Azərbaycan ictimaiyyəti 9 May - faşizm üzərində Qələbənin 74-cü ildönümünü qeyd edir.
Qadin.Net trend-ə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb.
Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Həmin vaxt Azərbaycan iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun bir növ ən mühüm cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.
İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kim nə qədər yatır?
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Prezident yıxıldı
Ürək peçenyesi (foto resept)
Heç kəs bu xəstəlikdən sığortalanmayıb
Demet Akalın məşhur serialı tənqid etdi
TQDK yeniliyə hazırlaşır: variant ləğv olunacaq
8 May-Şuşanın işğalı günüdür!
Yaz trendləri
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Bu dəhşəti bir-birinizə yoluxdurmayın!
Sümeyyənin toyu kosmosdan qorunacaq
Türkiyədən dəstək: "Sənin tək qardaşın var"
Hansı geyimlərlə incə görünmək olar?
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Yarpaq bisküvit (foto resept)
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Türkiyənin hakim partiyası qalmaqallı həbslərə münasibət bildirdi
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
İnsanlar niyə uğursuzluğa düçar olur?
İtmiş üzüyünü 12 il sonra burnundan tapdı - FOTO
Leyla Əliyevanın qızı futbol meydançasında
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Xoruldamaq gözü kor edir?
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
Markdan iddialı AÇIQLAMA
İş xanımlarına payız dəbi
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Günün qoroskopu: Mübahisə etməyin!
Günün qoroskopu: Münaqişə etməyin!
Jasmin çayının faydaları
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Məşhurların əsl adları
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Kral ailəsində İŞİD təşvişi
Yeni il axşamı izləyə biləcəyiniz filmlər
Azərbaycan Ermənistana ilk əsirləri təhvil verib
Köhnə telefonların harada istifadə olunduğunu bilirdiniz?
Putin Paşinyanı belə alçaltdı - VİDEO
Eşq sizə nə edər?
İstirahət gününün HAVAsı
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
Firəngiz Əlizadənin əsəri daxil olan albom "Grammy" mükafatına layiq görülüb
Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş - VİDEOREPORTAJ
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Bizi bu torpaq yaşadır
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Avropanın ən uzun körpüsü
Boksçumuz erməni rəqiblə üz-üzə














