Qadin.NET / Qarışıq tip dərilərə necə qulluq etməli?

Qarışıq tip dərilərə necə qulluq etməli?

Üz dərisi qarışıq tipə aid olan xanımların istəyini nəzərə alaraq bu yazımda qarışıq tip dərilərə necə qulluq edilməsi haqda danışacam.

 Bəzi xanımların dərisi qarışıq tip dəriyə aiddir. Məsələn, sifətlərinin bəzi hissələri yağlı, bəzi hissələri isə quru olur. Bu vəziyyət əlbəttə ki, dəriyə qulluğu olduqca çətinləşdirir. Daha çox diqqət, daha çox baxım  və hər iki növə  uyğun  vəsait istifadəsini tələb edir. Çünki üzün yağlı hissələrinə yağlı cildlər üçün, quru hissələrinə də quru cildlər üçün uyğun olan bir qulluq tətbiq etmək lazımdır.

Dərisi belə olan xanımlar səhərlər nəmləndirici krem çəkməzdən əvvəl mütləq xüsusi bir kremlə üzlərini massaj etməlidir.Bu krem ya buğda,ya  meyvə tərkibli olmalıdır.Tərkibində  bal olan krem də olar. 

Gecə yatmazdan əvvəl üzün quru hissələrinə qidalandırıcı  krem çəkmək lazımdır. Üzü yuyarkən  su yerinə gül suyu, cökə suyu, ya da çobanyastığı suyu istifadə etmək lazımdır.

Spirtli  losyonlardan istifadə etməmək, üzə kirşan çəkməzdən əvvəl mütləq qoruyucu krem çəkmək  daha yaxşı olardı. Həftədə bir dəfə üzün çox yağlı olan hissələrinə - burun və ətrafına qara nöqtələri aradan qaldırmaq məqsədi ilə evdə hazırlana biləcək bu maskanı tətbiq etmək yaxşı nəticələr verəcək:

Maska

Tərkibi:

Bir qəhvə qaşığı toz gil, bir az su, yarım qəhvə qaşığı zeytun yağı. Bunları yaxşıca qarışdırıb üzə çəkmək və on dəqiqə gözlədikdən sonra təmizləmək lazımdır.


Qarışıq tip dərilər üçün maskalar

Maya maskası

Tərkibi:

1 yemək qaşığı maya

Yarım limonun suyu

2 damcı zeytun yağı

Mayanı otaq istiliyində isidib yaxşıca əzin və içinə limon suyu ilə zeytun yağı əlavə edin. Qarışığı dəridə 30 dəqiqə saxlayın.Sonra isə üzünüzü  ilıq suyla yuyun. Maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Qatıq maskası

Tərkibi:

1 çay qaşığı qatıq

1 çay qaşığı yulaf unu (herkules)

1 çay qaşığı qarğıdalı unu

Bütün vəsaitləri püre halına gələnə qədər bir-biriylə qarışdırın və üzünüzə çəkin. Barmağınızın ucu ilə dərinizə masaj edin.Bir neçə dəqiqə saxladıqdan  sonra üzünüzü ilıq suyla yuyun.

 

Süd maskası

Tərkibi:

1 qəhvə fincanı süd

2 xörək qaşığı yulaf unu (herkules)

Südü və yulaf əzməsini bir qəhvədana  töküb orta istilikdə istilədin.Qarışığı qarışdıraraq arada qaşığın tərsiylə əzin.Jele halına  gələndə ocaqdan götürün  və bir az ilıq olana qədər gözləyin.

Qarışıq ilıq olandan  sonra barmaq ucuyla dərinizə bir neçə dəqiqə masaj edin.Bir neçə dəqiqə gözlətdikdən sonra üzünüzü ilıq suyla yuyun.

Limon maskası

Tərkibi:

 Yarım limon

1 xörək qaşığı yulaf unu (herkules)

1 xörək qaşığı əzilmiş badam

Vəsaitlərin hamısını qarışdırın.Qarışıqdan bir çay qaşığı qədər götürərək ovcunuzun içində yumrulayaraq istilədin.Sonra həmin kütləyə pasta halına gələnə qədər yavaş-yavaş su əlavə edin.Maskanı yüngülcə üzünüzə çəkin.Bir neçə dəqiqə saxladıqdan sonra üzünüzü ilıq  suyla yuyun.

8 mart 2013
GO BACK