Bakıda hava 12°
USD AZN
EUR AZN
28 fevral 22:05Feride xəstə müəllimlər işə getmsinlər 28 fevral 22:04Feride Saglam uşaqları da xəstələndirirlər 28 fevral 15:07Nermin_Guler Vessalam koronaviurus geldi bura da catdi 28 fevral 14:37Nermin_Guler Hər kəsə salammm
41469

Az hərəkət psixikaya təsir edir

Az hərəkət psixikaya təsir edir

Fiziki aktivliyin çatışmamazlığı yalnız artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara - depressiyadan tutmuş ciddi psixi xəstəliklərə kimi səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən Britaniyada yalnız kişilərin 35 %-i, qadınların isə 25 %-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər.
İdman psixologiyası üzrə mütəxəssis olan professor Nanett Matray qeyd edir ki, insanlar yalnız bu yaxınlarda az hərəkətli həyat tərzi ilə psixi pozğunluqlar arasında əlaqəni müşahidə etməyə başlayıblar. Və indi bizim çox samballı dəlillərimiz vardır ki, fiziki aktivlik depressiyanın qarşısını ala bilər - N. Matray söyləyir.

Aparılmış tədqiqatların nəticələri göstərir ki, az hərəkət edən şəxslərin depressiyaya düşmək şansı çox hərəkətli insanlara nisbətən iki dəfə yüksəkdir. Bundan əlavə professor qeyd edir ki, çox etibarlı məlumatlar var ki, fiziki fəaliyyət depressiyaya qarşı çox yaxşı dərmandır. 

Bristol universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək  damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur. Britaniya qidalanma problemləri təşkilatının baş direktoru Judi Battriss söyləyir ki, son illər dövlət səmərəli və sağlam qidalanmanin təbliğinə üstünlük verir. O qeyd edir ki, lakin indi elə üsullar tapmaq lazımdır ki, insanlara fiziki aktiv olmaqda kömək etsin və onlar öz sağlamlıqlarını və həyat keyfiyyətlərini ahıl yaşlara kimi qoruyub saxlaya bilsinlər.
Böyük Britaniya Səhiyyə nazirliyinin tövsiyyəsinə əsasən yaşlı adamlar həftədə 5 gün gündə 30 dəqiqə fiziki aktivliklə məşğul olmalıdırlar. Təşkilatin məlumatına görə bu tövsiyyəni yaşlı əhalinin əksər hissəsi yerinə yetirmir. Bu xoşagəlməz tendensiya uşaqlar arasında da müşahidə olunur, belə ki, onlar idmandan daha çox az aktiv məşğələlərə üstünlük verirlər. Hal-hazırda məlumdur ki, nazirliyin tovsiyyə etdiyi fiziki aktivlik normasını oğlanların 30%-i, qızların isə 40%-i yerinə yetirmir.

Səslərin sayı: 8
19
5654
Şərhlər
Offline
Xalidə Həsənzadə
Maraqli xeberdir
26 sentyabr 2014 18:50
Offline
ZEHRAM
Maraqli xeberdi.duzdu.men evden qiraga ayda 1defe cixsam boyuk isdi no .hele heyetimi butun gunu kuruq vurram
15 aprel 2014 09:23
Offline
♥NiLuFeR♥
Açıq havada gəzinti özü bir idmandır....

Razlyam səninlə bacım good
13 aprel 2014 12:06
Offline
Aysun Memmedova
Maraqli ve faydali xeber ucun tesekkur
29 mart 2014 23:44
Offline
lala aliyeva
Beli heqiqeten de beledir tamamile raziyam idmani saxlayanda mende aqressiv oluram am cox sagolun tesekkur edirem
28 mart 2014 15:36
Offline
Qəribə
Men de tez tez cixiram yuruse,stadion yaxindadir,tam razıyam sizinle Açıq havada gəzinti özü bir idmandır.Çox gözəl mövzudur. Insan oz saglamligina fikir vermelidir,hereketiz heyat olarmi? Təşəkkür edirem Ceylan xanım. give_ros
28 mart 2014 01:36
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Zehra.
MARAQLI MÖVZUDUR.
28 mart 2014 01:21
Offline
איסון ממדוב.
Mende her gun 1 saat gezirem
28 mart 2014 00:39
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
AFET
Maraqli xeberdi tesaekkurler give_ros
27 mart 2014 23:25
Offline
Ruhəngiz
Çox gözəl mövzudur,təşəkkürlər Ceylan xanım.Qeyd etdiklərinizlə tam razıyam.Mənim də qızımı məktəbə aparıb-gətirməklə bir az fikirlərə az qapılmış oluram.
27 mart 2014 22:47
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Men tez tez cixiram yurushe ..5 mertebeni gunde 4 ya 5 defe dushub cixiram..Hereket insana cox xeyirdi..
27 mart 2014 22:31
Offline
Gulnarə
Tam razıyam... Açıq havada gəzinti özü bir idmandır....
27 mart 2014 22:19
Offline
Qizil Gul
Men onsuzda her gun idmandayam. dance1 Tesekkur give_ros
27 mart 2014 21:46
Offline
canim
Nə yaxşı ki işləyirəm .hərəkət etmək tez tez gəzintiyə çıxmaq insanın əsəblərinə çox xeyirdi vacib deyilki idman zalına get evdə idman etmək və ya yarım saat çıxıb gəzmək insanın əhval ruhiyyəsi çox gözəl olur .Elə bil beyində heçnə olmur
27 mart 2014 21:02
Offline
toma676
Mene yaxin idman zali yoxdur evde idman ve reks edirem
27 mart 2014 20:21
Offline
♥AyTaDj HəSəNzAdə♥
Xebere gore tewekkurler
27 mart 2014 20:19
Offline
Farida_Asadova
belə ki, onlar idmandan daha çox az aktiv məşğələlərə üstünlük verirlər.
Tam razıyam. Şəhərdən fərqli olaraq rayon yerlərində hec olmasa usaqlara bu problem yoxdu.Bütün günü çöldə bacada oynayırlar,qaçırlar..
27 mart 2014 20:15
Offline
Gulum
Heqiqeten de eledir bir ay olar idmani dayandirmişam yaman esebi olmuşam ireful Amma fitnese getdiyim vaxtlarda hem saglamligım hem də əsəblərim yerinde olurdu good Zalımız müveqqeti baglanim acılmagın gözlüyürem dance1
27 mart 2014 19:01
Offline
Ayka Eliyeva
Maraqli ve faydali xeber ucun tesekkurler give_ros Hami menim kimi idman elesin yahoo dance
27 mart 2014 18:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )