Annotasiya
“Əlvida, Gülsarı!” qırğız kəndlisi Tananbayın taleyi haqqında dramdır. O, həyata inanır və onu sevir, ən ağır sınaqlardan keçir, çətin qələbələr qazanır. Beləcə həyat onu bərkidir, xeyirxahlıq və ədalət yollarında möhkəm edir. Uzun illər ərzində səmənd atı Gülsarı Tananbayın yanındadır. Aytmatov əsərə atın adını qəsdən qoyub. O, Tananbay və onun dostu Gülsarının xarakterlərində oxşarlığı–eyni nəcibliyi, düzlük, açıqlıq, odlu qaçış, fədakar mərdlik və qərəzsizliyi hiss etmişdir.
Əsərdən seçilmiş hissələr
Daha Günəş göylərdə kişnəyə-kişnəyə çapmadı, hər gün eyni yerdən çıxdı, hər gün eyni yerdə batmağa getdi.
***
Gözlərdə həyat işığı sönmüşdü; onlar kimsəsiz, sahibsiz bir evin pəncərələritək boş və miskin görünürdü.
***
Yaxşı at da gözəl qız kimi bir şeydir, müştərisi həmişə çox olur. Qız ki qızdır, yaxşı ələ düşəndə görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə olur-baxanda ürəyinin qabığı gedir. At da bunun kimi. Atı zay eləmək asan şeydir.
***
Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-gücünə qiymət qoyuruq.
***
Atın şöhrəti futbolçunun şöhrətinə bənzəyir. Dünən həyət-bacada top oynayan bir uşaq bu gün birdən-birə hamının sevimlisi olur, mahir futbol ustaları ondan danışırlar, minlərcə, milyonlarca adam hər yerdə onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə futbolçunun şöhrəti də artır. Sonra o, tədricən futbol meydanını tərk eləyir və büsbütün unudulub gedir. Dünən hamıdan çox əl çalıb, hamıdan bərk qışqıranlar bu gün onu hamıdan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini başqa birisi tutur. Atın da şöhrət yolu belədir. At da o vaxtacan məşhur olur ki, cıdırlarda birinci gəlir, yarışlardan qalib çıxır. Fərq bircə burasındadır ki, atın paxıllığını çəkən olmur. Atlar paxıllıq eləməyi bacarmırlar, insanlar isə, şükür Allaha, hələ ki, atların paxıllığını çəkmirlər.
***
Nə etmək, ömrün yarısı xəyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir.
***
Ancaq insanı qocaldan təkcə illər deyildi. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.
***
Atalar nahaq yerə deməyiblər ki: “Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürəkli nər eylər, yaxşı əri dillərdə əzbər eylər”.
KKO
XƏBƏR LENTİ
Pirojki xərçəng yaradır, əgər...
Unutqanlıq nədir?
BÜRCLƏR bizə nə vəd edir?- 4 fevral
2019-da nələr dəbdə olacaq?
Dünyanın ən qorxunc zəlzələləri
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Hamiləlik haqqında alimlərin tədqiqatları (2)
Delfinlər
Göyərtinin faydaları
Gənc oğlan su pərisi oldu
İrem Dericidən qəribə cəhd-FOTO
Bakıda sürücülərə və piyadalara "brilliant" veriləcək
Özge Ulusoy yeni FOTOsunu paylaşdı
Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir
Koronavirusa yoluxma riskini üçdə birə qədər azaldan xəstəlik
Kuril adalarında güclü zəlzələ olub
Uşaqlar niyə açıq havada oynamalıdır?
SAÇ HÖRÜLMƏSİNİN SÜNBÜL VƏ KRUJEVA FORMALARI (foto dərs)
Müdriklər demişlər (1-ci hissə)
"Londonlaşırıq": 200-ü də gəlir
2018-in dəbi necə olacaq?
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
Eşqin ömrü nə qədərdir?
Kəsmikli, pendirli ruletlər (foto resept)
Alimlər xəbərdarlıq edirlər: "Yatağınızı yığmayın!"
İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd
İnternetdə 1 dəqiqədə nələr olur?
HAVA necə olacaq?- 1 APREL
Yatmazdan əvvəl üz, dəri və saç qulluğu
Günün ulduz falı
Ərdoğandan Qarabağ çıxışı
Pitaya meyvəsi
Fəza təfəkküründən məntiqi sual(2)
Ayrılıq xəbərləri yalan çıxdı
Türklər erməni iddialarına qarşı
Gülüş-4
Məktəblərdə şagird sıxlığı necə tənzimlənəcək? - AÇIQLAMA
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
Evin kimyəvi havasını təmizləyən bitkilər
2 gün iş olmayacaq
Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
Günün qoroskopu:Bədxərclik etməyin!
Neftçilərin axtarışı dayandırıldı?
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
Dahi cümlələr
Bu ərazidə iki gün işıq olmayacaq
ÜST rəsmisindən XƏBƏRDARLIQ: “Məhdudiyyətlər aradan qalxdıqca...”
Cəhənnəmdən çıxanlar
- ŞƏRHLƏR