Qadin.NET / Az hərəkət psixikaya təsir edir

Az hərəkət psixikaya təsir edir

Az hərəkət psixikaya təsir edir

Fiziki aktivliyin çatışmamazlığı yalnız artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara - depressiyadan tutmuş ciddi psixi xəstəliklərə kimi səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən Britaniyada yalnız kişilərin 35 %-i, qadınların isə 25 %-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər.
İdman psixologiyası üzrə mütəxəssis olan professor Nanett Matray qeyd edir ki, insanlar yalnız bu yaxınlarda az hərəkətli həyat tərzi ilə psixi pozğunluqlar arasında əlaqəni müşahidə etməyə başlayıblar. Və indi bizim çox samballı dəlillərimiz vardır ki, fiziki aktivlik depressiyanın qarşısını ala bilər - N. Matray söyləyir.

Aparılmış tədqiqatların nəticələri göstərir ki, az hərəkət edən şəxslərin depressiyaya düşmək şansı çox hərəkətli insanlara nisbətən iki dəfə yüksəkdir. Bundan əlavə professor qeyd edir ki, çox etibarlı məlumatlar var ki, fiziki fəaliyyət depressiyaya qarşı çox yaxşı dərmandır. 

Bristol universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək  damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur. Britaniya qidalanma problemləri təşkilatının baş direktoru Judi Battriss söyləyir ki, son illər dövlət səmərəli və sağlam qidalanmanin təbliğinə üstünlük verir. O qeyd edir ki, lakin indi elə üsullar tapmaq lazımdır ki, insanlara fiziki aktiv olmaqda kömək etsin və onlar öz sağlamlıqlarını və həyat keyfiyyətlərini ahıl yaşlara kimi qoruyub saxlaya bilsinlər.
Böyük Britaniya Səhiyyə nazirliyinin tövsiyyəsinə əsasən yaşlı adamlar həftədə 5 gün gündə 30 dəqiqə fiziki aktivliklə məşğul olmalıdırlar. Təşkilatin məlumatına görə bu tövsiyyəni yaşlı əhalinin əksər hissəsi yerinə yetirmir. Bu xoşagəlməz tendensiya uşaqlar arasında da müşahidə olunur, belə ki, onlar idmandan daha çox az aktiv məşğələlərə üstünlük verirlər. Hal-hazırda məlumdur ki, nazirliyin tovsiyyə etdiyi fiziki aktivlik normasını oğlanların 30%-i, qızların isə 40%-i yerinə yetirmir.

27 mart 2014
GO BACK