İlk öncə kiçik tarixcə və statistika haqda...
www.qadin.net - Azərbaycanın ilk milli qadın portalı 2009-cu il 4 fevral tarixində fəaliyyətə başlayıb.
Saytda istifadəçilər üçün açıq qeydiyyat 2010-cu il 13 fevral tarixindən başlanıb.
4 fevral 2011-ci il tarixinə olan statistika:
4000 qeydiyyatlı istifadəçi, 1500 xəbər sayı və 45 fərqli bölmə.
4 fevral 2012-ci il tarixinə olan statistika:
18000 qeydiyyatlı istifadəçi, 6000 xəbər sayı və 125 fərqli bölmə.
Təbii ki, günlər keçdikcə kollektivimiz böyüməkdə, öz qarşısına qoyduğu məqsədlərə çatmaq uğrunda fasiləsiz inkşafda idi. İndi sizlərə bu il yəni, 04 fevral 2013-cü il üçün olan statistik göstəriciləri açıqlamaq istərdik:
41500 qeydiyyatlı istifadəçi,(aktiv olmayan istifadəçilər silinmişdir) 13000 xəbər sayı, 635.000 şərh sayı, 112 qruplaşdırılmış fərqli bölmə!
İnanırıq ki, bu statistik göstəriciləri görən, bizləri hər zaman dəstəkləyən insanların üzündə təbəssüm yaratdı. Qeyd etdiyimiz rəqəmlər real olaraq qeyd olunub. Bəzi insanlar rəqəmlərə baxıb "biz də daha çoxdur deyirsə" - unutmayın ki, biz yalnız bir mövzu ətrafında, ilk gündən seçdiyimiz yoldan dönmədən, prioritet seçdiyimiz mövzu və nüansları unutmadan, milli-mənəvi dəyərlərimizi qoruyaraq, hər zaman dünyanın harasında olursa olsun, Azərbaycanlı xanım adını daşıyan, məhz Azərbaycan xanımları üçün çalışırıq! Biz başqaları kimi yalançı statistika və yalnız özümüzü aldadacaq informasiyalar ilə çalışmırıq! Səhifəmizi ziyarət edən hər bir istifadəçi bizim üçün dəyərli olduğundan, onları da doğru informasiya ilə məlumatlandırmağı özümüzə borc bilirik!
Və... Əgər bu gün qeyd olunan uğurları qazanmağa nail olmuşuqsa, bu bizlərin doğru yolda olmasının ən real göstəricisidir!
Ötən ilin yadda qalan 4 mühüm məqamı:
2011-ci ilin sonlarından ziyarətçilərin ən böyük şikayət mövzusu olan saytı ziyarət, müxtəlif əməliyyatlar zamanı bağlantı problemi, 2012-ci ilin ilk aylarında dünyanın, Avropa və Rusiyanın ən böyük bağlantı, məlumat filtirasiya mərkəzlərindən biri olan M9 mərkəzi ilə əməkdaşlıq, vasitəçi şirkətlə anlaşma sayəsində aradan qaldırıldı. Nəticədə bu gün həmin dövr üçün mövcud istifadəçi kütləsindən 3 dəfə artıq ziyarətçi sayına baxmayaraq, bağlantı və əməliyyatlar zamanı istifadəçilər problemlə qarşılaşmırlar. Hal-hazırda məlumatların təhlükəsiz şəraitdə saxlanılması, saytın fəaliyyətində fasilənin olmaması üçün 10-a yaxın, öz fəaliyyət sahəsinin peşəkarı olan texniki qrup, növbə ilə 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.
1. Geridə qalan ilin ilk aylarından əməkdaşlıq etməyə başladığımız Azərsun Holdinqə məxsus “Bizim Tarla”, “Bizim Süfrə” və “Azərduz” markaları ilə müqavilə imzalandı. Təsadüfi deyil ki, Azərbaycanın qida istehsalı sektorunda ilklərə imza atan hər üç markanın Avropa standartlarına riayət olunmaqla hazırlanan məhsulları, istehlakçılar tərəfindən ən çox sevilən və seçilən məhsullardır.
Hər zaman layihəmizə böyük dəyər verdiklərini dilə gətirən, Brend menecer Eda xanıma və bütün işçi kollektivinə bizlərə inanıb, seçdikləri üçün dərin minnətdarlığımızı bildiririk.
2. Ötən ilin üçüncü rübünün sonlarından Azərbaycanın ən baxımlı televiziya kanalı Azad Azərbaycanın (ATV) efirində yayımlanan “Süfrəmiz” verilişinin informasiya dəstəyi olduq. Həftə içi beş gün, hər gün saat 10:00-da canlı yayımlanan “Süfrəmiz” verilişi televiziya məkanının ən reytinqli mətbəx verilişidir. Hər günün sonunda, canlı yayımlanmış verilişin video yazısı saytın Süfrəmiz bölməsində istifadəçilərə təqdim edilir. Əməkdaşlıq etmədiyimiz illərdə belə dəstəyini bizlərdən əsirgəməyən verilişin layihə rəhbəri Xaqan bəyə, aparıcı müğənni, hamımızın sevimlisi Elnarə xanıma və eləcədə bütün yaradıcı heyətə dərin təşəkkürlərimizi bildirir, uğurlarının davamını arzulayırıq.
3. İlin son, dekabr ayında reklam sektorunun sayılıb-seçilən adlarından biri "People Brand" şirkəti ilə reklam sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bu layihəyə verilən dəyər, bəslənilən rəğbətdən dolayı bütün şirkət çalışanlarına minnətdarlığımızı bildiririk.
4. Yeni 2013-cü il gəldi! Bütün komanda üzvlərimiz həmişə olduğu kimi fasiləsiz çalışmağa davam edirdi. Qarşımızda yeni məqsədlər, görəcəyimiz işlərin sıra ardıcıllığı – bütün deyilənləri reallaşdırmaq üçün rəhbərliyin müzakirələri vardı.
Bu məqamda, yeni ilin ilk günlərində aldığımız yeni bir təklif bizləri sevindirməyə bilməzdi. Azərbaycan interneti, reklam sektoru dedikdə, birincilər sirasında olan "New Media" şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalandı.
Qadin.Net olaraq reklam sahəsi ilə bağlı bütün ekskluziv hüquqları "New Media" reklam agentliyinə təqdim etdik.
"New Media" şirkəti bir çox dünya markalarının ölkəmizdəki təmsilçiləri, rəsmi nümayəndəlikləri ilə birbaşa əməkdaşlıq edir. Həmçinin hamının yaxşı tanıdığı mail.ru və odnoklassniki.ru saytlarının da Azərbayandakı ekskluziv reklam hüquqlarına sahib olan şirkətdir. Şirkətin rəhbərliyinə, şəxsən Rasim Davudova və bütün şirkət əməkdaşlarına layihəyə verilən dəstəkdən dolayı dərin təşəkkürlərimizi bildiririk.
Hər bir insanın gördüyü işə verilən ən dəyərli qiymət, görülən işin ətrafdakılar tərəfindən bəyənilməsi, sevilməsidir. Təbii ki, bizlər də əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Yaxın zamanlarda yeni dəyişikliklərin, istifadənizə veriləcək yeni layihələrin şahidi olacaqsınız.
Bütün bu deyilənləri, uğurları təbii ki, tək əldə etmədik. Bu uğurları əldə etmək üçün hər zaman bütün komanda üzvlərimiz maksimum dərəcədə öz imkanlarından istifadə etmişlər! Ən çox stressə tab gətirən, bayram, istirahət günü demədən fəliyyət göstərən bütün redaksiya üzvləri (Redaktorlar), eynilə çox dəyərli Ekspertlərimiz, Nəzarətçi və xüsusi imtiyaza sahib Media qrupumuz, neçə-neçə insana şəfa bəxş edən hörmətli Həkimlərimiz – hər birinizə ayrı-ayrılıqda minnətdarıq! Nə yaxşı ki, sizlər kimi savadlı, bacarıqlı və ən əsası sadiq dostlarımızla eyni komanda da çalışırıq!
Üzv sayı 75.000 nəfərdən artıq olan Facebook səhifəmizin rəhbərliyi və idarəçiləri! Biz sizlərə də çox sağolun deyirik! Son illərdə qazandığımız bütün uğurlarda sizlərin rolu əvəzedilməzdir.
Layihəmizdə Ceylan xanım və Ənvər bəy haqqında danışmaq artıqdır yəqinki. Hər iki şəxsin gördüyü işlər, çəkilən əziyyətləri göz qabağındadır! Sevimli dostlara çox sağolun deyirəm. Allah uzun illərin bu dostluğunu, mehribançılığını bizlərə çox görməsin.
Və, təbii ki Siz dəyərli ziyarətçilərimiz!
Statuslara sahib olan və olmayan bütün istifadəçilərimiz!
Hər biriniz ayrı-ayrılıqda bizlər üçün çox dəyərlisiniz. Bizləri bu yerlərə gətirən – təbii ki, sizlərsiniz! Bütün layihələrimiz, düşüncələrimiz – hamısı sizlər üçündür!
Nə yaxşı ki, varsınız... Nə yaxşı ki, bizlər bir-birimizi tanıdıq...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
Qat-qat xəmirdən tort (foto resept)
Hamilələr üçün vacib olan 3 vitamin
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəbli qolbaqların hazırlanması
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Disney şəhzadələrinin köməkçisi olan heyvanlar
Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama
17 yaşlı oğlanlar barədə yeni qərar verildi
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Gəlin saçı modelləri
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
Günün ulduz falı - 17.02.2014
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Keti Perri izləyicilərini təəccübləndirdi-VİDEO
Yol polisindən sürücülərə tövsiyə: işıqları yandırın
Ayşvariya Ray ekranlara qayıdır
Ebru Şallıya milyonluq hədiyyə
Xərçəng hüceyrələrini öldürən çay
Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr edilir
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq
Sabahın HAVAsı
Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı
Beyin gücünü artıran qidalar
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünya reytinqində birinciyik
Evdə istifadə olunan təhlükəli məhsullar
“iPhone”nun yeni modelləri lağa qoyuldu - FOTO
Məhkəmə təxirə salındı
Evimizdə təhlükə
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər
Moskva azərbayСЃanlı şəhərinə çevrilir
Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı - FOTO
Lətifələr
Əntiq avtomobillər günü
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Tağı Əhmədov işdən çıxarıldı
Saç biti deyib keçməyin
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Dəbli geyimlər (3-cü hissə)
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır
Mayalı xəmirdən burma rulet (foto resept)
- ŞƏRHLƏR