Qadin.NET / Qüsursuz ayaqlar üçün necə corablar seçməliyik?

Qüsursuz ayaqlar üçün necə corablar seçməliyik?

Corab bir qadının ən əhəmiyyətli aksesuarlarından biridir. Fərqli növ və modeldəki  corab, yeni kombin fürsətləri təqdim etdiyi kimi risk etməyinizə  də səbəb olar. Çox bəyəndiyiniz, amma bədən tipinizə və ayaqlarınızın quruluşuna uyğun olmayan bir corab sizi məyus edə bilər. Doğru corab seçimi ilə sizə uyğun gələn və qıçlarınızı daha gözəl bir görünüşə çatdıracaq corablara qovuşmaq mümkündür…

 Corab seçimində hər qadının öz bədəninə uyğun corab seçməsi əhəmiyyətlidir. Fərqli bədən və qıç şəkillərinə uyğun corab təklifləri də var. Xüsusilə, naxışlı corab seçərkən qıç formasına görə seçim etmək çox əhəmiyyətlidir.

"Eninə xətlər qıçı daha dolu göstərər bəlkə də, amma qıçların daha düz görünməsini də təmin edər.Dolu qıçlı qadınlar şaquli xəttli modelləri seçməlidir. Qıçları çox düz olmayanlar isə geometrik naxışları seçməlidir. Qısa boyluların isə daha kiçik naxışlara üstünlük verməsində fayda var.

Bədən tipinə görə corab seçimi

Kök qıçlar üçün şaquli xəttli modellər seçilməlidir.

Qıçlarınızın kök olduğunu düşünürsünüzsə şaquli xəttli corab modelləri tam sizə görədir. Bu tərz corablar qıçlarınızın daha uzun görünməsini təmin edir.

Naxışsız, tünd rəng corablar da qıçları daha incə göstərən modellərdəndir.

Qıçlarınızı daha düz göstərmək üçün simmetrik naxışlı corabları seçə bilərsiniz.

Yığışdırıcı modellər ilə qıçlarınızda daha sıx bir görünüş yaranar.

Sıx bir modeldə hörülmüş hörgülü corablar, sallanan və selülit problemi olan qıçları formaya salar, sellülitin itməsinə yardım edər.

Uzun qıçları olan xanımlar  bəbir naxışlı  və biləyi naxışlı retuz-corabları seçməlidir.

Bədəninizə görə qıçlarınız sizə çox uzun gəlirsə düz bir ayaqqabı ilə  naxışlı corabları və biləyi naxışlı retuz-corabları seçə bilərsiniz. Amma bu tərz corabları  düz yerinə dikdaban ayaqqabı və qısa bir paltar ya da  uzun bir kofta ilə kombin etsəniz  qıçlarınızı daha uzun göstərə bilərsiniz.

 

Qıç formanıza görə naxışlar

Qıçları kök olanlar kiçik çiçək və ya geometrik naxışlar kimi zərif naxışlıları seçməlidirlər.

Qıçları arıq olanlar iri, geniş, bütün qıçı örtən naxışları istifadə etməlidirlər.

Qıçları qısa olanlar şaquli xəttli naxışlardan imtina etməməlidirlər.

Qıçlarında əyrilik olanlar isə diaqonal naxışlıları seçim edə bilərlər.

 

Qüsursuz ayaqlar üçün necə corablar seçməliyik?

 

Paltarınıza uyğun corab seçimi

Qısa ətəklərlə rəngli incə dəlikli corablar daha yaxşı görünür.

Kokteyl ya da gecə paltarlarıyla bilək qismində kiçik naxış ya da qaş olan corablar, arxadan tikişli corablar daha qəşəng dayanar.

Qara güpür corablar düz rəng paltarlarla geyildiyində daha cazibədar bir görünüş verər.

Düm-düz bir paltarınla naxışlı corab geyərək dəbi yaxalaya bilərsiniz.

Güpür  naxışlı corablar hər növ geyimdə cazibədar görünüşü dəstəkləyir, qadının özünü çox daha yaxşı hiss etməsini təmin edən əhəmiyyətli aksesuarlardır.

Bir başqa əhəmiyyətli corab növlərindən biri də güpür naxışlı corablardır. Qəşəng gecə paltarlarının imtina edilməz bir parçası olan güpürün artıq idman paltarlarına da uyğunlaşdırılması  güpür modasını gündəmə gətirir.

Hər qadının paltar dolabında qara incə dəlikli corabı olmalıdır. Yüksək ya da alçaq dikdaban hər növ ayaqqabıyla,  ziyafət paltarıyla ya da idman hər növ paltarla geyə biləcəyiniz incə dəlikli corablarla özünüzü qəşəng və rahat hiss edə bilərsiniz.

Qıç formanıza görə corabda rəng seçimi

Naxışla birlikdə corabın rəngi də qıçların formasına təsir edən bir ünsürdür. Vanil rəngli corabı kök qıçlıların seçməməsi lazım olan bir rəngdir. Arxadan tək xəttlər, naxışlar, bütün qıçları gözəl göstərər. İncə dəlikli corablar, qısa qıçlı qadınlarda gözəl dayanar. Bundan başqa qısa qıçlı qadınlar dizdən aşağı və dizdən yuxarı hissələri ayrı rəng və ya naxışdan hörülmüş olanları geyməməlidirlər. Bu onların olduqlarından daha qısa görünməsinə səbəb olar. Uzun qıçlı qadınlar isə rahat davrana bilərlər. İstədiklərini seçməkdə sərbəstdirlər winked

 

 

20 mart 2016
GO BACK