Üz dərisinə maska tətbiq edən zaman heç də kosmetik mərkəzə getmək gərəkli deyil. Dəriniz üçün maskaları ev şəraitində də etmək mümkündür. Və çoxları elə hesab edir ki, maskanı üzə çəkmək olduqca asandır.
Hazırlıq
Maskanı ev şəraitində dəriyə çəkməmişdən öncə dərinizi necə lazımdırsa, hazırlamalısınız.
Yadda saxlayın:
- Əgər üzünüzdə tonal krem, ənlik və ya kirşan varsa, maskanı üzə çəkmək olmaz!
- Dərinizə heç bir başqa krem çəkməyin, əks təqdirdə maskanın heç bir təsiri olmayacaq.
- Üz dərisinə maskanı çəkməmişdən öncə, dərinizi losyon, süd, ya da toniklə silin, və yaxud uşaq sabunu ilə yuyun.
- Əgər üzünüzdə kosmetika yoxdursa, isti su ilə yuyunmağınız kifayətdir.
-Həmçinin, əgər lazımlıdırsa, dərinizi yuduqdan sonra tam təmizlik üçün parçalama effektli skrabdan istifadə edin.
Maskanın hazırlanması
Ev şəraitində maska hazırlamaq çox asandır. Müxtəlif dəri tipləri üçün çoxsaylı maska reseptləri mövcuddur. Sizə münasib olan maskanı tapdığınız zaman aşağıdakıları oxumağınız gərəklidir.
-Siz istifadə etdiyiniz məmulatların keyfiyyətindən əmin olmalısınız.
-Ev şəraitində maska hazırlayarkən əmin olun ki, istifadə edəcəyiniz ərzaqlar təzədir.
-Ev şəraitində hazırlanmış maskanı yalnız bircə dəfə istifadə etməlisiniz!
-Maskanı hazırladıqdan dərhal sonra onu istifadə etməlisiniz!
Maskanın tətbiq olunması
-Ev şəraitində maskanı üzə çəkməzdən öncə kosmetik mağazaya gedib mütləq maskanı çəkmək üçün fırça almalısınız.
-Maskanı aşağıdan yuxarıya doğru, boyun və ya çənə hissənizdən başlayıb alın hissəyə qədər çəkin.
-Maskanı çənə hissədən qulaq ətrafına, gicgah hissəyə, alına, dodağın üst hissəsinə və burun hissəyə çəkmək lazımdır.
-Maskanı dodağa və göz ətrafına çəkmək olmaz.
-Saçlarınıza diqqət etməlisiniz. Maskanı tətbiq etməzdən öncə saçlarınızı yığın.
-Ev şəraitində hazırlanmış maskanı güzgünün qabağında çəkin, daha sonra uzanmağınız gərəklidir, bu zaman maskanın təsiri güclü olacaq.
-Yadda saxlayın ! Maska üzə çəkildikdən sonra diskomfort yaranarsa, o zaman dərhal maskanı yuyun!
Maskanın yuyulması
-Ev şəraitində hazırlanmış maskanı adi su ilə yumaq olar.
-Yağlı dərilər üçün soyuq su əlverişlidir.
-Quru dəri üçün maskanı isti su ilə yuyun.
-Üz dərisindən maskanı yumazdan öncə, əvvəl onu silin, sonra yaxşı-yaxşı yuyunun.
-Maskanı yuduqdan sonra nəmləndirici kremdən istifadə etmək lazımdır.
Bu sadə məsləhətlərə əməl etsəniz, həmişə ev şəraitində dərinizə maskanı tətbiq edə bilərsiniz. Kosmetoloqa müraciət etmədən gözəllik və təravətinizi qoruyub saxlaya bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?(2)
7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edildi
BÜRCLƏR bizə nə vəd edir?- 21 Dekabr
Avropa çempionatı bu ölkədə keçiriləcək
2018-ci ildə boşanan məşhurlar - FOTO
Qadın.Netlilərin ilk makiyajı - 2
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Beyni gücləndirməyin yolları
Günün ulduz falı - 04.03.2014
Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medalla qayıdıblar
Oğuzda qeyri-adi təbiət hadisəsi
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
Sənətə olan sevgisi oğruya baha başa gəldi - VİDEO
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Apple geriləyir
Hicablı deputatların sayı artır
Sürətli kökəlmə proqramı-1
Yeni ailə quranlara dinc həyat üçün xoşbəxtlik resepti
Cüneyt Arkından SON XƏBƏR
Dovşan ətini yemək olarmı?
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ərəb şahzadələri "Vogue" dərgisində - FOTO
Diş ağrısına təbii üsulla sakitləşdirici
Azərbaycan pilotları NATO-nun qatıldığı təlimlərdə
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Viktoriyanın libasını 90-cı illərin çantasına bənzətdilər - FOTO
Bu gün beynəlxalq işıqfor günüdür
Həzm sistemini gücləndirən üsullar
Olimpiyaçıların gülməli simaları
8 May Şuşanın işğalı günüdür!
Sağlam bir dəri üçün lazım olan 5 üsul
Misir və Roma bərbərliyinin tarixçəsi
Azərbaycan Monteneqroda kurort tikir
"No Makeup" trendinə qoşulan məşhurlar
Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR
Dadlı yay salatı (foto resept)
Neft bahalaşdı
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Prezidentdən yeni savaş anonsu
Novruz bayramında qeyri-adi hadisə olacaq
Əhvalınızı düzəldəcək 7 sadə yol
Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər
Uşaq geyimləri
Özgü Namaldan gözlənilməz addım
Elçin yeni serialla efirlərə qayıdır
2018-gündəmini Demət Akalın zəbt edib
В«İranın şansı 50:50-yədirВ»
Yay makiyajı tendensiyası
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
- ŞƏRHLƏR