Qadin.NET / Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Körpəniz

Körpənin çəkisi bu həftə - 1.25-1.5 kq, tam uzunluq- 37-38 sm.dir. Körpə çəki yığır, böyüyür. Onun ətrafında boş yer artıq əvvəlki kimi çox deyil. Uşaq kifayət qədər güclü tərpənir, dünyaya gəlməyə hazırlaşır. O, bədəninin temperaturunu tənzimləməyə öyrəşirSümük iliyi qan cisimciklərinin əmələ gəlməsini tam təmin edir. Amniotik mayeyə hər gün təxminən 0.5 l sidik ifraz olunur.

Körpənin burun pərələri selikli tıxacdan azad olunur və həmin amniotik maye indi ora düşür. Körpə ana bətnində qoxuları seçməyi öyrənir. Qaşları və kiprikləri artıq böyümüşdür, başında tükləri inkişaf edir, artıq gözləri fokuslaşdırmaya qadirdir.

Hamiləliyin 29-cu həftəliyində immun sistem müstəqil fəaliyyətə başlayır. Əgər o indi dünyaya gəlsə, sağ qalıb-qalmayacağı üçün narahat olmağa dəyməz. Əlbəttə, uşağa çox isti və xüsusi qulluq və diqqət tələb olunur.

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Ana

Uşaqlıq göbək üzərində 7.5-10.5 sm, qasıq simfizinin çıxışı üzərində - 29-30 sm məsafədədirHazırda ağız südü gəlirsüd doğuşun ertəsi gün gələcək. Ağız südü duru maye halında və yapışqan kimidir. Doğuşdan sonra sizin orqanizm böyük həcmdə prolaktin hormonu ifraz etməyə başlayır, prolaktinin təsiri altında süd vəzilərində süd ifrazı başlayır.  

 Nəfəs almaq çətinləşir, nəbzin tezliyi artır. Təzyiqiniz yüksələ bilərHamiləliyin yeddinci ayında siz yorğunluq hiss edə bilərsiniz ki, bunun da səbəbi çoxdur. Onlardan biri sizin çəkinizdir.

Vaxtaşırı uşaqlığın yığılmasını hiss edə bilərsiniz. Daha çox istirahət etməyə çalışın, əsəblərinizi sakitləşdirməyi öyrənin. Tezliklə vaxt gələcək ki, gecə və gündüzlərinizi öz yeni doğulmuş körpənizə tam həsr edəcəksiniz və istirahət üçün vaxt az olacaq.

Hamiləliyin son aylarında ağırlıq mərkəzinin nisbətlərinin dəyişməsi səbəbindən öz bədəninizi həmişə yaxşı idarə edə bilmirsiz. Belə ki, özünüzə qarşı çox diqqətli və ehtiyatlı olun. Oynaq bağlarının boşalması körpənin düşməsinə gətirib çıxara bilər. Bu hallar üçüncü rübdə qadınlarda çox rast gəlinir.

Əgər birdən yıxılsanız, tez vahiməyə düşməyin. Əgər uşaqlıqda spazmlar yaranırsa və siz uşağın tərpənşini hiss etmirsinizsə, embrionətrafı su axmağa başlayıbsa, sizdə qanaxma varsa, dərhal təcili yardım çağırın.

29-cu həftədə uşağın normal fəallığı dölə gedən oksigenin miqdarından, ananın qidalanmasından, kifayət qədər vitamin və mineral maddələrinin tələbatından asılıdır. Sümük üçün kalsium və D vitamini tələb olunur, dəmir və K vitamini qan və qan damarlarının divarlarının möhkəmləndirilməsi üçün, C və E vitaminləri vaxtından əvvəl doğuş təhlükəsinin aradan qaldırılması üçün, yod və fol turşusu ürək-damar sisteminin və intellektin inkişafı üçün gərəkdir. 

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Üçüncü rübdə çəkiyə nəzarət etmək çox vacibdir. Gündəlik çəki artımı 50 qram, həftədə isə maksimum 300 qramdan çox olmamalıdır. Maye qəbuluna da nəzarət etmək lazımdır ki, nə qədər maye içilmiş və nə qədər xaric olunmuşdur. 29-cu həftədə 1.5 litr maye, o cümlədən çay, şorbalar, meyvə, süd içməyi tövsiyə edirlər.

Əgər içdiyinizdən az maye ayrılırsa, orqanizmdə şişlər şəklində toplanmağa başlayır və hamiləliyin ikinci yarısında toksikoz inkişaf edə bilər.

Duz qəbulunu dayandırmaq lazımdır, öz yeməyinizi balanslaşdırın ki, körpənizi asanlıqla daşıya biləsiniz. Un, şirin və yağlı yeməklərin istifadəsini məhdudlaşdırın. Son iyirmi doqquz həftədə təbii məhsullara üstünlük verin.

Böyrü üstə uzanaraq istirahət edin. 

Qadın.Netlə birlikdə hamiləlik (29-cu həftə)

Hamilə qadın üçün arterial təzyiq normada - 120/70 mm, c.st. olmalıdır. Qan dövrünün həcmi 5-6 l.dir. Hamiləliyin 29-cu həftəsində arterial təzyiq normadan aşağı düşə bilər. Qan dövranının artması səbəbindən ürəyin işi çətinləşir və o daha yüksək tempdə işləməyə məcbur olur.

Hamiləlik - bu, təkcə yanaqların qızarması yox, gələcək analarda daim isti temperaturun olmasıdır. İstinin daim duyulmasının səbəbi ondadır ki, hamilə qadının da maddələr mübadiləsi 20% artıb. Siz hər yerdə bu istiliyi hiss edə bilərsiniz: küçədə, qışda, yazda, yayda və otaqda, lap soyuqda və amansız şaxtada da. Bir tərəfdən yaxşıdır, digər tərəfdən isə yox, xüsusilə də gecə saatlarında tərləmə güclənir, amma müsbət tərəfi də var: maddələr mübadiləsinin zərərli məhsulları tər ilə birlikdə ifraz olunur.

Çanaq dibi üçün çalışma əzələlərin boşalması üçün lazım olacaq

Arxası üstə döşəməyə uzanın və ayaqlarınızı dizdən qatlayaraq döşəməyə dirənin. Yüngülcə gərginləşin, sanki sidiyinizi saxlamağa çalışırsınız. Təsəvvür edin ki, siz özünüzə nəyisə öyrədirsiniz və bunu ritmik edin: gərginlik, pauza, bir az da gərginlik, pauza, daha çox gərginlik, dayanın. Bu hərəkətləri 10 dəfə təkrar edin. Bu məşğələni gündə ən azı 3-4 dəfə etmək lazımdır. Bu hərəkətləri nəinki uzanıb, həmçinin oturub və ayaq üstə də etmək olar kibu çanaq dibi əzələlərinin möhkəmlənməsinə kömək edir (körpənin keçməsi zamanı uyğunsuzluqların riskini azaldır).

Gələcək körpəniz üçün alış-veriş siyahısının tərtibinə indidən başlayın love

17 dekabr 2013
GO BACK