Bakıda hava 11°
USD AZN
EUR AZN

Ulduzların pəhrizi-Dukan

 

Ulduzların pəhrizi-Dukan

Bütün dünyada məşhur olan Dukan pəhrizi fransız həkim və qida mütəxəssisi Pyer Dukan tərəfindən kəşf olunub. 2000-ci ildə mütəxəssisin "Necə arıqlayacağımı bilmirəm" ("I don't know how to get slimmer") adlı kitabı nəşr olunandan sonra pəhriz getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Bu pəhriz sayəsində Cennifer Lopez, Karl Laqerfeld, Penelopa Kruz, Jizel Bundhen kimi tanınmışlar artıq çəkilərindən qurtulublar.

  Dukan pəhrizinin bütün dünyada yayılmasının əsas səbəbi tez effekt verməsi və nəticənin qalıcı olmasıdır. Bu pəhrizlə 1 həftə ərzində 5 kilo arıqlamağın mümkün olduğu deyilir.

4 mərhələdən ibarət pəhriz proqramının ilk iki mərhələsi arıqlayıb, normal çəkiyə düşməyə kömək edir. Üçüncü və dördüncü mərhələ isə əldə olunan nəticənin qorunmasına imkan verir.

Ulduzların pəhrizi-Dukan

Birinci mərhələ: Hücum

Bu mərhələdə bədəndəki su sürətlə atılır, metoblizm sürətlənir və qısa zamanda xeyli çəki itirilir. Pəhrizin müddəti aşağıdakı kimidir:

10-20 kq artıq çəkisi olanlar - 3-5 gün

20-30 kq artıq çəkisi olanlar - 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar - 5-10 gün

10 gündən artıq davam etdirmək olmaz.

Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.

İkinci mərhələ: Müşahidə

Bu mərhələdə qida rasionuna tərəvəzlər də əlavə olunur. Yeyə biləcəyiniz tərəvəzlər bunlardır: pomidor, xiyar, badımcan, təzə lobya, kələm, qabaq, kök, turp, brokkoli, kərəviz, ispanaq, cəfəri, şüyüd, kəvər və göbələk. Tərkibində çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) bura daxil deyil. Bunlarla yanaşı, hər gün 2 xörək qaşığı miqdarında yulaf kəpəyi yeməyi unutmayın. Müşahidə mərhələsinin müddəti şəxsin atmaq istədiyi hər kiloya bir həftə olaraq hesablanır.

Ulduzların pəhrizi-Dukan

Üçüncü mərhələ: Gücləndirmə

Bu mərhələdə bədən və əzələlər möhkəmləndirilir. Müddəti 10 gündür. 10 gün müddətində şəxs zülal, yulaf kəpəyi və tərəvəzlə yanaşı, az şəkərli meyvə, nişastalı qidalar, 1 dilim un məmulatı və ya 2 dilim çörək də yeyə bilər.

Dördüncü mərhələ: Qoruma

Pəhrizin son mərhələsində əsas məqsəd itirilən çəkinin geri qayıtmamasıdır. Bu dövrdə heç bir qida qadağan deyil. Lakin az miqdarda yemək lazımdır. Bundan başqa, həftədə bir gün yalnız zülal tərkibli qidalar qəbul edilməli və gündə 3 xörək qaşığı yulaf kəpəyi yemək yaddan çıxmamalıdır.

Dukan pəhrizindən istifadə müddətində 3 şərtə mütləq əməl olunmalıdır:

1. Pəhriz siyahısına daxil olan qidaları kiçik porslar şəklində yemək və siyahıdan kənara çıxmamaq

2. Hər gün ən azı 20 dəqiqə orta sürətdə piyada gəzmək

3. Gündə minimum 2 litr su içmək


Səslərin sayı: 0
2
1375
Şərhlər
Offline
Sima
20-30 kq artıq çəkisi olanlar - 5-7 gün

20-30 kq artıq çəkisi olanlar - 5-7 gün
20 yanvar 2019 15:30
Offline
Xəyalə Murad
Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.
20 yanvar 2019 12:37
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 07:06 - Müəllif: PeteridextDQ
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    график анализ беременных : когда сдавать анализы при беременности когда сдавать анализы при беременности График посещения врачей и сдачи анализов 26 недель
  • 03:14 - Müəllif: karinfakyTV
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Здравствуйте, открыли магазин по продаже техники за 40 процентов от цены! Кому интересно пишите мне. ?ли смотрите профиль @rabotadropom882
  • 23:40 - Müəllif: EugenejedJN
    Hüquqşunas məsləhəti (537)

    Hüquqşunas məsləhəti

    Всем привет я встретила тут магазин по пряже домпряжи.рф В чем собственно мой вопрос: Хотела тут кое-что купить купить шерстяной плед Подскажите пожалуйста кто что знает об этом маказине ? ?м можно доверять? Кто где пряжу еще берет?
  • Xarici görünüşə təsir edən vərdişlər

    Qaşlarınızı aldıqdan sonra dərhal makiyaj etməyin
  • Ulduzdan Gözlənilən Xəbər -FOTO

    Məndə qızı olacağını düşünürdüm
  • Pandemiya zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

    Kokonun sirrinə o qədər ağlamışam ki
  • Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir

    Mən heç 2 saatdan da həftədə bir dəfə faydalanaram
  • Azərbaycanın ilk qadın opera ifaçısı

    80 ildən artıq ömür yaşamış, bu ömrün 60 ildən çoxunu teatra həsr etmiş, dünyanın nəhəng opera ustalarını görmüş məşhur rejissor N.N.Boqolyubov dünya opera sənətinin ulduzlarından olan azərbaycanlı Fatma Muxtarova haqqında deyib.
  • Təbiətin rənglərini əks etdirən saçlar

    Axrinci saci cox beyendim
  • Məşhur müğənnidən gözlənilməz qərar

    Bu da təzə dəb olub
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış