Şorayın atası bir müddət sonra işini buraxıb polis məmuru oldu, anası isə bir şin fabrikində işə başladı.Bundan sonra yaşayışları çətinləşdi və Türkan kiçik yaşda evin işləriylə maraqlanmaq məcburiyyətində qaldı. 1954-cü ildə bacısı Nazan dünyaya gəldikdən sonra anası ilə atası arasındakı anlaşılmazlıq son nöqtəyə çatdı və cütlük boşanma qərarı verdi. Bacısı ilə birlikdə anasında qalan Türkan, liseyini davam edirdi. Boşanma sonrası Karagümrükdəki Sarmaşık küçəsinə köçən ailəni yenə çətin günlər gözləyirdi. Ancaq Türkanın ev sahiblərinin qızı Emel Ulduzla tanışlığı həyatının dönüş nöqtələrindən biri olacaqdı.Türkan o dövrdə on beş yaşında idi.Bir gün Emelle birlikdə film çəkilişlərinə gedər və beləcə məşhur "Yeşilçam Küçəsi"nə addımını atmış olar.
Emel Ulduz, o vaxtı "Köyde Bir Kız Sevdim" adlı filmin baş rolunda oynamalı idi. Türkan kənarda bir yerdə oturarkən Türker İnanoğlunun diqqətini çəkər.O, Türkanla tanış olar. İnanoğlu baş rol üçün Türkan Şorayın daha uyğun olacağına qərar verər və onun Yeşilçama girişi də beləcə reallaşar. O vaxtı hələ 15 yaşında olan və Şadı Çadırçı ilə nişanlı olan Şoray, bir müddət sonra Çadırçıdan ayrılıb İnanoğlu ilə nişanlandı.
Türker İnanoglu
Bir Ulduzun doğuşu (1960-cı illər)
Türkan Şoray "Köyde Bir Kız Sevdim" filminin ardından yeni- yeni təkliflər almağa başlayar. Çəkildiyi filmlərlə mətbuatın diqqətini çəkər və ilk dəfə dövrün ən məşhur həftəlik jurnallarından olan "Kino"nun üz qabığına çəkilər.Ardından "Artist", "Büyük gazete"və "Ses" jurnallarına da ayağını açar.
Həyatına İstiqamət Verən Adam
Rüçhan Adlının Şorayın həyatında əhəmiyyətli bir rolu vardır. Onu qorumuş, həmişə zirvədə qalmasında böyük rol oynamışdır.Bu cütlük bir film çəkilişində tanış olurlar. Rüçhan Adlı Şoraydan düz 23 yaş böyük idi. Görüb-götürmüş insan idi. Şoray bir ata şəfqətindən və sevgisindən məhrum böyümüş, bunlara ehtiyac duymuşdur.Ona görə də Şoray bu sevgi və şəfqəti Adlıda tapır və 20 ilini onunla birlikdə keçirir.
Bu əlaqədən sonra Şoray gedərək süzgün baxışlı, şux bir qadın olmaqdan sıyrılıb, yeni şəxsiyyətinə bürünər və 1965-ci illərdən başlayaraq "Türk kinosunun bir nömrəli qadını" olur. Dörd böyük arasında (Fatma Girik, Xülya Koçyiğit, Filiz Axın) ən çox onun adı çəkilir.
Sultan
Şorayın Sultan olmasında və ona qayda-qanun qoyulmasında Adlının böyük payı vardır. Adlı, Şoraya göndərdiyi çiçək buketlərinə ilişdirdiyi kartlarda ya da buraxdığı qeydlərdə ona həmişə "Sultanım" deyə xitab edərdi.Bunlar daha sonra mətbuatda çıxar və dövrün məşhur qəzet və jurnallarında nəşr olunardı. Beləcə Şoray artıq türk kinosunun da, xalqın da "Sultan"ı olmağa başlayar.
1966-cı illərin sonlarına doğru isə bir-birinin ardınca Şoray filmləri çəkilir və eyni həftələrdə Beyoğlu kinoları da bu yarışa girincə vəziyyət bir müddət onun əleyhinə işləyir. Eyni vaxtlarda çəkilən Şoraylı filmlər sanki bir-birini vurur. Şorayın belə bir səhvə qurban getməsinin səbəbi eyni il içində çox sayda filmə çəkilməsi və oynadığı filmlərin eyni mövzuları əhatə etməsidir.
Bir müddət sonra Türkan Şoray əleyhinə inkişaf edən bu təhlükəli sarsıntını çətinliklə sovuşdurur və öz çəkiliş qiymətində artım edir. Beləcə bütün prodüsserlər Şorayı qara siyahıya salırlar. Bu qərara görə onu filmə çəkmirlər, müqavilə müddətini uzatmırlar, kino salonlarında da filmlərini göstərmirlər. O artıq Akün, Acar, Arzu, Duru film... kimi böyük şirkətlərin də qara siyahısındadır.Bütün bu hadisələrdən sonra Şoray özünü bir müdafiə etmə siyasəti tapar və beləcə Şoray qanunları meydana gəlir.
Şoray qanunları
1) Türkan Şoray film ssenarilərini filmin çəkiliş tarixindən ən azı bir ay əvvəl bəyənər.
2) Türkan Şoray, ssenarini bəyənmədiyi təqdirdə yeni bir ssenari veriləcək.
3) Hər ssenaridə "bəyəndi" razılaşması şərtdir.
4) Filmdə öpüşmə və açıq səhnələr olmayacaq.
5) Filmdəki müasir geyimlər Türkan Şoraya, tarixi geyimlər isə şirkətə aiddir.
6) Film çəkilişi yalnız İstanbulda olmalıdır. Türkan Şoray İstanbul xaricinə çıxa bilməz.
7) İş saatları səhər 8 ilə axşam 19 arasıdır.
8) Bazar günləri Türkan Şoray işləyə bilməz.
9) Türkan Şoray adı afişa, elan və kino plakatlarında başda və tək olaraq yazılacaq.
10) Filmdə hər oynadığı yerdə 9 maddə tətbiq olunacaq.
11) Filmlərin səsləndirilməsində Türkan Şorayın səsi üçün öz razılaşması şərtdir.
12) Şirkət filmi öz hesabına çəkər.Əgər başqa şirkətlə ortaq istehsala başlanılarsa, Türkan Şorayın razılaşması şərtdir.
13) Film rəngli isə Türkan Şorayın razılaşması ilə çəkiliş günləri uzana bilər.
14) Çəkiləcək filmin rejissoru və baş kişi oyunçusu üçün Türkan Şorayın razılaşması şərtdir.
15) Bu şərtlərə riayət etməyən film şirkəti 100 min lirə ödəməlidir.
16) Mübahisə məsələlərində məhkəmələr İstanbul məhkəmələridir.
17) Türkan Şoray şirkətlərdən film başına 60 min lirə alar.
18) Türkan Şoray məcburu gecikmələri 10 gündən çox gözləməz.
Dövrünə görə olduqca ağır şərtlər, 1967-ci illərdə son halını alıb yazılı bir mətnə çevrilir. Bundan sonra Türkanın gəliri elə yüksələr ki, heç bir firma, rejissor və ya oyunçu ona qarşı çıxa bilmir.Onlar Türkan Şorayla müqavilə bağlamaq üçün bir-biriləriylə yenidən yarışa girirlər. Bu qanunlarla da Rüçhan Adlı, Şorayın Yeşilçamdakı imicini qoruma altına alır.
1970-ci illər, Şoray, kino və cəmiyyət
Şoray, ildə yenə 10-12 filmə çəkilir. Sultan Gəlin, Cemo kimi yarım müvəffəqiyyətlər əldə edilərkən, "Vukuat Var", "Asiye Nasıl Kurtulur" kimi filmlər iflasla nəticələnir. Məşhur rejissorlarla (Atıf Yılmaz, Osman Seden, Halit Refiğ..) işləmək də çox bir şeyi dəyişdirmir.
Bundan sonra Şoray film sayını ciddi mənada azaldır.Və bir ilə iki film damğasını vurur. Biri Cemodur. Bu filmin çəkilişlərində Şoray atdan düşür və iflic olma təhlükəsiylə qarşı-qarşıya qalır. Hadisə, filmə əla bir reklam vasitəsi olur. Əsl böyük reaksiyalara gətirib çıxaran hadisə isə bir başqa filmi "Dönüş"dür. Çünki Şorayın rejissorluq sınağı etdiyi ilk filmdir. Şoray bir çox ətrafın tənqidinə məruz qalır. Filmin müvəffəqiyyətli olmayacağı düşünülür, lakin gözlənilənin əksinə diqqət çəkir və müvəffəqiyyətli olur. Şoray, tənqidçilərin, kino mütəxəssislərinin və "ciddi mətbuat"ın diqqətini çəkir. Film ilin ən böyük filmi olur. Şoraya daha əvvəl üz çevirənlər, bu dəfə ona sahiblənirlər.Bundan başqa "Dönüş" 1973-ci ildə "Moskva Film Festivalı"nda xüsusi bir mükafat alır.Şoray "Azap" filmində ikinci rejissorluq sınağını reallaşdırır, lakin bu film müvəffəqiyyətli ola bilmir.
Şoray öz rejissorluq məhsulu olan "Bodrum Hakimi"ni çəkir və yenidən məşhur olur.O,1977-ci illərin ən gözəl filmlərindən biri olan "Selvi Boylum, Al Yazmalım" da oynayır. Bu film Şoraya ən yaxşı qadın oyunçusu mükafatını gətirir.
1980-cı illər Türkan Şorayın şəxsi həyatı
Bu illər Şoray qanunları yıxılır.Şəxsi həyatında isə iyirmi ilini fəda etdiyi Rüçhan Adlını 1983-cı ildə tərk edib, eyni il kino və teatr sənətçisi Dünya Ünal ilə evlənir. O, yeni evliliyindən bir il sonra anasını itirir və bir müddət sonra qızı Yağmur dünyaya gəlir. Şoray-Ünal cütlüyü birlikdə bir neçə filmdə oynayırlar.Və cütlük dörd il sonra ayrılırlar. Səkkiz il sonra isə atasını,ardınca böyük eşqi Rüçhan Adlını itirir. Bu illərdə o,tamaşaçısının qarşısına bir neçə silsilə seriallarla gəlir.Şoray xeyriyyəçiliklə də məşğul olub.Onun 1973 ilində tikdirmiş olduğu ibtidai təhsil məktəbi İstanbulun Hisarüstündə hələ də durur.
Aldığı mükafatlar-1964-ci ildən 2001-ci ilə kimi 28 mükafat alıb.
Filmografisi-188 film,6 seriala çəkilib.
60-cı illərin əvvəllərində start alan kino kariyerası boyunca saysız filmdə rol alan Şoray, "Sultan" ləqəbiylə xatırlanmaqdadır. Türk kinosunun olub-keçmiş ən gözəl və böyük oyunçularından biri olan aktrisa, kariyerası boyunca həmişə zirvədə qalmağı bacarmışdır. Dramadan komediyaya qədər fərqli rolları müvəffəqiyyətlə canlandıran aktrisa, gözəl, kövrək, utancaq, amma əlçatmaz bir qadın profili çəkmiş, bu xüsusiyyətləri səbəbindən də xalqın sevgilisi olmuşdur.
XƏBƏR LENTİ
Rami Malekdən FOTOsessiya
Təyyarədə Eminə sürpriz -FOTO
Qəhvəli peçenye (foto resept)
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Qidaların faydalı xüsusiyyətləri
"Kupça"lar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Kimlər ikinci dəfə koronavirusa yoluxa bilər? - Alimlər açıqladı
Göbələkli badımcan ruleti (foto resept)
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında 8-ci yerdədir
Kayahanın arvadı ərə getdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Düz qarına sahib olmağın yolları
Hansı ölkə internet lideridir?
Dünyanın ən bahalı retro maşınları Bakıda
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
158 kiloqram arıqlayıb belə oldu
Yaz yorğunluğuna qalib gələcək məşqlər
Bədənimizi çimərlik üçün hazırlayaq
Nazirlik 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıdı
Gözəl manikürlər
İsmail YK
Marsda "top" tapıldı
Avropa İrəvanı cəzalandırır
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Hicab geyimləri
Sakit okeanı ilk dəfə avarla keçib
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Gəlinlər üçün saç düzümləri
“Kökəldiyim üçün efirlərə çıxa bilmirəm” - Xatirə
Hava proqnozu bildirən heyvanlar
Yaxşı ana olmağın sirləri
İçdiyimiz suyun tərkibində nə var?
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Bu da dünyanın ən gözəl qızı
Yaponiyaya gələn turistlərə pul veriləcək
2017-nin yaz trendi ayaqqabıları
Böcəkli süd içən "kukla"-FOTO
Təhsilin depressiyaya təsiri varmı?
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Ədviyyatlar haqda nələri bilirik? (2)
Dünyanın ən bahalı məhsulları
Qırmızı aksessuarlar
Taxtadan heykəllər yaradan rəssam
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Yuxu sağalma müddətini sürətləndirir
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
- ŞƏRHLƏR