Azərbaycan klassik şeirinin ustalarından biri də Heyran xanımdır. Bu şairənin əsərləri uzun müddət tozlu taxçalarda, ədəbiyyata yad olan əllərdə qalmış, bəlkə də bir çox qiymətli əsərləri itib-batmışdır. Bütöv bir "Divan" sahibi olan Heyran xanımın adı Azərbaycan ədəbiyyatından bəhs edilən təzkirələrə düşməmiş, onun yaradıcılığı haqqında ədəbi mənbələrdə bəlli -başlı məlumat verilməmişdir. Yalnız ikinci dünya müharibəsi illərində Cənubi Azərbaycanın ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyətin nəşr etdiyi "Danişməndani-Azərbaycan" adlı əsərində şairə haqqında qısaca məlumata rast gəlinmişdir. Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir yazılı sənəd yoxdur. Vəfat etdiyi şəhər, dəfn edildiyi məzar belə kimsəyə bəlli olmadığından, onun ölüm tarixi də bəlli deyildir. Onun haqqında az-çox məlumatı əsərlərindəki işarələrdən, özü haqqında yazdığı misralardan öyrənmək olur. Şairə XVIII əsrin II yarısında Naxçıvanda doğulmuşdur. Siyasi məsələlər ucbatından Heyran xanımın ailəsi Təbrizə köçürülmüşdür. Azərbaycanın iki hissəyə bölünməsindən sonra şairə ana vətənindən ayrı qalmışdır.
Heyran xanımın özünün dediyinə görə O, Naxçıvanda, kübar ailədə doğulmuşdur. Heyran xanım uzun müddət Təbrizdə yaşamış, hansı vasitə iləsə Abbas Mirzənin ailəsinə bağlı olmuşdur. Onun bir sıra mənzum məktublarında buna işarələr vardır. "danişməndani-Azərbaycan" müəllifinin qeydinə görə, O, Heyran xanımın qohumlarından biri ilə görüşmüş və bu adam şairə haqqında məlumat verərək demişdir ki, Heyran xanım 80 yaşına qədər yaşamışdır. Heyran xanımın əsərlərinin yeganə nüsxəsi 1945-ci ilədək Təbrizdə, Azərbaycan ədəbi irsini toplamaqla məşqul olan Hacı Məhəmməd Naxçıvanınin şəxsi kitabxanasında saxlanılırdı. Heyran xanımın dərin təhsil və tərbiyə almış bir şairə olduğu məlumdur.
Heyran xanım "Təbrizdə zəlzələ haqqında" şeirində baş vermiş təbii fəlakətin yaratdığı acı gerçəkləri belə əks etdirmişdir.
Oldu, ya rəbb, həlak insanlar,
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüls var, nə kəfən.
Sinəsinə dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar,
Nə bir ehsan, nə bir xətmi-Quran var.
Baxasan, hər tərəf cəsədlə dolu,
Bağlanıb xalq üçün nicat yolu.
Qəzəllərindən ...
Bir namə yazım, badi-səba yarə yetirsin,
Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Hicran ələmi saldı ayaqdan məni-zari,
Daruyi-vüsali mənə bir çarə yetirsin.
Səbrim kəsilib, yar mənim canımı alsın,
Ya şad eləsin vəsl ilə, didarə yetirsin.
Dünyadə və üqbadə görüm mətləbə yetsin,
Hər kəs məni ol yari-vəfadarə yetirsin.
Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım
Ta badi-səba ol gülü gülzarə yetirsin.
Yüz həsrət ilə bu dili-hicranə giriftar,
Əzm etdi, özün ol güli-bixarə yetirsin.
Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,
Qoymadı özün ol gülə biçarə yetirsin.
Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,
Qoy yarə özün bu dili-avarə yetirsin.
Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,
Heyrani o şəhbazə digər-barə yetirsin.
Əsiri-möhnəti-hicran mənəm, mən,
Qəribü zarü sərgərdan mənəm, mən.
O gülzari-vüsalindən uzaqda,
Çün bülbül ruzü şəb nalan mənəm, mən.
Nə mənzil, nə məkan, nə xaniman var,
Cahanda xəstəyi-dövran mənəm, mən.
Sənin hicrin ilə, su şəmsi-taban,
Bulud tək daima giryan mənəm, mən.
Bu məclisdə olub pərvanə misli,
O nari-eşqilə suzan mənəm, mən.
Əsiri-zülfün içrə yox mənim tək,
Sədaqəllə sənə qurban mənəm, mən.
Qanıma təşnəsən sən ey sitəmkar,
Üzünə valehü Heyran mənəm, mən.
XƏBƏR LENTİ
Ordumuz şəhid verdi
Qeyri-sabit hava nə qədər davam edəcək?
2019-un trend saç rəngləri
Nəsibə Zeynalovanın 100 yaşı tamam olur
İranın dörd əyalətini sel yudu
Aralıq dənizində raket müharibəsi başladı?
İmmunitet sistemini gücləndirən qidalar
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Ermənilər qoşun yeritdi
Qadın-kosmonavt yadplanetlilərin varlığıdan danışdı
Azərbaycanda daha 438 nəfərdə koronavirus aşkarlandı, dörd nəfər vəfat etdi
Türkiyəyə səyahətim
Bu günün Ramazan təqvimi (13 iyul)
Bu dərmanların koronavirusa təsiri yoxdur
Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
Leyla Əliyeva “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olub
Azərbaycanın Eurovision2012 mahnısı
Qatıqlı bulka (foto reset)
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
120 yaşlı Hunzalılar-FOTO
Koronavirusa qarşı peyvənd kimlər üçün təhlükəli ola bilər? - TƏBİB-dən AÇIQLAMA
Sevdiyiniz insan sizi sevmirsə, nə etməli?
BÜRCLƏR bizə nə vəd edir? - 23 APREL
2019-un bahar dəbi
Xəbərdarlıq - qar gəlir
Yayda üşümək xəstəlik deyilsə, nədir?
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
Südlü makaron (foto resept)
Uşaqların sosial-psixoloji inkişafı-13
“Nuhun gəmisi” yenidən qurulur
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Poğaça (foto-resept)
Fərqli peşə sahiblərinin iş zamanı çəkilmiş şəkilləri
Əfsanəvi muğam ustadımızın ad günüdür
Damağınız qanayırsa...
“İş rejimi oruc üçün üzr sayıla bilməz”
Ərazilərimiz minalardan təmizlənir
Ölkədaxili Qatar Biletləri ilə bağlı YENİLİK- Bu gündən...
Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB
Professor təhlükəli olan qidaları AÇIQLADI
Şəhidliyə doğum günündə ucaldı
Gözəl ayaqqabı modelləri
Gəncə parkları abadlaşdırılır
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
"Kobra Pərviz" "Survivor" -2020-dən Ayrıldı
Azərbaycanda daha bir bank bağlandı
Limon içlikli peçenye (foto resept)
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Cavanşir
Cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır - RƏSMİ
- ŞƏRHLƏR