Qadin.Net-in yaranma tarixini bilmək istəyirsinizmi?
Yaşadığımız dünyada və həyatda hər bir hadisənin,dövlətlərin,coğrafi məkanın,əşyaların,kəşf və ideyaların və s.yaranma tarixləri vardır.Eləcə də bugünkü
həyatımızın bir hissəsinə çevrilmiş informasiyaların ötürülməsinə xidmət edən internet məkanında yer almış saytların da özünəməxsus yaranma tarixçələri vardır.
Belə saytlardan biri də Qadin.Net-dir.
İnsan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən biri də informasiya texnologiyalarıdır.
Məlumdur ki, insan cəmiyyəti formalaşarkən informasiyanın ötürülməsi prosesləri müxtəlif vasitələrlə həyata keçirilmiş, qəbilələr, tayfalar və digər qruplar arasında rabitə yaradılmışdır. Ən qədim dövrlərdə insanlar hündürlükdə tonqal yandırmaqla, çaparlarla, göyərçinlərlə və s. ilə informasiya ötürülməsi prosesini təmin edə bilmişlər. Lakin zaman ötdükcə, insan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara olan ehtiyac da artır və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranırdı.
XX əsrin ən böyük kəşflərindən biri olan İnternet dünyanın müxtəlif nöqtələrində yerləşən minlərlə kompüter şəbəkəsini birləşdirən ümumdünya kompüter-informasiya şəbəkəsidir. O dövlət sərhədləri bilməyən, coğrafi uzaqlıqdan asılı olmayaraq operativ və etibarlı informasiya mübadiləsini təmin edən böyük sürətlə yeniləşən virtual informasiya məkanı, rahat və əlverişli ünsiyyət vasitəsidir.
Qadin.Netin yaranma tarixçəsi qısa olsa da,dövrümüz üçün əhəmiyyətlidir desək,yanılmarıq.Çünki,Ana dilimizdə xanımlarımıza aid olan informasiya məhsulları azlıq təşkil edir.Saymağa başlasaq Ana dilimizdə qadın sektorunda 5-6 ədəd sayt vardır ki,bunların da içərisini bir qədər gəzdikdən sonra xanımların tapa biləcəyi bütün məlumatları əks etdrimir,ya da elə saytlar da var ki,məlumatların bir qismi Azərbaycan,bir qismi isə Rus dilindədir.
Beləliklə,Qadin.Net saytı necə yarandı?
Qadin.Net saytı əvvəlcə bir fikir olaraq Azərbaycan xanımlarını düşünən bir xanımın(Ceylan Mumoğlu) ideyası kimi yarandı.Bu xanım öz-özünə ,"Saytı necə yaradım,necə xanımlarımıza çatdırım?" düşüncələri içərisindəykən,bir tərəfdən də İnternet axtarma maşınlarında saytı yerləşdirmək üçün münasib yer axtarırdı. Bir gün "Google" axtarış maşını "azersayt.com" ünvanını xanıma təqdim etdi. Xanım gecikmədən həmin saytda "Azərbaycan qadınlarına" adlı bir bloq yaratdı. Həmin bloqa o qədər bağlandı ki, hər gün bildiyi, araşdırdığı məlumatları orada yerləşdirməyə başladı. Qısa bir zamanda bloqda xanımlara gərəkli çox sayda məlumat toplanmış oldu. Hətta Azersayt komandası həmin bloqu bir neçə müddət öz ana səhifəsində reklam edirdi.
Günlərin bir günündə(lap nağıllardakı kimi) Azərbaycan xanımlarını düşünən bir gənc (Ramil Hüseynov - webmaster) də bu bloqla rastlaşdı və bloqun sahibəsinə peşəkar səviyyədə fəaliyyət göstərməyi, qadin.net domen adını və mövzuya uyğun sayt təklif etdi.
Buna çox sevinən bloq sahibəsi Ceylan Mumoğlu təklifə razı oldu, axı saytla fikirlərini xanımlara daha yaxşı çatdırmaq imkanı yaranırdı.
Beləliklə, Ramil Hüseynovun rəhbərliyi ilə saytın yaradılma işlərinə başlanıldı. Dizayner, proqram təminatçısı xüsusi həvəslə öz işlərini görürdülər, onlara da bu xeyirxah iş maraqlı gəlirdi.
Saytın ilk qeydiyyatdan keçmiş istifadəçisi Adminstrator "anwar" (Ənvər Əhməd) 23 yanvar 2009-cu ildə sayta daxil oldu. (Onun saytın dizayn və texniki işlərində rolu çox böyükdür. Bu gün də daxil olmaqla saytın bütün dizayn və proqram təminatına məhz Ənvər bəy cavabdehdir.) Onun ardından "webmaster" (Ramil Hüseynov) 31 yanvar 2009-cu ildə sayta daxil oldu. (Saytın yaradılması, fəaliyyət prosesi və bütün texniki təchizata Ramil bəy başçılıq edir.)
Daha sonra da artıq Azərsaytın bloqunda xəbər materiallarını toplamış olan "Selcan_Xatun" (Ceylan Mumoğlu)4 fevral 2009-cu il tarixində qeydiyyatdan keçdi. (Saytın idarə olunması, redaksiya heyəti, ümumiyyətlə bütün yaradıcı heyətin rəhbəri Ceylan Mumoğludur!)
Daha sonra sayt yavaş-yavaş tanınmağa başladı. Günlər keçdikcə daha çox istifadəçi sayı, daha fərqli və geniş imkanlarla tarix yazılmaqda davam edilir. Bu, kiçikdə olsa bizim öz tariximizdir! Hazırda saytın məlumat bazasında - iki Administrator Ənvər və Ramil, Baş redaktor Selcan Xatun, Psixoloq Ayten Mahmudova, Baş redaktor köməkçisi Aysel Qəmbərova, Yazar Gülşən Qaraşova və Leyla Salmansoy, eyni zamanda məqalə və yazılar, xəbərlər hazırlayan bir neçə fərqli vəzifədə xüsusi istifadəçilər və 7000-dən çox qeydiyyatlı daimi istifadəçisi vardır.
Əlbəttə, bu rəqəmlər elə də çox deyil, amma nəzərə almaq lazımdır ki, bunlar dəqiq göstəricili statistikadır. Yəni normal olaraq saytın minlərlə oxucusu və sevənləri var. Bununla yanaşı, göstərilən statistika təxminən bir il yarım - zaman kəsiyində fəaliyyətdə olan sayt üçün kifayət qədər uğurlu göstəricidir və əlbəttəki, hər gün hər saat bu rəqəmlər daha böyüklərə doğru dğyişməkdədir...
Dəyərli istifadəçilər və saytımızn qonaqları, Qadin.Net-in bu qısaca tarixçəsini Sizlərlə bölüşməkdən zövq aldım. İnanıram ki, gələcəkdə də Sizlərin və bizlərin aktiv fəaliyyəti ilə saytımız daha da böyüyəcək və inkişaf edəcəkdir.
XƏBƏR LENTİ
Arda Turan Ronaldunu geridə qoydu
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
2018-in dəb trendləri
Karbon pilinqi
Günün qoroskopu:Adi saydığınız işləri qulaqardına vurmayın
Maykl Ceksonun gödəkçəsi 300 minə satıldı-FOTO
Düyülü toyuq şorbası (foto-resept)
"Vodka" necə yaranıb?
Modadan küsdürən nümunələr
İranda zəlzələ olub
Koronavirusun yeni ştammı sürətlə dünyaya yayılır: Kanada, Norveç, İordaniya...
Bakıda bitən xarı bülbül...
Rusiyadan ABŞ-a xəbərdarlıq
IV Beynəlxalq muğam müsabiqəsinə start verilib
Yalnız kişilər üçün!
Uşaq geyimləri
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edildi - FOTO
Məşhur bədən boyama festivalı
Sıla haqqında dedikləri hamını TƏƏCCÜBLƏNDİRDİ
2013-2014-cü ilin saç modelləri
Kərbəlada əza məclisi başladı
Kəsmikli tort (foto resept)
70 yaşlı Alla Puqaçova konsertə hazırlaşır
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
"8 Mart" salatı (foto resept)
Kürdə qorxulu vəziyyət
Zövqlü geyimlər
Əməliyyatsız burun kiçiltmə texnikası
Culfa rayonu
İlham Əliyev: "İqtisadiyyatımız stabildir"
Ukraynada savaş başa çatır
Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...
Ən yaraşıqlı türk aktyorlar
Günün qoroskopu: Pozitiv olun!
Simit kababı (foto-resept)
Pensiya və müavinətlər artırıla bilər
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Rəngarəng dəst geyimlər
Öldükdən 5 il sonra qızının doğum gününə...
Dəniz tısbağaları
Geyimə görə yuma müddəti
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Rublun düşməsi Azərbaycanlı sahibkarları müflis edib
Çingizdən bir daha olmayacaq...
BÜRCLƏR bizə nə vəd edir?- 1 Dekabr
Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini yenidən sərbəst buraxıldı
Bu ölkə bayrağını dəyişdirəcək
Bacardıq: ermənilərə tərs şillə
- ŞƏRHLƏR