Bu qulluğun əsas şərti ən əvvəl ayaqlara uyğun yüngül,hava keçirən və ayağın ölçüsünə tən gələn çəkmələrin geyilməsidir.Bu,ən çox ayağı sürətlə böyüyən uşaqlara vacibdir.
İşdə hündürdaban dar çəkmələr geymək çox zərərlidir. Bu,pəncənin formasının dəyişməsinə, ayaqda qabarların əmələ gəlməsinə, dırnaqların ətə keçməsinə və hətta onurğa sütununun əyilməsinə səbəb ola bilər.
Ayaqların hər gün yuyulması da çox vacibdir.Bu,dərini təmizləyir,ayaqların tərləməsinin və tərdən bişməsinin,göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.Ayaqlara edilən ilıq vannalar (xörək duzu da əlavə etmək olar) qan dövranının yaxşılaşmasına,bütün orqanizmin istirahət etməsinə kömək edir.
Ayaqları yağlı sabunlarla,ayaqlar tərlədikdə isə bakterisid əlavələri (məsələn ,formalin) olan sabunlarla yumaq məsləhət görülür.
Ayaqlar üçün olan kremlər pəncənin dərisini yumşaldır.Bəzi kremlər isə iltihaba və göbələk xəstəliklərinə qarşı bir sıra xüsusiyətlərə malikdirlər.Krem çəkərkən ayaqları barmaqlardan başlayıb topuğa kimi masaj etmək lazımdır.
2-3 həftədən bir pedikür (pedikürün tezliyi ayağın vəziyyətindən asılı olur) eləmək yaxşıdır.
Əgər dəri çox kobudlaşmamışsa,qabar yoxdursa,dırnaqlar ətə keçməmişsə,onda həftədə bir dəfə (vanna qəbul etdikdən,xörək duzu,ya da sabun köpüyü əlavə edilmiş su ilə ayaqlara vanna etdikdən sonra) ayaqların dırnaqlarını qırxmaq,üstünə çıxan əti qırağa çəkmək (kəsmək olmaz), yeyə ilə onları hamarlamaq, dabanları dabandaşı ilə sürtüb ayağın altına krem çəkmək olar.
Ayaqlara çıxan tükləri depilyator vasitəsilə kənar edirlər.Əgər tüklər seyrək və nazikdirsə,onları müntəzəm olaraq 6%- li hidrogen -peroksid vasitəsilə rəngsizləşdirmək olar,bununla onlar daha nəzərə çarpmazlar.Bəzən ayaqlardakı tükləri dabandaşı ilə də təmizləyirlər.Lakin bu vaxt ehtiyatlı olmaq lazımdır ki, dəri zədələnməsin.Əvvəl ayaqları isladıb ona sabun çəkirlər,sonra dabandaşını hər dəfə isladaraq tüklər olan yerləri sürtürlər.Bundan sonra ayaqları yaxalayır və dəsmalla qurulayıb krem çəkirlər.
1-ci hərəkət:Ayaqları birləşdirib düz durun.Dizləri bir-birindən aralamadan onları yana verin.İlk vəziyyətə qayıdın.Hərəkəti 10-15 dəfə təkrar edin.
2-ci hərəkət:Stulun söykənəcəyinə dayaq verib ayaqları düz tutaraq onlarla bir neçə dəfə dairəvi hərəkətlər edin.Hərəkəti hər ayaq üçün 6 dəfə təkrar edin.
Bunlardan başqa,dizlərin və baldırların "arıqlaması" üçün də hərəkətlər vardır.
1-ci hərəkət: Arxası üstə uzanın,əlləri gövdəboyu uzadın.Ayaqları qaldırıb velosiped sürməyi təqlid edin və dizlərinizi açın.
2-ci hərəkət: Döşəməyə oturun.Əllərinizi arxada yerə dayaq verin.Ayaq barmaqlarını yerə dayayaraq ayaqları qatlayın.Dabanları qaldırın,barmaqları yerə dayayın.Yenə dabanları yerə qoyun.Hərəkətləri 10 dəfə təkrar edin.
Daima sağlam bədən və sağlam ruh diləyi ilə.
XƏBƏR LENTİ
Marsla bağlı bəd xəbər: NASA-nın fotoları ümidləri üzdü
Bu kafedə qız ofisiantlar müştəriləri öz əlləri ilə yedirirlər
Eyfel qülləsi güllə keçirməyəcək
BÜRCLƏR bizə nə vəd edir? -9 İyun
Şahmatçımız Dünya çempionatında vahid lider oldu
"Qızıl top"un sahibi bəlli oldu
Uşaq otağı üçün nümunələr
Dəsmalları daha yumşaq etmək üçün 8 məsləhət
Arıqlamağa kömək edən limon və istiot
Günün ulduz falı
Ana olmaq istəyirsinizsə, günəşə çıxın
Noxud salatı (foto resept)
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Konserv balıq salatı (foto resept)
Boşanma xəbəri yalan çıxdı-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
"Eurovision"un qaydaları dəyişdi
Mayli Sayrus xəstəxanalıq oldu-SƏBƏB
Luis Hemilton əfsanəvi Şumaxerin rekordunu qırdı
Geyimə görə yuma müddəti
Sabun seçərkən diqqətli olun!
Almalı şarlotka (foto resept)
Günün qoroskopu: stabillikdən həzz alın
Filippində güclü zəlzələ olub
Afrika dünyaya ölümcül virus yayır
Düzgün bazarlığı necə edək?
Güldürən arxa fon
Hansı dillər daha vacibdir?
Nilufər səhnədə yıxıldı-FOTO
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
“Azərbaycanda ərzaq ehtiyatı kifayət qədərdir” - Mikayıl Cabbarov
Köhnə pianodan xəzinə çıxdı
Gəlinlik seçimi
Koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası da aşkarlandı
Braziliya - Hollandiya oyununun hakimi müəyyənləşdi
Bu sayta məktəblilər girsin
Hava şəraiti kəskin dəyişəcək
“Los-Ancelesdə oynanılan "Arşın mal alan" ABŞ mətbuatında
Sonsuzluğun dərmanı həşəratlardadır
Azərbaycanda reklama nə qədər pul xərclənilir?
Çinə tibbi maska aparmaq istəyən biznesmeni aldatdılar
Tuba Büyüküstün "Firuze"də çəkilir- FOTO
Uşaqlara rəsm boyama necə öyrədilməlidir?
İlham Əliyev: “Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək”
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirusdan daha doqquz nəfər öldü: 391 yeni yoluxma - FOTO
Hülya Avşar qonorarını açıqladı
Kənan Doğulu Beren Saatı restoranda unutdu-FOTO
Özbək plovu (foto resept)
- ŞƏRHLƏR