Qadin.NET / Ev şəraitində maska hazırlığı

Ev şəraitində maska hazırlığı

Ev şəraitində maska hazırlığı

Üz dərisinə maska tətbiq edən zaman heç də kosmetik mərkəzə getmək gərəkli deyil. Dəriniz üçün maskaları ev şəraitində də etmək mümkündür. Və çoxları elə hesab edir ki, maskanı üzə çəkmək olduqca asandır.

Hazırlıq

Maskanı ev şəraitində dəriyə çəkməmişdən öncə dərinizi necə lazımdırsa, hazırlamalısınız.

Yadda saxlayın:

- Əgər üzünüzdə tonal krem, ənlik və ya kirşan varsa, maskanı üzə çəkmək olmaz!
- Dərinizə heç bir başqa krem çəkməyin, əks təqdirdə maskanın heç bir təsiri olmayacaq.
- Üz dərisinə maskanı çəkməmişdən öncə, dərinizi losyon, süd, ya da toniklə silin, və yaxud uşaq sabunu ilə yuyun.
- Əgər üzünüzdə kosmetika yoxdursa, isti su ilə yuyunmağınız kifayətdir.
-Həmçinin, əgər lazımlıdırsa, dərinizi yuduqdan sonra tam təmizlik üçün parçalama effektli skrabdan istifadə edin.

Ev şəraitində maska hazırlığı

Maskanın hazırlanması

Ev şəraitində maska hazırlamaq çox asandır. Müxtəlif dəri tipləri üçün çoxsaylı maska reseptləri mövcuddur. Sizə münasib olan maskanı tapdığınız zaman aşağıdakıları oxumağınız gərəklidir.
-Siz istifadə etdiyiniz məmulatların keyfiyyətindən əmin olmalısınız.
-Ev şəraitində maska hazırlayarkən əmin olun ki, istifadə edəcəyiniz ərzaqlar təzədir.
-Ev şəraitində hazırlanmış maskanı yalnız bircə dəfə istifadə etməlisiniz!
-Maskanı hazırladıqdan dərhal sonra onu istifadə etməlisiniz!

Ev şəraitində maska hazırlığı

Maskanın tətbiq olunması

-Ev şəraitində maskanı üzə çəkməzdən öncə kosmetik mağazaya gedib mütləq maskanı çəkmək üçün fırça almalısınız.
-Maskanı aşağıdan yuxarıya doğru, boyun və ya çənə hissənizdən başlayıb alın hissəyə qədər çəkin.
-Maskanı çənə hissədən qulaq ətrafına, gicgah hissəyə, alına, dodağın üst hissəsinə və burun hissəyə çəkmək lazımdır.
-Maskanı dodağa və göz ətrafına çəkmək olmaz.
-Saçlarınıza diqqət etməlisiniz. Maskanı tətbiq etməzdən öncə saçlarınızı yığın.
-Ev şəraitində hazırlanmış maskanı güzgünün qabağında çəkin, daha sonra uzanmağınız gərəklidir, bu zaman maskanın təsiri güclü olacaq.
-Yadda saxlayın ! Maska üzə çəkildikdən sonra diskomfort yaranarsa, o zaman dərhal maskanı yuyun!

Ev şəraitində maska hazırlığı

Maskanın yuyulması

-Ev şəraitində hazırlanmış maskanı adi su ilə yumaq olar.
-Yağlı dərilər üçün soyuq su əlverişlidir.
-Quru dəri üçün maskanı isti su ilə yuyun.
-Üz dərisindən maskanı yumazdan öncə, əvvəl onu silin, sonra yaxşı-yaxşı yuyunun.
-Maskanı yuduqdan sonra nəmləndirici kremdən istifadə etmək lazımdır.
Bu sadə məsləhətlərə əməl etsəniz, həmişə ev şəraitində dərinizə maskanı tətbiq edə bilərsiniz. Kosmetoloqa müraciət etmədən gözəllik və təravətinizi qoruyub saxlaya bilərsiniz.

27 iyun 2013
GO BACK