Sizin körpəniz.
Boyu - 35-37 santimetr, çəkisi - 1000-1300 qramdır. Uşaq artıq elə də arıq deyil, o, çox sürətli inkişaf edir və böyüyür. Ağciyərin alveolaları inkişaf etməyə davam edir, 1 ay sonra onların sayı 50 milyon olacaq. Bu müddətdə doğulan uşaqlar, ciyərlərin süni ventilyasiyasına ehtiyac duyurlar. Körpənin ağciyərləri hamiləliyin 36-cı həftəsindən başlayaraq müstəqil işləyə biləcək. Körpədə beyinin həcmi artmış, tipik əyriliklər və dərin qırışlar əmələ gəlmişdir. Bu mərhələdə göbək bağının uzunluğu 30 sm-dən 100 sm-ə qədərdir. Uşaq artıq dadın çox incə çalarlarını ayırır. Körpənin kirpikləri daha uzun və qalın olur. Körpənin dərisinin altında dərialtı sellülozanın həcmi böyüyür, buna görə dəri belə büzüşmüş olmur. Körpənin ürəyinin vurmasını adi fonendoskopla dinləmək olar. Əgər siz ananın qarnına parlaq işığı yönəltsəz, körpə gözlərini yumacaq və qıcıqlanmanın mənbəyindən başını çevirəcək. Körpə səslərə çox yaxşı reaksiya verir. Hissetmək olar ki, o uca səslər vaxtı tullanır, ananın və atanın mülayim səsləri vaxtı sakitləşir.
Bu həftədə anada hansı dəyişikliklər olur?
Hamiləliyin 28-ci həftəsində sizin uşaqlığınız inkişaf etməkdə davam edir, indi o, göbəkdən 8 sm məsafədə və qasıq simfizindən 28 sm məsafədədir. Çox ehtimal ki, hamiləliyin bu müddətində çəkiniz 7,5-11 kq artmışdır. Sizin süd vəziləriniz artıq ağız südü ifraz olunur. Ağız südü, döş südünün sələfidir, o, sizin körpənizin ən birinci qidasıdır. Sizin sinənizdə doğuşdan dərhal sonra təxminən 5 mq ağız südü ayrılacaq. Məhz həyatın birinci günləri ərzində təzə doğulmuş körpənin mədəsinin ölçüsü belədir. Təzə doğulmuş uşaq üçün döş südü tək və ən qiymətli qidadır. Siz hiss edə bilərsiniz ki, uşaq qidanın qəbulundan sonra daha çox hərəkət edir. Sizin orqanizminizdə yeməkdən sonra qanda şəkərin (qlükozanın) səviyyəsi artır, buna görə körpə daha çox aktivləşir. Sizin həyəcanlarınız və stress nəticəsində körpənin fəallığı yüksələ bilər. Siz nə qədər çox əsəbiləşirsinizsə, qanda adrenalin o qədər daha çox ayrılır. Hamiləliyin iyirmi səkkizinci həftəsindən başlayaraq siz gündə bir neçə dəfə uşağın hərəkətlərinə nəzarət etməlisiniz. Hərəkətlərə nəzarət etmək üçün, körpənin bütün hərəkətlərini hesablayın və yazın. Bu xüsusilə doğuşa daha yaxın dövrdə əhəmiyyətlidir. Əgər körpə sizi ayağı və ya əli ilə güclü təpikləyirsə, həm də ağrını hiss edəcəyiniz qədər vurdusa, öz bədəninizin vəziyyətini dəyişin və ya onu yellədin. 28 həftədə bu sınağı keçirmək məsləhətdir: normal halda 1 saat ərzində körpə təxminən 10 təkan edir. Əgər qanınız "mənfi" rezusudursa, həkim sizi anticismlər testinə - körpənin qanıyla sizin qanınızın əlaqəsində immunoloji reaksiya riskinin olub-olmadığını yoxlamaq üçün yollayacaq. Hamiləliyin 28 həftəsində qanın rezus-faktor amili vaxtı qanda anticismlərin təsirini azaltmaq üçün immunoqlobulin daxil edirlər.
Körpəyə daha çox oksigen tələb olunduğu üçün təmiz havada daha çox gəzin. Gündə 5-6 dəfə kiçik porsiyalarla qidalanın. Üçüncü rübdə hamilə qadın gündə 3000-3100 kkal-a qədər qəbul etməlidir. Qabaqcadan öz menyunuzu təşkil edin və qidanın qəbullarının arasında məhsulları düzgün bölüşdürməyə çalışın. Əgər birinci rübdə sizin duzlu qidaya güclü meyliniz var idisə, indi qidada natriumun çoxluğu böyrəklərə əks təsir edə bilər ki, bu da orqanizmdə mayenin ləngiməsinə və şişməyə səbəb olar. Əgər sizdə gün ərzində qarın gərilirsə, bu uşaqlıq yığılmaları ola bilər. Bu ”sınaq sancıları” orqanizmi doğuşa hazırlayır. Həyəcanlanmayın, bu yığılmaların doğum sancıları ilə heç bir əlaqəsi yoxdur. Qarının dərisinin dartılması nəticəsində, siz dəri qaşınmasını hiss edə bilərsiniz. Dəri quruyur və dartılır. Vaxtından qabaq qorxuya təslim olmayın, ağrıdan əvvəl qorxu hamilə qadınlar üçün tipik haldır.
Doğuş - bu təbii prosesdir, bundan bütün qadınlar keçirlər. Doğuş haqqında daha çox informasiyaları bilməyə çalışın, hansılar ki doğuş zamanı sizə kömək edəcək. Gələcək valideynlər üçün kurslar doğuşa hazır olmağa və bu prosesdən qorxmamağa müsbət təsir edəcək. Gələcək valideynlər üçün belə kurslara və ya məktəblərə həyat yoldaşı ilə birlikdə baş çəkmək çox əhəmiyyətlidir. Əgər siz işləyirsinizsə, analıq məzuniyyətinə çıxmağa hazırlaşın. Məzuniyyət haqqında ərizə yazın. Məzuniyyət hamiləliyin 30 həftəsindən verilməlidir.
XƏBƏR LENTİ
Gələn ay paytaxta axın başlayacaq, kirayə mənzillərin qiyməti isə... - Ekspert AÇIQLADI
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
136 kq arıqladı hər kəsi heyrətləndirdi-FOTO
Mobil telefonlar üçün instrumental musiqi
Subay xanımlara 9 məsləhət
132 müvəqqəti seçki məntəqəsi yaradılıb
Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz
Mənzil bazarı: 2015-də bizi nə gözləyir?
Xorvatiyada küçədə çimərlik geyimində gəzmək qadağan olunub
Məşhur model 14 yaşlı qızını zorla əməliyyat etdirir-FOTO
"Yas mərasimi və qəbir daşları üçün xərclər kredit və ya borcla ödənilir"
Ziyafət geyimləri
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
Lətifələr
Bu gün bu şəxslər də pensiyalarını alacaqlar - SİYAHI
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış
Sabahın HAVAsı
"Göbələk meşəsi" salatı (foto resept)
Payız ab-havalı söhbət
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Azərbaycanda güclü istilər olacaq
Maraqlı ixtiralar
Dizaynerlərin qəribə işləri
Ev interyerində akvariumlar
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
Sellulitlə mübarizə
Müxtəlif ölkələrdə sevgililər günü ənənələri
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Azərbaycanda həkim olmaq istəyənlərin nəzərinə
Yaponiyada zəlzələ olub
Nəmli və canlı dərinin təbii sirri
Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina etdi
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Bu gün nə bişirim?
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Azərbaycan: soyuq hava və istilik problemi
Saç uzadan qidalar
Kimlər daha çox boşanırlar?
Uest ABŞ prezidenti olmaq istəyir
Daniela Ramirez
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Xanımların "Gün toplantısı"
"Bavariya"dan yeni rekord
Bakının ən məşhur ticarət mərkəzi bağlandı
Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verdi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Gəncənin tramvayları belə olacaq
2019-un manikür trendləri
Dünyada 12-ci, Avropada 7-ci olduq
- ŞƏRHLƏR