Üz dərisi qarışıq tipə aid olan xanımların istəyini nəzərə alaraq bu yazımda qarışıq tip dərilərə necə qulluq edilməsi haqda danışacam.
Bəzi xanımların dərisi qarışıq tip dəriyə aiddir. Məsələn, sifətlərinin bəzi hissələri yağlı, bəzi hissələri isə quru olur. Bu vəziyyət əlbəttə ki, dəriyə qulluğu olduqca çətinləşdirir. Daha çox diqqət, daha çox baxım və hər iki növə uyğun vəsait istifadəsini tələb edir. Çünki üzün yağlı hissələrinə yağlı cildlər üçün, quru hissələrinə də quru cildlər üçün uyğun olan bir qulluq tətbiq etmək lazımdır.
Dərisi belə olan xanımlar səhərlər nəmləndirici krem çəkməzdən əvvəl mütləq xüsusi bir kremlə üzlərini massaj etməlidir.Bu krem ya buğda,ya meyvə tərkibli olmalıdır.Tərkibində bal olan krem də olar.
Gecə yatmazdan əvvəl üzün quru hissələrinə qidalandırıcı krem çəkmək lazımdır. Üzü yuyarkən su yerinə gül suyu, cökə suyu, ya da çobanyastığı suyu istifadə etmək lazımdır.
Spirtli losyonlardan istifadə etməmək, üzə kirşan çəkməzdən əvvəl mütləq qoruyucu krem çəkmək daha yaxşı olardı. Həftədə bir dəfə üzün çox yağlı olan hissələrinə - burun və ətrafına qara nöqtələri aradan qaldırmaq məqsədi ilə evdə hazırlana biləcək bu maskanı tətbiq etmək yaxşı nəticələr verəcək:
Maska
Tərkibi:
Bir qəhvə qaşığı toz gil, bir az su, yarım qəhvə qaşığı zeytun yağı. Bunları yaxşıca qarışdırıb üzə çəkmək və on dəqiqə gözlədikdən sonra təmizləmək lazımdır.
Qarışıq tip dərilər üçün maskalar
Maya maskası
Tərkibi:
1 yemək qaşığı maya
Yarım limonun suyu
2 damcı zeytun yağı
Mayanı otaq istiliyində isidib yaxşıca əzin və içinə limon suyu ilə zeytun yağı əlavə edin. Qarışığı dəridə 30 dəqiqə saxlayın.Sonra isə üzünüzü ilıq suyla yuyun. Maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.
Qatıq maskası
Tərkibi:
1 çay qaşığı qatıq
1 çay qaşığı yulaf unu (herkules)
1 çay qaşığı qarğıdalı unu
Bütün vəsaitləri püre halına gələnə qədər bir-biriylə qarışdırın və üzünüzə çəkin. Barmağınızın ucu ilə dərinizə masaj edin.Bir neçə dəqiqə saxladıqdan sonra üzünüzü ilıq suyla yuyun.
Süd maskası
Tərkibi:
1 qəhvə fincanı süd
2 xörək qaşığı yulaf unu (herkules)
Südü və yulaf əzməsini bir qəhvədana töküb orta istilikdə istilədin.Qarışığı qarışdıraraq arada qaşığın tərsiylə əzin.Jele halına gələndə ocaqdan götürün və bir az ilıq olana qədər gözləyin.
Qarışıq ilıq olandan sonra barmaq ucuyla dərinizə bir neçə dəqiqə masaj edin.Bir neçə dəqiqə gözlətdikdən sonra üzünüzü ilıq suyla yuyun.
Tərkibi:
Yarım limon
1 xörək qaşığı yulaf unu (herkules)
1 xörək qaşığı əzilmiş badam
Vəsaitlərin hamısını qarışdırın.Qarışıqdan bir çay qaşığı qədər götürərək ovcunuzun içində yumrulayaraq istilədin.Sonra həmin kütləyə pasta halına gələnə qədər yavaş-yavaş su əlavə edin.Maskanı yüngülcə üzünüzə çəkin.Bir neçə dəqiqə saxladıqdan sonra üzünüzü ilıq suyla yuyun.
XƏBƏR LENTİ
Azərbaycan gölləri
Siqaret yaddaş itkisinə səbəb olur
Sadə və yüngül keks (foto resept)
"Survivor"-da gözlənilməz qəza-FOTO
Soyuqda papaq taxmayanların nəzərinə
Ermənilər çaylarımızı yenə bulandırır
Uşaq ölümünü uşağa necə izah etməli?
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
Seren Serengil 4-cü dəfə övladını itirdi
Qəlbimizi pak saxlamaq üçün nə edək?
HAVA necə olacaq?
Uşaq aləmi
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
İmkan verin, bir az da yatım...
Məşhur modeldən şok ETİRAF-FOTO
Dünyanı kim idarə edir?
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Nə üçün gizli günahlardan qorxuruq?
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda
Azərbaycan coğrafiyasının inkişaf tarixi-7 (son)
Böyük Dostoyevski 192 yaşında
Zəncirbəndlə fərqli görünüş
Yaddaşı bərpa etmək olacaq?
Rus Dili dərs-21 (Test)
ANAMA ləğv edildi
Tətildə izləyə biləcəyiniz filmlər
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Sürətli çəki artırmağın 20 yolu (2)
Koronavirusla bağlı son STATİSTİKA
Həkim müalicə edir, təbiət sağaldır...
Pişikləri haqqında bunları bilirsiniz?
"Gələcəyə dönüş"-filmində 2015-ci il
Günün qoroskopu: Qətiyyətli olun!
İnkişaf nədir?
Sirli təbiət
Suxarı yedilər, zəhərləndilər
Məşhur nağıllarımız planşet və smartfonlarda
Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
Bakı rəsmən imtina etdi
Murat Boz Aslını sildi
Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu
Evdə güldan düzəltmək
Dəvə sümüyündən velosiped -FOTO
İrem Derici manyak fanatından gizlənir
Apple və Motorola barışır
İşləyən ananın uşağı
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
- ŞƏRHLƏR