Qadin.NET / Kristina Bazan

Kristina Bazan

Kristina Bazan

Sizə təqdim etdiyim növbəti blogger Kristina Bazandır.  19 yaşı olmasına baxmayaraq, çox məşhur bloggerlərdəndir. O, İsveçrədə (Cenevrə) yaşayır. Boyu 173 sm, çəkisi 55 kq-dır. İdeal model ölçüsünə sahib olmaq istəmir. Dediyinə görə, dadlı olan istənilən yeməyi yeyir. Heç zaman pəhriz saxlamayıb.  Saçlarının təbii rəngi xurmayı olsa da, tez-tez sarı rəng boyasından istifadə edir. Gözləri mavi rəngdərir.

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Hələ 17 yaşında bloqunu yaradır. Artıq bir il sonra məşhur bloggerlər sırasında yer alır. Yaşının realda çox olduğunu qeyd etsələr də özü bunu təkzib edir və makiyajın onu şəkillərdə yaşlı göstərdiyini qeyd edir. Kristina tələbədir, eyni zamanda özünü model biznesində də sınamağa qərar verir. Beləliklə, 17 yaşında ikən sadə şəkillərdən və şəxsən özünün maraq dairəsindən ibarət olan “KAYTURE” adlı bloq açır. Lakin çox keçmədən məşhur fotoqraf Jo Simoes tərəfindən kəşf edilir. O, Kristinaya hərtərəfli kömək olur və model biznesində ilk addımlarını atmasına səbəb olur.

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan


Kristina Bazan bir neçə reklama və jurnal cildləri üçün çəkilib. Onun bütün şəkillərini sevgilisi Ceyms çəkir. Onunla bütün ölkələrə, xüsusən də Nyu-York və Parisə səyahət etməyi çox sevir. Kiristina mehriban, səmimi, dostlarına dəyər verən insandır. O, internet mağazalardan geyim və ya aksesuar almağı çox sevir. Şəkillərdə adətən H&M, Zara, Topshop, Chanel brendlərindən geyinir və onları reklam edir. Geyimdə ən çox sevdiyi aksesuarlardır. Onları xüsusi zövqlə seçir. Bildirdiyinə görə, geyimə romantika və şarm qatan məhz düzgün seçilmiş aksesuarlardır.

 

Kristina Bazan

 

Geyim alarkən ilk olaraq onun bədəndə duruşuna və yaraşıb-yaraşmadığına diqqət edir. İkinci diqqət etdiyi vacib məqam isə həmin geyimlə ən azından Universitetə gedib-gedə bilməyəcəyidir. Hündür ayaqqabıları bəyəndiyi andaca almağa üstünlük verir. Hərçənd, həmin ayaqqabılarla Universitetə getmir.

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan

 

Kristina Bazan


Kristina fransız, alman, ingilis, hətta rus dillərini mükəmməl bilir. Evdə valideynləri ilə rus dilində danışmağa üstünlük verir. Dəfələrlə LOOKBOOK–un cildində Kristinanın rəsmləri dərc edilir. 2011-ci ildə Kristina “Miss İsveçrə” adlı gözəllik yarışmasına qatılır. Müsabiqədə “Miss Fotogenik” titulu ilə təltif olunur.

15 fevral 2013
GO BACK