Sizə təqdim etdiyim növbəti blogger Kristina Bazandır. 19 yaşı olmasına baxmayaraq, çox məşhur bloggerlərdəndir. O, İsveçrədə (Cenevrə) yaşayır. Boyu 173 sm, çəkisi 55 kq-dır. İdeal model ölçüsünə sahib olmaq istəmir. Dediyinə görə, dadlı olan istənilən yeməyi yeyir. Heç zaman pəhriz saxlamayıb. Saçlarının təbii rəngi xurmayı olsa da, tez-tez sarı rəng boyasından istifadə edir. Gözləri mavi rəngdərir.
Hələ 17 yaşında bloqunu yaradır. Artıq bir il sonra məşhur bloggerlər sırasında yer alır. Yaşının realda çox olduğunu qeyd etsələr də özü bunu təkzib edir və makiyajın onu şəkillərdə yaşlı göstərdiyini qeyd edir. Kristina tələbədir, eyni zamanda özünü model biznesində də sınamağa qərar verir. Beləliklə, 17 yaşında ikən sadə şəkillərdən və şəxsən özünün maraq dairəsindən ibarət olan “KAYTURE” adlı bloq açır. Lakin çox keçmədən məşhur fotoqraf Jo Simoes tərəfindən kəşf edilir. O, Kristinaya hərtərəfli kömək olur və model biznesində ilk addımlarını atmasına səbəb olur.
Kristina Bazan bir neçə reklama və jurnal cildləri üçün çəkilib. Onun bütün şəkillərini sevgilisi Ceyms çəkir. Onunla bütün ölkələrə, xüsusən də Nyu-York və Parisə səyahət etməyi çox sevir. Kiristina mehriban, səmimi, dostlarına dəyər verən insandır. O, internet mağazalardan geyim və ya aksesuar almağı çox sevir. Şəkillərdə adətən H&M, Zara, Topshop, Chanel brendlərindən geyinir və onları reklam edir. Geyimdə ən çox sevdiyi aksesuarlardır. Onları xüsusi zövqlə seçir. Bildirdiyinə görə, geyimə romantika və şarm qatan məhz düzgün seçilmiş aksesuarlardır.
Geyim alarkən ilk olaraq onun bədəndə duruşuna və yaraşıb-yaraşmadığına diqqət edir. İkinci diqqət etdiyi vacib məqam isə həmin geyimlə ən azından Universitetə gedib-gedə bilməyəcəyidir. Hündür ayaqqabıları bəyəndiyi andaca almağa üstünlük verir. Hərçənd, həmin ayaqqabılarla Universitetə getmir.
Kristina fransız, alman, ingilis, hətta rus dillərini mükəmməl bilir. Evdə valideynləri ilə rus dilində danışmağa üstünlük verir. Dəfələrlə LOOKBOOK–un cildində Kristinanın rəsmləri dərc edilir. 2011-ci ildə Kristina “Miss İsveçrə” adlı gözəllik yarışmasına qatılır. Müsabiqədə “Miss Fotogenik” titulu ilə təltif olunur.
XƏBƏR LENTİ
Bu axşam 6 000 nəfərlik iftar süfrəsi açılacaq
NASA Koronavirusun Faydasından Danışdı - FOTO
Bədəni təbii yollarla nəmləndirən 4 ərzaq
Uşaqlar üçün bez alan valideyinlərin diqqətinə
Hamilə xanımlar üçün ziyafət geyimləri
Dayanacaq
Məşhur aktyor "Yasak Elma"da
Uşaqlar olan evdə işləmək
Milli parklar təhlükədə
"İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı
Azərbaycanda iqtisadi artım 5 faizdən çoxdur
Quranı ayaqladı, polis tutdu
Dodaqlarınadakı gelə görə Kor ola bilərdi-FOTO
Sevgili tapmağın 30 üsulu
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?
İnsan niyə ac qala bilmir?
Həyatınızın açarı olun
Ərdoğan İbrahim Tatlısəsə "yox" dedi
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
4 yaşında 7 fərqli dildə danışan Bella
Qara nöqtələrlə necə mübarizə aparmalı?
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Bu adaya kişilərin girişi qadağandır - FOTO
2020 Qızıl Kürə: Qırmızı Xalça
Qırışların qarşısını alan vazelin maskası
Xarici mətbəxlərə səyahət
Gözəlliyin vahiməli tərəfləri haqqında bilmədikləriniz
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Dünyanın “ən təhlükəli noutbuk”u hərraca çıxarıldı
Evdən çıxmayan qadın koronavirusa yoluxdu
Qadın, yoxsa kişi rəhbərlər daha ədalətlidirlər?
Krallığın sevimli gəlinləri haqqında HEYRƏTAMİZ FAKT
İnsan vücudu möcüzələrlə doludur
İbrahim Kalın koronavirusdan sağaldı
Bayraktar “WhatsApp”dan imtina etdi
Boyunumuz yaşımızı göstərir
Türkiyədən bizə başsağlığı
Azərbaycan faşizm üzərində Qələbənin 74-cü ildönümünü qeyd edir-FOTO
Azərbaycanda TV yayımında dəyişiklik
Çuğundur salatı (foto resept)
İran qocalır
Möhtəşəm ziyafət don modelləri
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Bu şəxslər SMS icazə ala bilməyəcəklər
Bir yerdə idman edək-4
Şərqin böyük şəhərləri sular altında qalacaq
Gəncənin tarixi irsi olan Hüseyniyyə mədrəsəsi...
Hava haqqında - 10.10.2013
Dahilərdən gözəl sözlər - 12
Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri
- ŞƏRHLƏR