Arıqlamaq gərgin əmək və intizam tələb edir. Lakin qaçış alətində qan-tərə batmadan və ya kalori saymağınıza gərək qalmadan edilməsi lazım olan çox asan yollar vardır. İdman etmədən arıqlamağın 10 yolu barədə aşağıdakı yazımızda oxuya bilərsiniz.
Qidalanma mütəxəssislərinin hazırladığı bu 10 üsulun tətbiqi pəhriz və ya məşq etmədən arıqlamağınıza kömək edəcək.
1. Yeməyə 1 stəkan su içməklə başlayın
Su içmək mədənizi suyla doldurub sizə toxluq hiss etdirəcək, çox yemək yeməyinizin qarşısını alacaqdır.
2. Hər yeməkdə ağıllı seçimlər edin
Məsələn, yeməkdən sonra paxlava, peçenye əvəzinə meyvə ilə qane olmağa alışın. Quru meyvə yerinə təzə meyvə seçmək sizə daha az kalori qazandıracaq.
3. Bir parça acı şokolad yeyin
Öncə tort, peçenye kimi yüksək kalorili qidalardan imtina etmək çətin olacaq. Lakin daha sonra şəkər asılılığından qurtuluğunuzu və aşağı kalorili ərzaqlarla qidalanmağa alışdığınızı görəndə bu vəziyyət sizi məmnun edəcək.
4. Boşqablarınıza nəzarət edin
Hər pay üçün sağlam qida və az kalorili qidanı seçmək və bunu vərdiş halına gətirmək əsasdır. Porsiyalarınız kiçik olsun, az miqdarda hər şey yeyə bilərsiniz.
5. Daha çox hərəkət edin
Vaxtınızın çoxunu idman salonlarında keçirmək əvəzinə, hərəkətli həyat tərzi keçirərək qısa müddətdə arıqlaya bilərsiniz. Məsələn, işiniz yaxındadırsa, piyada getmək, lift əvəzinə pilləkənlərlə çıxmaq, avtomobili ofisə bir az uzaq yerə park edib, ofisinizə piyada getmək bir neçə sadə nümunədir.
6. Yüksək kalorili içkilərdən uzaq durun
Arıqlamağa çalışır və nəticə əldə edə bilmirsinizsə, bunun səbəbi yüksək kalorili qidaları həyatınızdan çıxarmamağınızdır. Şəkər nisbəti yüksək olan meyvə suları, qazlı içkilər buna misal ola bilər. Bunların əvəzinə ayran, mineral su kimi aşağı kalorili və yüksək qida tərkibli içkiləri seçin.
7. Uzun müddət ac qalmayın
Az yemək sizin üçün yaxşıdır, lakin bütün gün ac qaldıqdan sonra axşam makarona hücum edib pəhrizinizi pozmayın.
Ara paylarda sağlam qidalar seçin, bu, qan şəkərinizi tənzimləyərək şəkərli qidalardan uzaq dayanmağınızı təmin edər.
8. Yüksək zülallı, yüksək lifli qidalar yeyin
Cips, kreker və s. kimi yüksək kalorili qidalar yerinə, zülalı və lifi yüksək qidaları seçmək sizi uzun müddət tox tutacaq.
9. Axşam yüngül qidalanın
Gündəlik kalori ehtiyacınızın təxminən 25%-ni axşam yeməyində yeyəcəyiniz qidalar üçün ayırın. Yatmazdan dərhal əvvəl deyil, ən azı 2-3 saat əvvəl yeyin. Çox gec yemək həzm sisteminə və təkrarlanan yuxu nizamına zərər verə bilər.
10. Doyunca yatın
Kifayət qədər yatmamaq daha çox yeməyinizə, iş yerində enerjinizin aşağı olmasına səbəb olur. Buna görə də ən az 7 saat yatın. Bu, arıqlamağın sadə və təsirli üsuludur.
Tətbiqi asan olan bu məsləhətləri tətbiq etmək həm formada qalmağınıza, həm də sağlam həyatınızı təmin edər.
XƏBƏR LENTİ
Bakıda avtobus qəza şəraiti yaratdı
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO
Çimdirməzdən əvvəl körpəyə qulluq
Qat-qat xəmirdən qatlama (foto resept)
Azərbaycan coğrafiyasının inkişaf tarixi-1
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hansı halda pişik və itdən koronavirusa yoluxa bilərsiniz?
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar
Ananaslı toyuq əti (foto resept)
Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başa çatdı
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Gül dərənə İnanılmaz Cəza
Rahat və gözəl
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Dəriniz çoxmu qurudur?
Yeni dişi çıxan körpələrə necə kömək etməli?
Məşhur aktrisa sağdır!
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı
Moskvada güclü fırtına gözlənilir - XƏBƏRDARLIQ
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bakıya 151 avtobus gətiriləcək
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq?
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Məşhur futbolçu bu gün evlənir
Məktəbəhazırlıq qruplarında ödənişli təhsil həyata keçirilə bilər
Qubalılar axar suya səməni atdılar
Tanış olun: 14 yaşında biznes qurdu, indi 250 milyon dollar qazanır
Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF
Novruz Məmmədov: “Aprel hadisələri zamanı Sarkisyan Moskvaya müraciət edərək yalvarıb”
Film qəhrəmanları gündəlik həyatda
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Bələdiyyələrə qadağa qoyuldu
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Doğulduğu aya görə uşağın xarakteri
Beyrutu məhv olmaqdan bu qoruyubmuş - AÇIQLANDI
Grunge makiyaj trendi
Tanınmış rejissor vəfat etdi
Metropoliten rəisi sərt tənqid edildi
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Məşhur serial FİNAL EDİR
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
Uşaqlarda yetkinlik dövrü
Ayaqların donması və tərləməsi
Yaponlar dünyanı heyrətləndirdi
- ŞƏRHLƏR