz yaşlarına layiq deyil
Dünyanın ən maraqlı 99 faktı-2
Bəzi yerlərdə qaz olmayacaq
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
İngilis qadın saçına süngər taxıb toya getdi – FOTO
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Sevgi dediyin təmənnasızlıqdır
Uşaq ensiklopediyası (4)
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Ofis işçiləri bunları etsin
Disney heyvanları insan olarsa ...
Tanış olun: bürclərin sevgi cədvəli
Facebook harada daha populyardır?
Necati Şaşmaz "Eşkıya dünyaya hükümdar olmaz"a gəlir?
İndoneziya qorxuya düşdü
Bakı - Sankt-Peterburq aviareysi üzrə əlavə uçuşlar olacaq
Günün ulduz falı - 11.08.2013
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Digər planetlərdə həyatın olduğu sübut ediləcək
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Bülent Ersoy indi də üç milyon qazanacaq
Bəlkə, gedək sürüşək?
Şokoladlı-bezeli tort (foto resept)
"Seçkilərdə uduzan tərəf dağılmağa məhkumdur"
Sürətli arıqladan içki
Hava haqqında - 29.08.2013
Gözləriniz işıq saçacaq
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı
Günün ulduz falı
"Stress çarxı" adı altında insanlar necə aldadılır?
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
İki tonluq nəhəng buğa satışa çıxarıldı - VİDEO
Ancelina Colinin qızı cinsiyyətini dəyişdirir
"Neftçi" qələbə qazandı
UNESCO-nun Azərbaycana qarşı təxribatı
Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
Çağla Şikel ölümdən döndü-FOTO/VİDEO
Azərbaycanda yeni binalar belə tikiləcək
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
İyulun havası: 43 dərəcə isti
Dəbli gəlinlik modelləri
Con Kerri: "Bu mənim son dayanacağımdır"
- ŞƏRHLƏR