Sizin üçün alış-veriş xarakterinizi tanıyıb, ona görə xərclərinizi idarə etməyin metodu:
Dünya səviyyəsində iqtisadi vəziyyət yaxşı deyil... Amerika, Avropa, Orta Şərq, Yaponya; hər yerdə özünəməxsus bir problem var. Bizə toxunub-toxunmaz o ayrıca amma həqiqət budur ki, maliyyə həyatımızda tədbir almaq şərtdir. Əlbəttə ki, bu acı çəkərək olmamalıdır. Elə isə necə edəcəyik? Sizin üçün alış-veriş xarakterinizi tanıyıb, ona görə xərclərinizi idarə etməyin metodu təqdim edilir. Başlayaq. Hər insan eyni olmur, alış-veriş alışqanlıqları da elədir. Aşağıda sizə 10 fərqli alış-veriş xarakteri sıralayacağam. Amma gəlin səmimi olaq, hər şey insanın özü-özünə danışa bilməsiylə başlıyır.
1. Aktiv, canlı : “Alış-veriş edərkən, özümü itirir, nə tapsam səbətə atıram. Ödəmə mərhələsinə gəldiyimdə özüm belə inana bilmirəm... O qədər şeyi nə vaxt, necə aldım. Hamısına belə bir baxıram, bəzən alıram bəzən almaqdan imtina edirəm” deyənlərdənsinizsə...
Tövsiyyəmiz: Ehtimal ki, sizin içiniz-içinizə sığmır. Ya çox planlı hərəkət edən birisiniz və bu cür partlayışlar yaşıyırsınız, ya da ümumi həyat tərziniz budur. Alış-veriş sizi özünə çəkmək istədikdə başqa bir məşğuliyyət tapın. Məsələn, musiqini açın, rəqs edin və başqa.
2. Mütəxəssis dedektiv : “ Almazdan əvvəl mütləq araşdırıram. İstədiyim məhsuldan arxayın olmaq üçün dəfələrcə incələyirəm, qərar verdikdən sonra isə qiymətinin enməsini gözləyirəm. Endirimi gözləyə bilməyəcək qədər təcilidirsə, ən az 2-3 saatlıq bir araşdırma sonunda alaram” deyənlərə...
Tövsiyyəmiz: bu xasiyyətinizi itirməyin. Alış-verişdən əvvəl araşdırmaq, bizi idarəmiz əlimizdə və güclü hiss etdirər. Ancaq dozasın qaçırtmayın, çünki zaman da pul deməkdir.
3. Sosial: “Təkliyə dayana bilmirəm. Həmişə ətrafımda kimsə olsun istəyirəm. Tək qalanda necə olduğunu başa düşmədən birdə baxıram kredit kartını almış, ticarət mərkəzinə çatmışam belə. Sonrası hekayə” deyirsinizsə..
Tövsiyyəmiz: Alış-veriş sosiallaşmadır, adı üstündə. Satıcılar, digər alıcılar, söhbətlər... Lakin, birdə baxarsınız ki, heç ehtiyacınız olmayan, hətta istəmədiyiniz şeyləri belə alıb çıxmısınız mağazadan. Sizə xatırlatmaq istərəm ki, arada bir tək qalmaq, içinə qapanmaq da gözəldir, sakitçilikdir. Heç tək qala bilmirsinizsə bəlkədə özünüzlə baş-başa qalmaq, özünüzü tanımaq zamanı artıq gəlmiş ola bilər.
4. İkinci əlçi: “Az istifadə olunmuş daha ucuza satılarkən, niyə daha artıq ödəyib istifadə olunmamış olanı alım ki?!” deyənlərdənsinizsə...
Tövsiyyəmiz: Bu yeni inkişaf edən bir sahədir. Çox xoşlayırsınızsa, sizdə bəlkə bir “ikinci əl” dükanı açasınız?
5. İqtidarlı : “Alış-veriş edərkən ödüyə bilmək mənə yaxşı gəlir. Dünyalar mənim imiş kimi gəlir. Çox şad oluram” deyənlərə..
Tövsiyyəmiz: Bəzən alış-verişi özümüzü güclü hiss etmək üçün edirik. Kredit kartımızı çıxartmaq, ala bilmək, ödəyə bilmək; bu hisslər bizə yaxşı gəlir. Bu hisslər sizi çəkəndə özünüzü güclü hiss etdirəcək, bir şey edə bilərsiniz. Məsələn, yaxşı bildiyiniz bir sahədə bir şagirdə dərs demək, bir dostunuza kömək etmək, gələcəklə bağlı planlar qurmaq sizə daha yaxşı gələ bilər.
6. Ədalı, forslu : “Sadəcə ən keyfiyyətli və ən yaxşı olanı alıram. Geyim alış-verişi çox əhəmiyyətlidir; ən məşhur markaların, ən son çıxan, ən yeni moda geyimləri şkafımda olmalıdır. Texnologiyada isə yalnızca ən son çıxan məhsulları istifadə edirəm” deyirsinizsə..
Tövsiyyəmiz: Dostlarınızın arasına ticarət məhsullarına əhəmiyyət verməyən yeni dostlar əlavə edin. Ümumilikdə bilmədən (ya da bilərəkdən) yaratdığımız ictimai mühitimiz bizi bu tip brend və “ən yaxşısı” girdabına çəkər. Bir gün “ən yaxşı və ən son modeli” alacaq imkanınız olmadıqda, hamısı birdən tək qoyar sizi bu ətrafınızdakılar. Yəni bildiyimiz Molla Nəsrəddinin “ye kürküm ye” məsəlidir bu..
7. İnternet xəstəsi : “Təzə internet saytları üçün ürəyim gedir. Artıq sadəcə internetdən alış-veriş edirəm. Hər dəfəsində satın almıram, ancaq daim fürsətləri araşdırıram. Gündə ən az belə bir-iki saat keçirirəm” deyənlərdənsiniz?
Tövsiyyəmiz: Elə bu xüsusiyyətə uyğun bir tanıdığım var, daima internetdə araşdırma aparır, bəzən alır, bəzəndə yox. Sanki, bir işə giribmiş kimi. Amma bu bir iş , ya da yarış deyil, çünki həyat ticarət deyil.
8. Mükafat sevər : “Ancaq mənə əlavə bir fayda verir, ya da xüsusi bir hədiyyə proqramına daxil olmağıma köməkçi olarsa, alıram” düşüncəsində olanlara.
Tövsiyyəmiz: Burda bir problem yoxdur, ancaq hədiyyə və fayda üstünə inşa edilən alış-verişlər adətən həmişə eyni bir neçə yerdən alış-veriş etməyimizə gətirib çıxarar. Digər yerlərdə ola biləcək fürsət və yeniliklərdən özünüzü məhrum etməyin.
9. Vaxtı satın alanlar: “Zamanım yoxdur. İşim çoxdur. Səbrim də yoxdur. Bir ehtiyacım olanda gedib ən uyğun yerdən ehtiyacımı alıram. Buna görə çox vaxt büdcədən çox xərcləyirəm” deyirsiniz...
Tövsiyyəmiz: Həyatda hər şeydə bir nizam var. Bir az daha işinizdə planlı olun. Bəli vaxt pul deməkdir, ona görədə bir hesablayın görək sizin bir saatlıq vaxtınız nə qədər pul edir? Alışveriş planınız üçün bir saat ayırsanız, nə qədər qənaət etmiş olarsınız?
10. Beş günlükçülər : “Bir şey gördümsə, bəyənsəm mənlə evə gəlir, heç də çox düşünmürəm. Bu 5 günlük dünyada. Ona görədə çox vaxt büdcəmi aşıram, hətta aşıb-aşmadığımı bilmirəm belə, elə ki kredit kartının ekstrası gələnə qədər” deyən rahat insansınızsa...
Tövsiyyəmiz: Bu işin sonu yoxdur, çünki istəklərin sonu yoxdur. Özünüzə limit qoyun, məsələn paltar xərciniz aylıq gəlirinizin 5-8 faizini keçməsin. Bunu edə bilmək üçün gələcəyə doğru maliyyə hədəfləriniz olmalıdır: ev almaq, tətil etmək kimi layihələr qurun.
Bəli, içinizdən gələn səs sizin hansı kateqoriyaya aid olduğunuzu sizə demiş olmalıdır. İndi çalışmaq sırası sizdədir. Belə qalacaqsınız, yoxsa dəyişiklik edəcəksiniz?
XƏBƏR LENTİ
Arda Turan Ronaldunu geridə qoydu
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
2018-in dəb trendləri
Karbon pilinqi
Günün qoroskopu:Adi saydığınız işləri qulaqardına vurmayın
Maykl Ceksonun gödəkçəsi 300 minə satıldı-FOTO
Düyülü toyuq şorbası (foto-resept)
"Vodka" necə yaranıb?
Modadan küsdürən nümunələr
İranda zəlzələ olub
Koronavirusun yeni ştammı sürətlə dünyaya yayılır: Kanada, Norveç, İordaniya...
Bakıda bitən xarı bülbül...
Rusiyadan ABŞ-a xəbərdarlıq
IV Beynəlxalq muğam müsabiqəsinə start verilib
Yalnız kişilər üçün!
Uşaq geyimləri
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi - FOTO
Məşhur bədən boyama festivalı
Sıla haqqında dedikləri hamını TƏƏCCÜBLƏNDİRDİ
2013-2014-cü ilin saç modelləri
Kərbəlada əza məclisi başladı
Kəsmikli tort (foto resept)
70 yaşlı Alla Puqaçova konsertə hazırlaşır
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
"8 Mart" salatı (foto resept)
Kürdə qorxulu vəziyyət
Zövqlü geyimlər
Əməliyyatsız burun kiçiltmə texnikası
Culfa rayonu
İlham Əliyev: "İqtisadiyyatımız stabildir"
Ukraynada savaş başa çatır
Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...
Ən yaraşıqlı türk aktyorlar
Günün qoroskopu: Pozitiv olun!
Simit kababı (foto-resept)
Pensiya və müavinətlər artırıla bilər
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Rəngarəng dəst geyimlər
Öldükdən 5 il sonra qızının doğum gününə...
Dəniz tısbağaları
Geyimə görə yuma müddəti
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Rublun düşməsi Azərbaycanlı sahibkarları müflis edib
Çingizdən bir daha olmayacaq...
BÜRCLƏR bizə nə vəd edir?- 1 Dekabr
Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini yenidən sərbəst buraxıldı
Bu ölkə bayrağını dəyişdirəcək
Bacardıq: ermənilərə tərs şillə
- ŞƏRHLƏR