Ünvanlı dövlət sosial yardımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
M a d d ə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları uzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrufatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;
1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi;
1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
M a d d ə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d ə 3. Sosial yardım almaq hüququ olan ailələr
Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
M a d d ə 4. Sosial yardımın məqsədi və prinsipləri
4.1.Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial mudafiəsinin təmin edilməsindən ibarətdir.
4.2.Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;
4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.
M a d d ə 5. Sosial yardımın maliyyə mənbəyi
Sosial yardım dovlət budcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 6. Sosial yardımın alınması üçün muraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri uzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
6.2. Sosial yardımın alınması üçün muraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən edilir.
M a d d ə 7. Sosial yardımın məbləği
7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;
7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən edilir.
M a d d ə 8. Sosial yardımın təyin olunması müddəti
8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il muddətinə təyin olunur.
8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
M a d d ə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər
9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar , əlillər və ya
sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
9.0.3. cəzacəkmə müəssisələrində cəza çəkən şəxslər;
9.0.4. axtarışda olan şəxslər;
9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
M a d d ə 10. Sosial yardım almaq hüququna yenidən baxılması
10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və ya gəlirləri dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım odənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
M a d d ə 11. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 12. Qanunun qüvvəyə minməsi
Bu Qanım 2006-cı il yanvarın 1-dən quvvəyə minir.
Əslində bu dəfəki xəbər MƏZUNİYYƏT HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI olmali idi. Lakin xanımlarımızın bir neçə suallarını görüb, düşündüm ki, məhz bu probleme toxunaq. Məzuniyyətlə bağlı xəbəri isə inşallah gələn dəfəyə hazır etmişəm Sizlər üçün..
-Adambaşına düşən Ünvanlı dövlət sosial yardımının (ÜDSY) orta aylıq məbləği 9,86 manat;
-Hər ay adambaşına düşən yardımın orta aylıq miqdarı, 23 manat 60 qəpik;
- Bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır
XƏBƏR LENTİ
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)
Eva Lonqoriya Karib dənizində-FOTO
Azərbaycan Diplomatik Akademiyasında Doktorların 8-ci simpoziumu keçirilir
Oktyabr ayının qalibləri!
2012-ci ilin Hündür daban ayaqqabı modelləri
Ölənlərin sayı 5 dəfəyədək azalıb
Dünyanın ən gözəl qadını bayker oldu
Android-li telefonlardan pul oğurlanır
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
D vitamini hansı qidaların tərkibində olur?
Tez hazır olan duzlu xiyar(foto-resept)
Zəvvarlar Həcc ziyarətinin yekun ayinlərinə başlayıblar
"Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, dünyada heç bir başqa dövlət bunun əksini demir"
Anlamaq üçün yenidən baxmalı olacaqsınız
Mövlana sözləri -1
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Ağızda dağılan ekler (foto-resept)
Marsa daha bir aparat göndərildi
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub
Hava haqqında - 01.09.2013
Uşaq ayaqqabıları
Metro və avtobus kartları dəyişdirilir
Yuxuda inildəmək xəstəliyi: sual-cavablar
Çərəzli piroq (foto-resept)
Ronaldinyonun super qolu komandanı finala aparmadı
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Sürücülərin nəzərinə! Bu küçədə park etməyin
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Sadə qələmləri heç belə görmədiniz
Məşhur serial yenidən çəkilir - VİDEO
Uşaq istəyirsən? Yat
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Sarımsağın faydaları haqqında
Sabahın HAVAsı
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Putindən generallara QADAĞA: bundan sonra..
Fındıqlı gilas mürəbbəsi (foto resept)
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Pozitiv düşüncəyə necə sahib olaq?
Bakıda növbəti dollar panikası
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Azərbaycanlı bu dəfə Kolumbiyanı heyran etdi - VİDEO
Maraqlı divar saatları
Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır - ŞƏRTLƏR
Bədəni təmizləyən 4 qida
HAVA necə olacaq?-7 Noyabr
Xəzərdə zəlzələ olub
Hərəkət edən rəsmlər
Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA
Ən gözəl qadın kimdir?
- ŞƏRHLƏR