Peyğəmbərlərə iman
Peyğəmbərlərə iman gətirməyin hökmü və dəlilləri
Peyğəmbərlərə iman gətirmək bu dinin vaciblərindən və imanın əzəmətli rüknlərindən biridir. Buna dair Quran və Sünnədə bir çox dəlillər vardır.
Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqərə, 285).
Uca Allah peyğəmbərlərə iman gətirməyi Allahın rəsulunun (s.a.s) və möminlərin iman gətirdiyi imanın digər rüknləri ilə birlikdə qeyd etmişdir. Üstəlik bildirmişdir ki, möminlər peyğəmbərlər arasında heç bir fərq qoymayaraq onların hamısına iman gətirirlər.
Uca Allah Öz kitabında peyğəmbərlərə iman gətirməyənlər barədə belə buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”–deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” (ən-Nisa, 150-151). Bu ayədə Rəbbimiz peyğəmbərləri yalan sayanları, habelə onların bəzilərinə iman gətirib digərlərini inkar edənləri kafir adlandırır. Sonda onların əsl kafir olduqlarını bildirir. Belə ki, onların kafir olması açıq-aydın və inkar olunmazdır. Növbəti ayədə isə Uca Allah onlara iman gətirənlərin mövqeyi barədə belə buyurur: “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah Öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nisa, 152). Bu ayədə Uca Allah möminlərin Allaha və Onun göndərdiyi peyğəmbərlərinin hamısına iman gətirdiklərini bildirir. Möminlər onların arasında fərq qoymurlar. Əksinə, hamısının Allah tərəfindən göndərildiklərinə yəqinliklə iman gətirirlər.
Sünnədə də, Quranda olduğu kimi peyğəmbərlərə iman gətirməyin imanın əsaslarından olmasına dair kifayət qədər dəlillər vardır. Mələklərə iman fəslində qeyd etdiyimiz Cəbrail hədisində Peyğəmbər (s.a.s) Cəbrailin u iman barədə verdiyi suala cavab verərkən demişdir: “İman Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə, Axirət gününə və qədərə–onun xeyrinə və şərinə iman gətirməkdir.” Hədisdə peyğəmbərlərə iman gətirmək imanın digər əsasları ilə birgə qeyd olunur. Müsəlmanın buna etiqad edərək həyata keçirməsi vacibdir.
Digər bir hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) gecə namazında təhəccüd duası edərkən deyərdi: “Allahım! Həmd Sənədir. Sən göylərin və yerin nurusan. Həmd Sənədir. Sən göylərin və yerin Hamisisən. Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Rəbbisən. Sən Haqsan. Verdiyin vəd haqdır. Dediyin söz haqdır. Sənə qovuşmaq haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Qiyamət haqdır” ( "Səhih əl-Buxari", 7499).
Peyğəmbərin (s.a.s) imanın əsaslarını qeyd edərək duasının əvvəlində Allaha imanla, Cənnət və Cəhənnəmin, habelə Qiyamətin haqq olması ilə yanaşı peyğəmbərlərə də imanı qeyd etməsi peyğəmbərlərə və elçilərə iman gətirməyin nə qədər mühüm olduğunu və dində xüsusi bir yer tutduğunu göstərir.
Bundan aydın olur ki, peyğəmbərlərə iman gətirmək vacibdir, həmçinin o da aydın olur ki, onlara iman gətirmək bu dinin ən böyük dəyərlərindən və onun ən əzəmətli xislətlərindəndir və o da aydın olur ki, peyğəmbərlərin hamısını və ya onlardan birini inkar edən kəs imanın rüknlərindən olan bu əzəmətli rüknü inkar etməklə Allaha qarşı böyük küfr işlətmiş olur və kafir sayılır.
Peyğəmbərlərə iman gətirməyin faydaları
Peyğəmbərlərə iman gətirmək mömin qəlbinə yaxşı təsir və ona fayda verir. Onlardan bəziləri aşağıdakılardır:
1. Bununla insan Allahın mərhəmətli olduğunu, Onun Öz qullarına qayğı göstərdiyini anlayır. Çünki Allah insanlara hidayət vermək və onları doğru yola yönəltmək üçün onlara elçilər göndərmişdir.
2. Bu böyük nemətin müqabilində insan Allaha şükür edir.
3. İnsan peyğəmbərləri sevir, onlara ehtiramla yanaşır və onları layiqli şəkildə tərifləyir. Ona görə ki, onlar Allahın göndərdiyi seçilmiş qullardır. Həm də ona görə ki, onlar Allahın risaləsini təbliğ etmiş, öz qövmlərinə nəsihət etmiş və onların əziyyətlərinə səbr etmişlər.
Nəbi və rəsul sözlərinin tərifi və onlar arasındakı fərq
Lüğəti mənada "nəbi" ərəbcə "nəbə"–yəni böyük faydası olan xə- bər sözündən götürülmüşdür. Uca Allah buyurur: “Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində” (ən-Nəbə, 1-2). Peyğəmbər ona görə nəbi adlandırılıb ki, o öz Rəbbindən xəbərlər verir.
Bəziləri isə "nəbi" sözünün "nəbava" yəni hündür bir şey sözündən qaynaqlandığını bildirmişlər. Nəbi sözünə bu yöndən yanaşsaq, bunu hər bir peyğəmbərin digər insanlardan daha uca məqamda olduğunu deyə bilərik. Uca Allah buyurur: “Biz onu yüksək bir məqama ucaltdıq” (Məryəm, 57).
"Rəsul" sözünün lüğəti mənasına gəlincə, bu, ərəbcə "irsal" sözündən götürülmüşdür ki, bu da "göndərilmək" deməkdir. Uca Allah Səba hökmdarı barədə buyurur: “Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar” (ən-Nəml, 35).
Alimlər rəsul və nəbi sözlərinin istilahi mənalarında ixtilaf etmişlər. Onların içərisində ən məşhur rəylər aşağıdakılardır:
Nəbi o adama deyilir ki, Allah ona vəhy edərək müəyyən əməlləri yerinə yetirməyi buyurmuş, o da bunları möminlərə əmr etmişdir.
Rəsul isə o adama deyilir ki, Allah ona vəhy edərək onu Allahın əmrinə asi olanlara Allahın risaləsini çatdırması üçün göndərmişdir.
Nəbi və rəsul arasındakı fərq
Nəbi o kimsədir ki, Allah ona, möminlərə xitab etsin və Öz buyruqlarını onlara təbliğ etsin deyə, əmr və qadağaları barədə ona xəbər vermişdir. Allah onları kafirlərə xitab etməsi üçün göndərməmişdir.
Rəsul isə həm möminlərə, həm də kafirlərə göndərilmiş olur və Allahın risaləsini təbliğ edərək insanları yalnız Allaha ibadət etməyə çağırır. Onu da qeyd edək ki, yeni bir şəriət gətirmək rəsul olmaq üçün şərt deyil. Belə ki, Yusuf (ə) İbrahimin (ə) dini üzərində olmuşdur. Davud (ə) və Süleyman (ə) da–hər ikisi Tövrata tabe olmuşlar, lakin bununla belə onlar rəsul idilər. Uca Allah buyurur: “Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar” (Ğafir, 34). O, həmçinin buyurur: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 163-164).
Bəzən nəbi olan kimsəyə rəsul da deyilir. Uca Allah buyurur: “Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə, şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar” (əl-Həcc, 52).
Bu ayədə Rəbbimiz rəsul və nəbi göndərdiyini buyurur. Belə ki, Uca Allah möminləri nəyəsə dəvət etməyə əmr etdikdə həmin şəxs Allah tərəfindən göndərilmiş olur. Lakin bu mütləq rəsulluq sayılmır. Mütləq rəsulluq peyğəmbərlərin bütün insanlara, o cümlədən möminlərə və kafirlərə göndərilmələrinə deyilir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Telefonunuza gələn SMS əslində tələdir - ehtiyatlı olun!
4 hərəkətlə kürək ağrısına son
Alma qızartması (foto resept)
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Paytaxtda təhlükəli süd məhsulları
"Bütün Gülən hərəkatı ilə əlaqəsi olan..."
"Qalatasaray"a şok cəza
Yeni xəstəlik COVID-19-dan daha dəhşətli olacaq-Həkimdən şok açıqlama-VİDEO
Həyatı yoldaşı seçərkən...
Boyu uzadan məşqlər
Xəzərdə güclü yanğın
Ştrudi Rus şirniyyatı
Xeyli erməni əsgər yaralandı, ölən var
Koronavirusun yeni dağlası harda alovlanacaq? - ÜST rəsmiləri elan etdi
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Siqaret tərgitmək üçün.
Uşağı dünyaya gətirdikdən sonra hamiləliyi barədə öyrəndi
Barmaq şıqqıldatmaq
Qurban bayramı ərəfəsində bəzi rayonlardan iribuynuzlu heyvanlar satışa çıxarılmayacaq
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
"Gəlin və bəy boxçası" qurabiyəsi (foto resept)
Rəngarəng dəri pencəklər
Yeriyən zülallar
Qoltuq altı qaralma və ləkələrin çarəsi bizdə
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Həyəcan və depressiyadan onlar qoruyur
Nə qalacaq?
Sabah Bakının iki rayonunda içməli su olmayacaq
Hava haqqında
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
84 yaşlı qadından qorxan ayı qaçdı
Azərbaycan muğamı rusları valeh edib
Günün qoroskopu: Qətiyyətli olun!
Yoqurtlu maffini (foto resept)
Uşaqlarda koronavirusa yoluxmadan sonra hansı fəsadlar qalır? - VİDEOSORĞU
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
Qarındakı yağları əridən detoks
İlk istilik batareyası təqdim edildi
5 gün iş olmayacaq
Bakıda qar güclənəcək
Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu: İriçaplı pulemyotlar və snayper tüfənglər işə düşdü
Diyarbəkirdə güclü partlayış: 4 ölü, 15 yaralı
Pullular Xəzəri əlimizdən belə alırlar
Bakıda fantastik qiymətə gilas satılır
Kağız halva-11
Ramazanın 27-ci gününün duası
Kosmosdan gələn əcaib məxluq peyda oldu
- ŞƏRHLƏR