Bvlgari saatları və bəzək əşyaları ilə hamıya tanış olan məşhur brenddir. Brendin adı Bvlgari şəklində yazılsa da Bulqari kimi oxunur. Bulqari şirkəti zərgərlik, dəri məmulatı, qol saaatları, aksessuarlar, parfümeriya və dəriyə qulluq vasitələrinin buraxılması üzrə ixtisaslaşıb. Bundan başqa, Bulqari otellər şəbəkəsini inkişaf etdirir. (Bulqari Hotels & Rsorts şəbəkəsi Mariott İnternational tərəfindən idarə olunur).
Brend İtaliyanın paytaxtı Romada yaradılıb, amma şirkətin təsisçisi Sotirio Bulqari əslən Yunanıstandandır. Sotirio Yunanıstanın Epirus kəndində gümüş əşyalar düzəldən ustalar nəslindəndir. 1879-cu ildə o, qardaşı ilə İtaliyaya köçür, 1884-cü ildə onların Romada, Via Sistinada zinət əşyalarının satışı və istehsalı ilə məşğul olan ilk mağazası açılır. Əşyalar əsasən gümüşdən hazırlanırdı.
Mağazanın uğuru onun əlverişli yerdə qərar tutmasında idi, çünki ora turistlər çox gəlirdi. Cəmi bir neçə ildən sonra Bvlgari mağazaları İtaliyanın bir çox şəhərlərinin bəzəyinə, eyni zamanda tursit proqramlarının mütləq gedəcəyi bir yerə çevrildi. Bulqari özü isə Avropada ilk butiklər şəbəkəsi yaratdı.
Bulqari parfümeriyası
Bulqarinin buraxdığı ilk ətir-Eau de Vert 1992-ci ilə təsadüf edir. Şirkət indiyədək 30 adda ətir istehsal edib.
Bulqari saatları
1999-cu ildə Bulqari şirkəti Gerald Genta saat manifakturasını və Daniel Roth törəmə alır. Bulqarinin bütün saatları məhz bu brendlərin mexanizmləri ilə komplektləşdirilir. Onların hamısının siferbaltında Bvlgari loqotipi ilə yanaşı, yuxarıda göstərilən saat markalarından birinin loqotipi yerləşdirilib.
Bəzək əşyalarından saatlara doğru
1920-ci ilin əvvəllərində Bvlgari şirkəti saat istehsal etməyə başlayır. Amma həmin saatlar yalnız 1970-ci illərdə məşhurlaşdı. Hərçənd 1940-cı illərdə Snake-Watch saatları daha çox uğur qazanmışdı- bunlara bir növ, ilan kimi qola sarılan bilərziklər daxil idi. Unikal və qeyri-adi dizaynla bahalı zinət əşyaların uyğunlaşdırılması belə qol saatlarını tanınmaz dərəcədə gözəl göstərirdi. 1970-ci illərdə Bvlqari Nyu-Yorkda, sonra isə Paris, Cenevrə və Monte-karloda mağazalar açaraq dünya bazarına çıxır.
XƏBƏR LENTİ
Yanan tankdan sağ çıxan əsgərimiz: “Səngərə çatanda öz üzümü görmək istədim, amma...” - VİDEO
Mətin Şəntürk
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Fransız sayağı göbələkli ət (foto resept)
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
Conni Depp yenidən evlənir?-FOTO
Azərbaycanlı aktrisa Antonio Banderasla tərəf müqabili olacaq
Məzahir Pənahov Malayziyada beynəlxalq simpoziumda iştirak edəcək
HAVA necə olacaq? 16 İyun
Əcnəbilərlə evlənən Azərbaycanlı qızların SAYI açıqlandı
Ermənilər döyüşə hazırlaşır
Ali məktəblərə qəbul olmaq istəyən yetim uşaqlar: güzəşt ola bilər?
Toyuq ətindən yarpaq dolması (foto-resept)
Arıqlama haqda yanlış məlumatlar (2)
Ermənilərə məxsus 2 PUA məhv edildi
Azərbaycan 10 helikopter aldı
Zakir Həsənov İspaniyada hərbi paradı izləyib
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Bergüzar Korel izləyicilərinə söz atdı-FOTO
Evlilikdən zövq alın
Paradoksal həyati həqiqətlər
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi
“Google”da təhlükə yarandı
Koronavirusla bağlı son STATİSTİKA
Dərinin yaşlandığını göstərən hallar
Mart ayının qeyri-iş Günləri
Cennifer Lopez xoşbəxt olduğunu hiss etdirdi-FOTO
Bayrağı təkbaşına ermənilərdən qoruyan azərbaycanlı azadlıqda
Teflon örtüyü olan qablarda təhlükə
Kakaonun 5 faydası
Ağkilsə
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Təmizlik zamanı unudulan 5 yer
Sabahın HAVAsı
BlackBerry batır
Bilirsiniz mi?
Uşaqlıq fotosuna 10 dəqiqəyə 7 mindən çox "like" gəldi
Hava haqqında
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Bu saat enerjini bədəndən alır
Türkiyədən İŞİD-in hədəsinə ilk reaksiya
Dəfnə yarpağının faydaları haqda.
Alim koronavirusa qarşı peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Uşaqlara ölümü necə izah etməli?
Hədiyyə qablarından özünə don tikdi
Demetin AÇIQLAMASI diqqət çəkdi
Azərbaycana qar yağır
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Azərbaycanda ölüm ayağında olan xəstənin taleyi saniyələrdən asılıdırsa, nə etməli?
- ŞƏRHLƏR