Corab bir qadının ən əhəmiyyətli aksesuarlarından biridir. Fərqli növ və modeldəki corab, yeni kombin fürsətləri təqdim etdiyi kimi risk etməyinizə də səbəb olar. Çox bəyəndiyiniz, amma bədən tipinizə və ayaqlarınızın quruluşuna uyğun olmayan bir corab sizi məyus edə bilər. Doğru corab seçimi ilə sizə uyğun gələn və qıçlarınızı daha gözəl bir görünüşə çatdıracaq corablara qovuşmaq mümkündür…
Corab seçimində hər qadının öz bədəninə uyğun corab seçməsi əhəmiyyətlidir. Fərqli bədən və qıç şəkillərinə uyğun corab təklifləri də var. Xüsusilə, naxışlı corab seçərkən qıç formasına görə seçim etmək çox əhəmiyyətlidir.
"Eninə xətlər qıçı daha dolu göstərər bəlkə də, amma qıçların daha düz görünməsini də təmin edər.Dolu qıçlı qadınlar şaquli xəttli modelləri seçməlidir. Qıçları çox düz olmayanlar isə geometrik naxışları seçməlidir. Qısa boyluların isə daha kiçik naxışlara üstünlük verməsində fayda var.
Bədən tipinə görə corab seçimi
Kök qıçlar üçün şaquli xəttli modellər seçilməlidir.
Qıçlarınızın kök olduğunu düşünürsünüzsə şaquli xəttli corab modelləri tam sizə görədir. Bu tərz corablar qıçlarınızın daha uzun görünməsini təmin edir.
Naxışsız, tünd rəng corablar da qıçları daha incə göstərən modellərdəndir.
Qıçlarınızı daha düz göstərmək üçün simmetrik naxışlı corabları seçə bilərsiniz.
Yığışdırıcı modellər ilə qıçlarınızda daha sıx bir görünüş yaranar.
Sıx bir modeldə hörülmüş hörgülü corablar, sallanan və selülit problemi olan qıçları formaya salar, sellülitin itməsinə yardım edər.
Uzun qıçları olan xanımlar bəbir naxışlı və biləyi naxışlı retuz-corabları seçməlidir.
Bədəninizə görə qıçlarınız sizə çox uzun gəlirsə düz bir ayaqqabı ilə naxışlı corabları və biləyi naxışlı retuz-corabları seçə bilərsiniz. Amma bu tərz corabları düz yerinə dikdaban ayaqqabı və qısa bir paltar ya da uzun bir kofta ilə kombin etsəniz qıçlarınızı daha uzun göstərə bilərsiniz.
Qıç formanıza görə naxışlar
Qıçları kök olanlar kiçik çiçək və ya geometrik naxışlar kimi zərif naxışlıları seçməlidirlər.
Qıçları arıq olanlar iri, geniş, bütün qıçı örtən naxışları istifadə etməlidirlər.
Qıçları qısa olanlar şaquli xəttli naxışlardan imtina etməməlidirlər.
Qıçlarında əyrilik olanlar isə diaqonal naxışlıları seçim edə bilərlər.
Paltarınıza uyğun corab seçimi
Qısa ətəklərlə rəngli incə dəlikli corablar daha yaxşı görünür.
Kokteyl ya da gecə paltarlarıyla bilək qismində kiçik naxış ya da qaş olan corablar, arxadan tikişli corablar daha qəşəng dayanar.
Qara güpür corablar düz rəng paltarlarla geyildiyində daha cazibədar bir görünüş verər.
Düm-düz bir paltarınla naxışlı corab geyərək dəbi yaxalaya bilərsiniz.
Güpür naxışlı corablar hər növ geyimdə cazibədar görünüşü dəstəkləyir, qadının özünü çox daha yaxşı hiss etməsini təmin edən əhəmiyyətli aksesuarlardır.
Bir başqa əhəmiyyətli corab növlərindən biri də güpür naxışlı corablardır. Qəşəng gecə paltarlarının imtina edilməz bir parçası olan güpürün artıq idman paltarlarına da uyğunlaşdırılması güpür modasını gündəmə gətirir.
Hər qadının paltar dolabında qara incə dəlikli corabı olmalıdır. Yüksək ya da alçaq dikdaban hər növ ayaqqabıyla, ziyafət paltarıyla ya da idman hər növ paltarla geyə biləcəyiniz incə dəlikli corablarla özünüzü qəşəng və rahat hiss edə bilərsiniz.
Qıç formanıza görə corabda rəng seçimi
Naxışla birlikdə corabın rəngi də qıçların formasına təsir edən bir ünsürdür. Vanil rəngli corabı kök qıçlıların seçməməsi lazım olan bir rəngdir. Arxadan tək xəttlər, naxışlar, bütün qıçları gözəl göstərər. İncə dəlikli corablar, qısa qıçlı qadınlarda gözəl dayanar. Bundan başqa qısa qıçlı qadınlar dizdən aşağı və dizdən yuxarı hissələri ayrı rəng və ya naxışdan hörülmüş olanları geyməməlidirlər. Bu onların olduqlarından daha qısa görünməsinə səbəb olar. Uzun qıçlı qadınlar isə rahat davrana bilərlər. İstədiklərini seçməkdə sərbəstdirlər
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nobel Kanadaya getdi
Aslı Enver yenidən kamera önündə-FOTO
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Ağ şokoladlı kakaolu peçenye (foto resept)
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Balerina (rəqqasə) pəhrizi
Norveç elektriklə işləyən təyyarələrə keçir
500 min smartfon 15 saniyəyə satıldı
Yalnızlıq hissindən necə xilas olmalı?
Dünyanı heyrətləndirən fırldaqçı-FOTO
Harrinin qara üzüyünün sirri açıldı-FOTO
Çempionlar Liqası: ilk 1/4 finalçılar kim olacaq?
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Gələcəyin avtomobilləri
Psixoloq, yoxsa şarlatan?
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Huş itəndə...
Ramazan ayının təqvimi - FOTO
Arısız da bal olur
Bəlkə, 10 min manatı sizə vermədilər...
“İnstagram” və “Facebook” çökdü
İdmandan öncə nələr yeyilməlidir?
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Alman dili 8-ci dərs
Yataq üstü rəflər
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Sürətli dırnaq uzadan maska
Çörəkli keks (foto resept)
Hər kəs 11 yaşlı hakerdən danışır-FOTO
Bakıda yağış gözlənilir
Qoyun ətindən tərxun şorbası
Ağ mətbəx mebelləri
Elmin hələ də aça bilmədiyi 15 sirr
Hadisənin arxiv şəklini yaydı-FOTO
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Əl qabiliyyəti -Çantalar
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Günün ulduz falı
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Qaymaqlı qurabiyə (foto resept)
Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır
Afrika mənşəli virus Azərbaycanda
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
Caponata (foto resept)
Qeyri-adi yeni il ağacları
- ŞƏRHLƏR