
AzərTAc xəbər verir ki, sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub.
Son illər ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli və bu sahədə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür.
Bakıda və regionlarda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, dövlət idarələrində digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, həmçinin “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilib. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılıb, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilib, pasportların təsviri və spesifikasiyası hazırlanıb. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb. Bu mərkəzlərdə xidmət üçün ən yüksək şərait var.
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu Prezident İlham Əliyevə təqdim edildi.
Beləliklə, sentyabrın 2-dən ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanıldı. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Pendirli kartof kotleti (foto-resept)
Çimərlikdə istifadə edə biləcəyiniz saç modelləri
Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?
Kişilərə görə ideal qadının xüsusiyyətləri
Rəssam Nachi Diaz
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Nura həsrət gözlər
Ulduz falı saxtakarlığı haqqında
Məktəblilərə daha bir "yük"
ABŞ İrana söz verdi
Südlü jelatin (foto resept)
1 həftəyə 5 kiloqram arıqlayın
Hamilələr qış xəstəliklərindən necə qorunmalıdır?
Qozun insan bədəninə faydası
Biz nə üçün messencerlərdən belə asılıyıq?
Bu qadın tarixə düşə bilər
Duayn Conson və ailəsi koronavirusa yoluxub
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi - VİDEO
80 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı
Ancelina Coli xəstəxanadan çıxdı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 10 Dekabr
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
Hülya Avşar: "Kıvançdan xoşum gəlir"
Şahzadə Harrinin cırıq ayaqqabıları diqqət çəkdi-FOTO
Tavada kabab (foto-resept)
Qardaşını xilas etmək üçün imtahana girmədi-FOTO
Ronaldinyo zaminə buraxılmaq üçün sərvət ödədi
Baydenin alacağı maaş hesablandı
Müəllimlərin işə qəbulu üzrə YENİLİK
Müdafiə Nazirliyində yeni təyinat
Conni Depp "qara siyahı"ya düşdü
Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
Qaz Olmayacaq
Dünyanı dəhşətə gətirən hadisə-6 yaşlı bacı-qardaşı evləndirdilər-FOTO
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Plastik boru satışı qadağan edildi
Bakı sakinləri, gözünüz aydın!
Aprel şəhidinə həsr olunmuş tamaşa göstəriləcək
Saxta ətirlər xəstəliyə səbəb ola bilər
Bu uşaq qidaları Azərbaycanda qadağan olunacaq
Bel ağrılarına ən təsirli həll: Pilates
Mümkünsüzü mümkün etdi-FOTO
Beren Saat geri döndü - FOTO
Dünyanın ən qədim yaşayış məskəni də erməni işğalından azad edildi
“Facebook”da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI
Sarımsaq yağının faydaları
Payız-qış çəkmələri
Sobada küftə (foto-resept)
Erməni helikopterini məhv edən əsgərimiz danışdı















- ŞƏRHLƏR