Səni tapsam
Qədərim olsan…
Təki bu aləmdə tapsam izini…
Hikmətin bütün pəncərələrini açacaq qapını tapsam…
Təki Sən, yeganə yolum olasan..
Davam olsan, kənar diyarlardan eşqin ilə gəlib ürəyimə…
Təki hüznümə dəyəcək rəhmət elçini tapsam...
Sən olsan qədərim, ey sevdiyim! Rədd edər, Sənə çatan yoldan qeyrisini ürəyim. Sən ki alın yazıma doğulmasını dilədiyim bircə sevgilimsən.
Qədərim olsan ey sevdiyim! Rüşd yolunun işıqlar saçan mənzilinə vara bilməkdir Səndən diləyim.
Qaranlığın o kiflənmiş pərdəsini çıxarıb ataraq tapmaq olsun səni, qədərim.
Sən ki, yalan dünyanın gerçək olan tək tərəfisən. Sən ki, hələ ən başından bəri var olansan sevdiyim. Dərunuma gizlətdiyin bu qoxu, eşqin qoxusudur, duyuram. Sən həmişə mənimlə, sən həmişə məndə özünü saxlayansan sevdiyim.
Sən ki, Eşqsən. Eşq idi, ürəyimə əzəl diyarında möhürlədiyin müqəddəs adın. Sən, ruhumun gözyaşlarına daşıdığı həsrət, Sən ömür çayının qovuşmaq istədiyi tək yar idin. Qədərim, dərman tapmaz bu həsrət… Qədərim, bədənimə hədiyyə etdiyin ürəyin möhtaclığıdır Sənə.
Sən ki, həyatsan! Sən qüdrəti mütləq olan… Sən, əzəl və əbədi, ərşi-əlaya hökm edən tək Sultansan. Könlümün əfəndisi bilmişdim Səni. Başıma tac, könlümə şəfa, canıma can idin.
İndi unutdurulmuş olaraq gəldim deyə bu kölgələr diyarına, sanma ki, Səni arzulamaz bu qəmli ürək. Sanma ki, bu nəhəng boşluğun yerini səndən qeyrisi ilə doldura bilərəm.
Budur bax! Könül dünyama düşən bir səs var, eşidirəm… Zamandan əvvəl can qalasına məhbus etdiyin ruhumun səsi dəyir qulaqlarıma. Ruhum, tindən şəkilləndirdiyin bədən qəfəsini aşıb getmək istəyir sevdiyim uzaqlara.
Ah... Əlçatmaz uzaqlardasan Sən sevdiyim və bir daxili yalvarış qədər yaxınımda. Sevdiyim ah! Unutdum deyə sevdiyim Sənə verilmiş sözlərimi, cənnət bağçalarında uçuşan quşların namələrini eşitməz oldum sanma. Sanma ki, bu diyarı qürbətin bəzənmiş küçələri cəzb edər məni. Bir yanğın ki ah, dərdimin içində dərman tapım deyə, yandırıb-yaxan sənsən mənliyi.
Keçmiş zaman olar ki, sənsizliyin qol gəzdiyi axşamlar dad vermədi mənə ey sevdiyim, qucağına həsrətini salmamış günün ləzzətini heç bir vaxt duymadı ürəyim. Nə yana çevirsəm baxışlarımı, orada səndən bir işarə gözlədim. Çünki Sən, məxluqatın sirri içrə gizlədən idin özünü. Lakin aşkar idin, Yunus kimi diləyənlərə Səndən Səni. Yavuzun sinəsinə, bir vəliyə bəndə olmanın aləmə padşah olmaqdan əvvəl olduğunu pıçıldayan idin, Sən sevdiyim.
Sən idin, məndə var olan əmanəti Sənə göndərməmi əmr edən. Sən idin, əmri haqq üzrə hər dövrə hidayətçiləri bəxş edən.
Budur bax, eşidirəm. Sənə çağırır əsrin müjdələnilən günəşi. Dəvəti Eşqə, dəvəti Sənə, dəvəti təslim yurduna, eşidirəm. Və qaçıram gecənin qaranlığına inad işıqlığa… Sənə qaçıram imdad diləyən könlümün yalvarışında.
Sən, urvətil vuskanın bir ucunda gözləyərkən məni, Rəsula əmanət etdiyin digər uca tutunmanın arzusuyla yanıram mən sevdiyim. Sənə çatan tariq üzrə rəhmətin doldurur könlümü… Sıbgatullah olanların qatına və məkansızlığa göz dikirəm sevdiyim.
Sən ki, yalan ömrümün doğru olan tək yanı… Sən ki, dünya və axirət cənnətimsən.
Anladım ki, Sənə çatan yolların açarını tapmaq üçünmüş bu yalan diyarlardakı alış-verişim. Anladım ki, istiqamət üzrə olan yol, Sənə aparar məni.
Bir zamanlar bir bilməcənin tam ortasında dönüb dayanarkən mən, Sən diləklərimdə yox idin.
Halbuki tək xülyam idi, sevginin sonsuzluğunda almaq hər nəfəsimi. O zamanlar ki, qurtuluşa çatdıran duanı bilmirdim. Bilmirdim Səni Səndən istəmək lazım olduğunu. Bilmirdim ki, Səni tapan, xəzinələrin ən sonsuz olanına qovuşmuş demək idi. Mənə tək, Sənin məxluqatından nəsiblənmək üçün dua etmək öyrədilmişdi.
Mədət diləyən gözlərlə baxaraq qaldım boşluğa… Boşluqda Sən, hər yerdə Sən, hər şeydə Sən. Səndən bir xəbər gözləyirdi sanki içimdə bir yer. Nə qədər zaman sonra anlamışdım ki, nəsibin sirrinə çatmaq, məxluqatın sahibinə çatmağı diləmək idi. Və çarəsizcə diləyirdim, qədərimə bir atəş kimi düşən həsrətin qoynunda səni. Çilə rüzgarının yerdən yerə vurduğu surətimi, yazıqlığımın qoynunda saxlayıb gətirəcəyəm deyə sənə, ovuclarım tərləyənə qədər hüzura açırdım əllərimi.
Sən ki, qədərimi, könlün can atəşiylə alovlandırılmış bir tək duasına bağlayan idin. Dostluğuna çatmağı, dostlarının arasına dost əliylə girməyi bağışlayan idin. Dildə deyil, özdə var olacaq bir diləyə qarşılıq, Sən yazğıma sevdanı yazacaq olan idin.
Həsrətim idin dünəndən əvvəl və mən bu gün, həsrətindəyəm. Qədərimdir, ucu sənə uzanan bütün həsrətlərim. Bütün çırpınışlarım, bütün tükənmələrim qədərimdir ki, içində axtarıb Səni tapa bilim. Sən ki, yaralı, yıxıq ürəyi hüzurunda geri çevirməyənsən ey sevdiyim.
Neyləyim mərifət sularında yuyunmayan bir ömrü, söylə sevdiyim? Sən söylə neyləyim, pasını silə bilmədiyim bir ürəyi daşıyırsa bədənim. Ah neyləyim ki, Sənin o kənar diyarlardan gələn xas qoxun üçün darıxdım. Darıxdım sığınacağım üçün, yarım üçün, yarənim üçün darıxdım mən sevdiyim.
Yoxluğun, bütün varlarımı götürüb apardı, dözə bilməz oldu ürəyim. Yoxluğun, canımı can alarcasına yandırdı, neyləyim mən sevdiyim. Səndən qeyri nəyə yapışdımsa əskik. Nəyə bağlandımsa Sənsiz, yarımçıq. Anladım ki, bir Sən varsan, uğrunda can tapacaq. Mədət et ey sevdiyim! Qanadlarım qırıq, ürək yaralı, xülyalarım baş-ayaq.
Anladım ki, Sənsiz açmaz səadətin çiçəkləri, günəşi olmayan bağ viran olandır. Elə isə gəl doğul könlümə günəşinlə, könül bağım Sənə ölümünə möhtacdır.
Kədərliyəm, can yanğınları yanır ürəyimdə, çox darıxdım sevdiyim… Ciyərimin ortasında ayrılığın ağrısı, sevdan üçün darıxdım Sənin.
Darıxdım ey Eşq! O dirildən baharın üçün darıxdım Sənin.
Ağlayıram… Eşqini Veysəl kimi yaşamaqdır diləyim.
Ağlayıram… Yunusu Yunus edən Eşqin üçün sevdiyim.
Dəyərli müəllimimin tələbələrindən birinin qəlbinin söylədiklərindən...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rami Malekdən FOTOsessiya
Təyyarədə Eminə sürpriz -FOTO
Qəhvəli peçenye (foto resept)
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Qidaların faydalı xüsusiyyətləri
"Kupça"lar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Kimlər ikinci dəfə koronavirusa yoluxa bilər? - Alimlər açıqladı
Göbələkli badımcan ruleti (foto resept)
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında 8-ci yerdədir
Kayahanın arvadı ərə getdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Düz qarına sahib olmağın yolları
Hansı ölkə internet lideridir?
Dünyanın ən bahalı retro maşınları Bakıda
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
158 kiloqram arıqlayıb belə oldu
Yaz yorğunluğuna qalib gələcək məşqlər
Bədənimizi çimərlik üçün hazırlayaq
Nazirlik 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıdı
Gözəl manikürlər
İsmail YK
Marsda "top" tapıldı
Avropa İrəvanı cəzalandırır
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Hicab geyimləri
Sakit okeanı ilk dəfə avarla keçib
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Gəlinlər üçün saç düzümləri
“Kökəldiyim üçün efirlərə çıxa bilmirəm” - Xatirə
Hava proqnozu bildirən heyvanlar
Yaxşı ana olmağın sirləri
İçdiyimiz suyun tərkibində nə var?
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Bu da dünyanın ən gözəl qızı
Yaponiyaya gələn turistlərə pul veriləcək
2017-nin yaz trendi ayaqqabıları
Böcəkli süd içən "kukla"-FOTO
Təhsilin depressiyaya təsiri varmı?
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Ədviyyatlar haqda nələri bilirik? (2)
Dünyanın ən bahalı məhsulları
Qırmızı aksessuarlar
Taxtadan heykəllər yaradan rəssam
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Yuxu sağalma müddətini sürətləndirir
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
- ŞƏRHLƏR