Əziz xanımlar! I hissədə Həzrəti Peyğəmbərimizin 40 hədisinindən 20-ini təqdim etmişdim. Bu hissədə də 20-ini təqdim edirəm. Buyurun!
21. Xoş əxlaq sahibini oruc tutanların və gecə namazı qılanların məqamına çatdırar. Həzrətə dedilər: İnsana əta olunan ən üstün şey nədir?
Buyurdu: Xoş əxlaq.
22. Yeməyi duzla başla və duzla qurtar. Çünki bu əməl yetmiş dərdin dərmanıdır.
23. Valideynlərini incidən məni incidib, Məni incidən Allahı incidib. Allahı incidən isə məlun və Allahın rəhmətindən uzaqdır.
24. Xəstənin dörd xisləti var: Təklif ondan götürülür. Onun əməllərini yazan mələyə deyilər: Sağlam olan vaxtda etdiyi bütün yaxşı əməllərini xəstəlik halında olanda da yazsın. Onun bütün üzvləri ağrıyar ki, günahları məhv olsun. Əgər sağ qalsa, bağışlanmışlardan hesab olunar.
25. Batini ilə zahiri eyni olmayan manafiqdir.
26. Hər kəs camaata rəhbərlik etsə və onların arasında ondan da alimi olsa, həmin camaatın vəziyyəti qiyamətə qədər yaxşılaşmaz.
27. Ey Əli! Hər kimdə yeddi keyfiyyət olsa, imanı kamildir və cənnətin qapıları onun üzünə açılar: 1. Kamil surətdə dəstnamaz alsa; 2. Kamil surətdə namaz qılsa; 3. Qəzəbini udsa; 4. Lazımsız söz danışmasa; 5. Günahına görə tövbə etsə; 6. Zəkat versə; 7. Peyğəmbərin (s) əhli-beytinin xeyirxahı olsa.
28. Kamil yeməyin dörd xüsusiyyəti var: 1. Halal olsa; 2. Çox insanlar ondan meyl edə; 3. Yeməkdən əvvəl “bismillah” deyilə; 4. Yeməkdən sonra Allaha həmd oluna.
29. Qızları olan evə hər gün səmadan on iki bərəkət nazil olar və o evdən mələklərin gediş-gəlişi kəsilməz. Onların atası üçün hər gün bir ilin ibadəti yazılar.
30. Övladlarınızın arasında hədiyyələri ədalətlə bölüşdürün. Əgər bu işdə fəzilət əldə etmək istəyirsinizsə, qızlara və qadınlara hörmət edin. (hədiyyəni əvvəl onlara verin).
31. Hər kəs üç qızı və ya bacısını himayəsinə götürüb, onları evləndirənə, yaxud öldükdə onları dəfn edənə qədər səbr etsə, o şəxsin mənimlə cənnətdə bu ikisi qədər (ortançıl və şəadət barmaqlarını göstərərək) arası olacaq.
Həzrətdən soruşdular: Əgər iki nəfəri himayəyə götürsə, yenə də həmin savaba nail olacaqmı?
Buyurdu:Bəli.
Bir daha soruşdular: Əgər bir qızı himayəsinə götürsə, necə?
Buyurdu: Hətta, bir nəfəri də.
32. Merac gecəsi “Sidrətüs-müntəha”dan keçəndən sonra Allahdan xitab gəldi: “Ey Məhəmməd! Qızı olan atalara de: Qəmgin olmasınlar. Mən onları yaratdığım kimi ruzilərini də verəcəyəm.”
33. Canım ixtiyarında olan Allaha and olsun. Əgər bir şəxs qardaşım Əlini (ə) sevməsə yetmiş peyğəmbərin əməlini yerinə yetirsə də cənnətə daxil olmayacaqdır.”
34. Camaatla qılınan namaz qırx il evdə fərdi qılınan namazdan yaxşıdır.
Həzrətdən soruşdular: Məqsədiniz bir günün bütün namazlarıdırmı?
Buyurdu: Camaatla qılınan bir namazın belə bu qədər fəziləti var.
35. Əmanətə xəyanət edib, onu sahibinə qaytarmayan şəxs, dünyadan müsəlman kimi getməz. Axirətdə Allah ona qəzəb edər. Əmr verər ki, onu cəhənnəmə aparsınlar. Sonra həmişəlik cəhənnəmə atılar.
36.”Hər kəs Allaha xatir təvazökarlıq etsə, Allah onu böyük edər. Allah təkəbbür edəni kiçildər. Hər kim yaşayışda ifrat və təfrit etməsə, Allah onun ruzisini verər. Allah israf edəni nemətlərindən məhrum edər. Hər kim ölümü və məadı çox yad etsə, Allah onu sevər.”
37. Mömin özündən sonra faydalı elmdən yazdığı bir vərəq qoysa, qiyamətdə həmin vərəq onunla cəhənnəm odunun arasında fasilə salar və yazdığı hər bir hərfin müqabilində Allah-təala ona genişliyi dünyadan böyük olan bir şəhər verər.
38.”Şərab içilən süfrənin kənarında oturan şəxs məlundur.”
39. Ey Əli! Səninlə düşmənçilik edən şəxs dünyadan müsəlman kimi getməz. Bəlkə də yəhudi və nəsrani kimi dünyadan gedər.
40. Ey Əli! Dörd şey bədbəxtliyin nişanəsidir: 1. Göz yaşının quruması (etdiyi günahlardan peşman olmayan şəxs); 2. Qəlbin qəsavət bağlaması; 3. Uzun arzular; 4. Dünyada daimi qalmaq məhəbbəti.
XƏBƏR LENTİ
Microsoft-un gəlirləri azalır
5 min dollarlıq planşet satılacaq
Bəyazdan Acuna: “Sənin nə dərdin var ki?”
Ürəksiz və nəbzsiz yaşayan ilk insan
Uşaqları cizgi filmindən qoruyun
“Abituriyentlər üçün dərs vaxtı” başlayır - FOTO
Sadə üsullarla sağlam olaq
Gənclər evdən niyə qaçır?
Evdə paltar yumuşaldıcısı hazırlayaq
Hindsayağı pirojki (foto resept)
Məşhur aktrisa tənqid olundu-FOTO
Möhtəşəm kirpiklər üçün 4 tuş hiyləsi
Dueyn Conson futbol liqasını satın aldı
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
" Acem plovu" (foto-resept)
Mutasiya koronavirusun yoluxuculuq qabiliyyətini artırır?
Hava haqqında - 29.12.2013
Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediəcək
Ərdoğanın oğlu həbs edilə bilər
Müəllimlərin maaşı artır
İdman edərək yaddaşınızı gücləndirin.
"Ananas" peraşkisi (foto-resept)
Putin hərbi rütbəsini açıqladı
Allergiya
Kəlbəcərdə iki erməni hərbçi öldü
Uşaqları necə tərbiyə edək?
DİM imtahan keçirəcək
"WhatsApp" istifadəçilərinə BƏD XƏBƏR
Sabah hava necə olacaq?
Dünya Çempionatının lənətlənmiş komandaları...
Göz və dodaq rənginin dəyişdirilməsi (Dərs-12)
Amerikalılar ayda olub?-Rusiya araşdıracaq!
Vəzifələr - Statuslar
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"
Günün ulduz falı
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
Saçlar üçün çaytikanı yağı ilə maskalar
"Aşk-ı Memnu"nun Bülenti illər sonra-FOTO
Mənim Sirrim
David və Victoria Beckham cütlüyü arzularına çatdı
Məşhur aktrisadan gözlənilməz etiraf
Amanda 300 yaşlı ruhdan ayrıldı, həyatı alt-üst oldu-FOTO
FİFA prezidenti koronavirusa yoluxub
Görüş salatı (foto resept)
Evlənməkdə say məhdudiyyəti varmı?
Kartof pirojnası (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-16 İyul
SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA
Qadin.Net - 2 Yaşın mübarək!
- ŞƏRHLƏR