Qadin.NET / Ayaqlara qulluq

Ayaqlara qulluq

Ayaqlara qulluq
Ayaqların sağlam və gözəl görkəmli olması üçün onlara müvafiq qulluq lazımdır. Əlbəttə,ayaqlarda hiss olunan xoşagəlməz duyğular anadangəlmə meyilliklə əlaqədar ola bilər,lakin əksər hallarda o,iş şəraitindən və iş xarakterindən daha çox asılı olur.Ayaqlara çox yük düşür,ona görə ki,bütün gün ərzində bədənin ağırlığına dözməli olur.Buna görə də ayaqlara xüsusi diqqət verilməli,lazımi qulluq edilməlidir.

Bu qulluğun əsas şərti ən əvvəl ayaqlara uyğun yüngül,hava keçirən və ayağın ölçüsünə tən gələn çəkmələrin geyilməsidir.Bu,ən çox ayağı sürətlə böyüyən uşaqlara vacibdir.

İşdə hündürdaban dar çəkmələr geymək çox zərərlidir. Bu,pəncənin formasının dəyişməsinə, ayaqda qabarların əmələ gəlməsinə, dırnaqların ətə keçməsinə və hətta onurğa sütununun əyilməsinə səbəb ola bilər.

Ayaqlara qulluq

Ayaqların hər gün yuyulması da çox vacibdir.Bu,dərini təmizləyir,ayaqların tərləməsinin və tərdən bişməsinin,göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.Ayaqlara edilən ilıq vannalar (xörək duzu da əlavə etmək olar) qan dövranının yaxşılaşmasına,bütün orqanizmin istirahət etməsinə kömək edir.

 

 

Ayaqları yağlı sabunlarla,ayaqlar tərlədikdə isə bakterisid əlavələri (məsələn ,formalin) olan sabunlarla yumaq məsləhət görülür.

Ayaqlara qulluq

Ayaqlar üçün olan kremlər pəncənin dərisini yumşaldır.Bəzi kremlər isə iltihaba və göbələk xəstəliklərinə qarşı bir sıra xüsusiyətlərə malikdirlər.Krem çəkərkən ayaqları barmaqlardan başlayıb topuğa kimi masaj etmək lazımdır.

2-3 həftədən bir pedikür (pedikürün tezliyi ayağın vəziyyətindən asılı olur) eləmək yaxşıdır.

 

 

Əgər dəri çox kobudlaşmamışsa,qabar yoxdursa,dırnaqlar ətə keçməmişsə,onda həftədə bir dəfə (vanna qəbul etdikdən,xörək duzu,ya da sabun köpüyü əlavə edilmiş su ilə ayaqlara vanna etdikdən sonra) ayaqların dırnaqlarını qırxmaq,üstünə çıxan əti qırağa çəkmək (kəsmək olmaz), yeyə ilə onları hamarlamaq, dabanları dabandaşı ilə sürtüb ayağın altına krem çəkmək olar.

Ayaqlara qulluq

Ayaqlara çıxan tükləri depilyator vasitəsilə kənar edirlər.Əgər tüklər seyrək və nazikdirsə,onları müntəzəm olaraq 6%- li hidrogen -peroksid vasitəsilə rəngsizləşdirmək olar,bununla onlar daha nəzərə çarpmazlar.Bəzən  ayaqlardakı tükləri dabandaşı ilə də təmizləyirlər.Lakin bu vaxt ehtiyatlı olmaq lazımdır ki, dəri zədələnməsin.Əvvəl ayaqları isladıb ona sabun çəkirlər,sonra dabandaşını hər dəfə isladaraq tüklər olan yerləri sürtürlər.Bundan sonra ayaqları yaxalayır və dəsmalla qurulayıb krem çəkirlər. 

Ayaqların vəziyyətinə və onların xarici görkəminə müvafiq gimnastik hərəkətlər yaxşı təsir göstərir. Aşağıda təsvir edilmiş hərəkətlər vasitəsilə budların daha gözəl olmasına nail ola bilərsiniz.
Ayaqlara qulluq

1-ci hərəkət:Ayaqları birləşdirib düz durun.Dizləri bir-birindən aralamadan onları yana verin.İlk vəziyyətə qayıdın.Hərəkəti 10-15 dəfə təkrar edin.

2-ci hərəkət:Stulun söykənəcəyinə dayaq verib ayaqları düz tutaraq onlarla bir neçə dəfə dairəvi hərəkətlər edin.Hərəkəti hər ayaq üçün 6 dəfə təkrar edin.

Bunlardan başqa,dizlərin və baldırların "arıqlaması" üçün də hərəkətlər vardır.

1-ci hərəkət: Arxası üstə uzanın,əlləri gövdəboyu uzadın.Ayaqları qaldırıb velosiped sürməyi təqlid edin və dizlərinizi açın.

2-ci hərəkət: Döşəməyə oturun.Əllərinizi arxada yerə dayaq verin.Ayaq barmaqlarını yerə dayayaraq ayaqları qatlayın.Dabanları qaldırın,barmaqları yerə dayayın.Yenə dabanları yerə qoyun.Hərəkətləri 10 dəfə təkrar edin.

Daima sağlam bədən və sağlam ruh diləyi ilə.

3 fevral 2013
GO BACK