Qadin.NET / Ulduzların pəhrizi-Dukan

Ulduzların pəhrizi-Dukan

 

Ulduzların pəhrizi-Dukan

Bütün dünyada məşhur olan Dukan pəhrizi fransız həkim və qida mütəxəssisi Pyer Dukan tərəfindən kəşf olunub. 2000-ci ildə mütəxəssisin "Necə arıqlayacağımı bilmirəm" ("I don't know how to get slimmer") adlı kitabı nəşr olunandan sonra pəhriz getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Bu pəhriz sayəsində Cennifer Lopez, Karl Laqerfeld, Penelopa Kruz, Jizel Bundhen kimi tanınmışlar artıq çəkilərindən qurtulublar.

  Dukan pəhrizinin bütün dünyada yayılmasının əsas səbəbi tez effekt verməsi və nəticənin qalıcı olmasıdır. Bu pəhrizlə 1 həftə ərzində 5 kilo arıqlamağın mümkün olduğu deyilir.

4 mərhələdən ibarət pəhriz proqramının ilk iki mərhələsi arıqlayıb, normal çəkiyə düşməyə kömək edir. Üçüncü və dördüncü mərhələ isə əldə olunan nəticənin qorunmasına imkan verir.

Ulduzların pəhrizi-Dukan

Birinci mərhələ: Hücum

Bu mərhələdə bədəndəki su sürətlə atılır, metoblizm sürətlənir və qısa zamanda xeyli çəki itirilir. Pəhrizin müddəti aşağıdakı kimidir:

10-20 kq artıq çəkisi olanlar - 3-5 gün

20-30 kq artıq çəkisi olanlar - 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar - 5-10 gün

10 gündən artıq davam etdirmək olmaz.

Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.

İkinci mərhələ: Müşahidə

Bu mərhələdə qida rasionuna tərəvəzlər də əlavə olunur. Yeyə biləcəyiniz tərəvəzlər bunlardır: pomidor, xiyar, badımcan, təzə lobya, kələm, qabaq, kök, turp, brokkoli, kərəviz, ispanaq, cəfəri, şüyüd, kəvər və göbələk. Tərkibində çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) bura daxil deyil. Bunlarla yanaşı, hər gün 2 xörək qaşığı miqdarında yulaf kəpəyi yeməyi unutmayın. Müşahidə mərhələsinin müddəti şəxsin atmaq istədiyi hər kiloya bir həftə olaraq hesablanır.

Ulduzların pəhrizi-Dukan

Üçüncü mərhələ: Gücləndirmə

Bu mərhələdə bədən və əzələlər möhkəmləndirilir. Müddəti 10 gündür. 10 gün müddətində şəxs zülal, yulaf kəpəyi və tərəvəzlə yanaşı, az şəkərli meyvə, nişastalı qidalar, 1 dilim un məmulatı və ya 2 dilim çörək də yeyə bilər.

Dördüncü mərhələ: Qoruma

Pəhrizin son mərhələsində əsas məqsəd itirilən çəkinin geri qayıtmamasıdır. Bu dövrdə heç bir qida qadağan deyil. Lakin az miqdarda yemək lazımdır. Bundan başqa, həftədə bir gün yalnız zülal tərkibli qidalar qəbul edilməli və gündə 3 xörək qaşığı yulaf kəpəyi yemək yaddan çıxmamalıdır.

Dukan pəhrizindən istifadə müddətində 3 şərtə mütləq əməl olunmalıdır:

1. Pəhriz siyahısına daxil olan qidaları kiçik porslar şəklində yemək və siyahıdan kənara çıxmamaq

2. Hər gün ən azı 20 dəqiqə orta sürətdə piyada gəzmək

3. Gündə minimum 2 litr su içmək


20 yanvar 2019
GO BACK