Qadin.NET / Bvlgari brendi

Bvlgari brendi

Bvlgari saatları və bəzək əşyaları ilə hamıya tanış olan məşhur brenddir. Brendin adı Bvlgari şəklində yazılsa da Bulqari kimi oxunur. Bulqari şirkəti zərgərlik, dəri məmulatı, qol saaatları, aksessuarlar, parfümeriya və dəriyə qulluq vasitələrinin buraxılması üzrə ixtisaslaşıb. Bundan başqa, Bulqari otellər şəbəkəsini inkişaf etdirir. (Bulqari Hotels & Rsorts şəbəkəsi Mariott İnternational tərəfindən idarə olunur).

  Brend İtaliyanın paytaxtı Romada yaradılıb, amma şirkətin təsisçisi Sotirio Bulqari əslən Yunanıstandandır. Sotirio Yunanıstanın Epirus kəndində gümüş əşyalar düzəldən ustalar nəslindəndir. 1879-cu ildə o, qardaşı ilə İtaliyaya köçür, 1884-cü ildə onların Romada, Via Sistinada zinət əşyalarının satışı və istehsalı ilə məşğul olan ilk mağazası açılır. Əşyalar əsasən gümüşdən hazırlanırdı.

Mağazanın uğuru onun əlverişli yerdə qərar tutmasında idi, çünki ora turistlər çox gəlirdi. Cəmi bir neçə ildən sonra Bvlgari mağazaları İtaliyanın bir çox şəhərlərinin bəzəyinə, eyni zamanda tursit proqramlarının mütləq gedəcəyi bir yerə çevrildi. Bulqari özü isə Avropada ilk butiklər şəbəkəsi yaratdı. 

Bulqari parfümeriyası 

Bulqarinin buraxdığı ilk ətir-Eau de Vert 1992-ci ilə təsadüf edir. Şirkət indiyədək 30 adda ətir istehsal edib.

Bulqari saatları 

1999-cu ildə Bulqari şirkəti Gerald Genta saat manifakturasını  və Daniel Roth törəmə alır. Bulqarinin bütün saatları məhz bu brendlərin mexanizmləri ilə komplektləşdirilir. Onların hamısının siferbaltında Bvlgari loqotipi ilə yanaşı, yuxarıda göstərilən saat markalarından birinin loqotipi yerləşdirilib.

Bəzək əşyalarından saatlara doğru 

1920-ci ilin əvvəllərində Bvlgari şirkəti saat istehsal etməyə başlayır. Amma həmin saatlar yalnız 1970-ci illərdə məşhurlaşdı. Hərçənd 1940-cı illərdə  Snake-Watch saatları daha çox uğur qazanmışdı- bunlara bir növ, ilan kimi qola sarılan bilərziklər daxil idi. Unikal və qeyri-adi dizaynla bahalı zinət əşyaların uyğunlaşdırılması belə qol saatlarını tanınmaz dərəcədə gözəl göstərirdi. 1970-ci illərdə Bvlqari Nyu-Yorkda, sonra isə Paris, Cenevrə və Monte-karloda mağazalar açaraq dünya bazarına çıxır. 

16 mart 2013
GO BACK