Sabahdan - noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq.
Day.Az bildirir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin rəhbəri İsa Məmmədov report-a deyib ki, MTRŞ-nın 27 sentyabr tarixli qərarında heç bir dəyişiklik yoxdur və sabahdan artıq analoq yayımdan istifadə mümkün olmayacaq.
Qeyd edək ki, 27 sentyabr tarixində Milli Televiziya və Radio Şurasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub.
İclasda Azərbaycan Respublikası prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box"-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
Məsələ ilə bağlı MTRŞ vətəndaşlara müraciət edib. Müraciətdə bildirilirdi ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
Müraciətdə televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması xahiş olunmuşdu.
Rəqəmli TV yayımının əsas aşağıdakı üstünlükləri var:
1. Veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneə dayanıqlığının yüksək olması.
2. TV vericisinin gücünün azaldılması imkanı.
3. Eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması.
4. Təsvirin və səsin canlandırılma keyfiyyətinin artması.
5. Yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması.
6. Studiya aparatlarının funksional imkanlarının genişləndirilməsi.
7. TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsi imkanı.
8. İnteraktiv TV yayım sisteminin yaradılması. Bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır.
9. Verilişlərin arxivləşdirilməsi və yazılması imkanı.
10. Verilişin dilinin və subtitrlərin seçilməsi imkanı.
Day.Az
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək