Qoç - çətinliklər və problemlərdən xali olmayan gündür. Amma uğursuz zaman da deyil. Başladığınız işləri tez başa vuracaq, nailiyyətlər əldə edəcəksiniz. Mühüm işləri yarımçıq qoymayın. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısında dəyərli təcrübə və önəmli məlumatlar əldə edə bilərsiniz.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv istirahət, gəzinti və idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.
Axşam saatlarında normal istirahət edin. Sevdiyiniz insanı sevindirməyi unutmayın.
Buğa - diqqətli olun. Əsas məsələni unudaraq ikinci dərəcəli detallara həddən ziyadə fikir verməyin. Çoxsaylı, amma qeyri-ciddi səhvləri istisna edin. Sənədlərlə çalışmaq, mürəkkəb hesablamalarla məşğul olmaq üçün münasib zaman deyil.
Günün ikinci yarısında işgüzar danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla ünsiyyət gözlənilən nəticəni verəcək.
Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etməyin, anlaşma və ya sövdələşmələri ertələyin. İşgüzar duyumunuz bu gün sizə xilaf çıxa bilər.
Yaxınlarınızla əlaqədə olun. Mühüm, təcili xəbər gələ bilər.
Əkizlər - öz problemlərinizi unutmağa çalışaraq başqalarının müşküllərinin çözülməsinə həddən ziyadə vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım istəyir, kömək diləyirlər. Amma sizdən sui-istifadə etmək, yararlanmaq niyyətində olanlar da var.
Günün ikinci yarısında maraqlı tanışlıqlar ola bilər. Ancaq təmaslarda sərvaxt olun. Mənasız, yaltaq, həyasız insanlardan uzaq durun.
Gəlirlər və maraqlı işgüzar təkliflər istisna deyil. İş üçün münasib zamandır. Səfər və ya səyahət uğurlu alınacaq. Şəraitin dəyişməsi emiosional durumunuza müsbət təsir edəcək.
Xərçəng - müsbət təmayüllərin təsiri artır. Başladığınız işlərdə və layihədə uğura nail ola bilərsiniz. Bədxah və rəqiblərinizin arasında bir neçəsi irəliləyişinizi görərək susmağa, passivliyə üstünlük verirlər. İndiyədək sizdən uzaq duran şəxslər tərəfdaşlıq və əməkdaşlıq təklif edirlər.
İşgüzar danışıqları və görüşləri günün ilk yarısında başa vurun.
Günün ikinci yarısında müstəqil şəkildə, təkbaşına çalışın. Diqqətli olun, acı yanlışlıqlara yol verməyin.
Axşam saatları fiziki təmrinlər və idmanla məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın.
Şir - işdə münaqişələrə yol verməməyə çalışın. Hətta ən kiçik münaqişə və ya qarşıdurma belə, işdə rəhbərliklə, həmkarlarla münasibətləri korlaya bilər.
İşgüzar danışıqlara, yeni sifarişin müzakirəsinə tək yollanmayın. Yanınızda sizinlə həmfikir insan olarsa, mövqelərinizi daha səbatlı, daha asan müdafiə edə bilərsiniz.
Günün ikinci yarısında maliyyə itkiləri, planlaşdırılmamış itkilər istisna deyil.
Yaxınlarınızla təmaslarda səmimi, həssas olun. Fikirlərinizi gizlətməyin, amma qabalıq da etməyin. Önəmli vədlər verməyin. Onları yerinə yetirmək düşündüyünüzdən də çətin olacaq.
Qız - peşəkar fəaliyyət baxımından uğurlu gündür. İşlərinizdə irəliləmək, çoxdankı rəqibi geridə qoymaq şanslarınız var. Yeni işə, layihəyə başlamaq olar. Gəlir mənbələrinin sayını artırmağa çalışın.
Günün ikinci yarısında maliyyə fonu daha yaxşı olacaq. Artıq unutmağa başladığınız borcu qaytaracaqlar.
Axşam saatlarında yeni münasibətlərə başlamaq olar. İntuisiyanız iti olsun, ilk dəfə gördüyünüz insanın kimliyini az sonra anlamağa çalışın.
Səfərlər pis alınmayacaq.
Gəzintiyə də çıxa bilərsiniz.
Tərəzi - sadə, rahat bir gündür. Maraqlı təsadüflər və uğurlu hadisələr yaşanacaq. Gərəkli istiqamətdə hərəkət edin. Belədə yolunuzda sədlər və maneələr yaranmayacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri işləri başa vura bilərsiniz. Ən yaxşı peşəkar bacarıqlarınızı və məziyyətlərinizi karyeranıza təsir edə biləcək insanlara nümayiş etdirin.
Günün ikinci yarısında anlaşma və sövdələşmələri müzakirə etmək, müqavilə imzalamaq olar.
Emosional fon əlverişlidir. Nikbin və aktiv olun. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla paylaşın. Bu günədək sizə diqqət yetirməyə insanlar indi ünsiyyətə, təmaslara can atırlar.
Əqrəb - gün uğursuz alına bilər. Problem situasiyada və ya hadisələrin inkişaf məcrasında yox, gözləntilərinizlə bağlıdır. Gözləntiləriniz isə çox yüksək, duruma və perspektivlərə adekvat deyil.
Bütün gözləntilərin dərhal həyata keçməməsi ehtimalı ilə razılaşın. Belədə rahatlaşacaqsınız.
Günün ikinci yarısında məqsədə doğru düşünülmüş şəkildə, astadan irəliləyin. Təxribatlara uymayın. Hər addım yaxşı götür-qoy ediləndən sonra atılmalıdır. Şəxsi münasibətilərdə ehtiyatlı olun.
Axşam saatlarında alış-verişə çıxmaq, çoxdan almaq istədiyiniz əşyaları almaq olar. Bəzi ev işlərini ertələyərək maraqlandığınız məsələ ilə məşğul olmaq olar. Pozitiv emosiyalara ehtiyacınız var.
Oxatan - qarışıq, ziddiyyətli gündür. Uğurlar və nailiyyətlər olacaq. Amma nə isə sizi narahat edir. "Nazik buz" üzərində gəzdiyiniz, az sonra hansısa pis hadisənin baş verəcəyi gözləntisi sizdə ciddi nigaranlıq, narahatlıq yaradır. Hisslərinizin əsiri olmayın. İşlərin real durumu o qədər də pis deyil. Problem uğursuz emosional fondadır.
Günün ikinci yarısında sakit olun, sınanmış metodlardan vaz keçməyin. Əhvalınızı korlamayın. Meditasiya və yoqa ilə məşğul olmaq mümkündür. SPA-prosedurlar və idman da pis deyil.
Axşam saatlarında alış-verişə çıxmaq olar. Dostlarla ünsiyyətə vaxt ayırmağı unutmayın.
Oğlaq - sakit, rəvan gündür. İşlərinizlə münasibətlərinizdə köklü dəyişikliklər olmayacaq. Peşəkar fəaliyyətlə bağlı planları reallaşdırmaq, başladığınız işləri bitirmək şansları var.
Günün ikinci yarısında sərvaxt, detallara və xırdalıqlara diqqəli olun. Məqsədə doğru sınanmış, etibarlı yollarla gedin. Kənar yollara çıxaraq eksperimentlər keçirməyin.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Situasiyadan yararlanaraq rəğbət bəslədiyiniz insanla təmasları bərpa edin.
Dolça - inadkar, qətiyyətli olun. Peşəkar fəaliyyət müstəvisində və şəxsi münasibətlər sahəsində irəliləyişə nail ola bilərsiniz. Mürəkkəb tapşırıqlar və çətin məsələlərin öhdəsindən gəlməyə çalışın. Yaşanan hadisələrlə formalaşmış situasiyanın əsl səbəblərini, məzmununu anlamağa can atın. Yaxın ətrafınızdakı insanların görə bilmədikləri qanunauyğunluqları sezin.
Günün ikinci yarısı əmlak və maliyyə ilə bağlı problemlərin həlli üçün əlverişlidir. Ən çətin ixtilafları çözməyə səy göstərin.
Yaxınlarınızla münasibətləri rəvan etməyə can atın. Ailə üzvlərindən birinin istəklərini qulaqardına vurmayın. Başqalarının zəifliklərinə güzəştli yanaşma mənasız mübahisə və ixtilafların qarşısını ala bilər.
Balıqlar - kimsəyə imkan verməyin ki, sizi yanıltsın, aldatsın. Sağlam məntiqə əsaslanın. Təxribatlara uymayın, manipulyasiya qurbanı olmayın. İşgüzar danışıqlar və müzakirələr üçün münasib zamandır. Mövqelərinizi səbatlı şəkildə müdafiə edin, qarşı tərəfin qarşısına arqumentlər qoyun.
Günün ikincim yarısı səfər və ya səyahət üçün sərfəlidir. Yalnız əyləncə, istirahət barədə düşünməyin.
Yeganə ciddi problem ailə üzvləri və ətrafınızdakı insanlarla xoş münasibətləri qorumaqdır.
Buna nail olmasanız, təşvişə düşməyin. Sizdə emosional diskomfort yaradan şəxslərlə təmasları minimuma endirin.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Arıqlamağa kömək edən 3 içki
Körpəyə oyuncaq seçmək
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
Siqareti atmaq üçün az bilinən üsullar
Səbəbsiz olaraq kədərli hiss edirsiniz?
Sabahın HAVAsı
Qadınların coğrafiyası
"Game of Thrones "10 Emmy mükafatını qazanıb
Falçılar niyə sapa düyün vururlar?
Gəlinlərin paradı keçirildi-FOTO
Baytarlıq Xidmətindən "quş qripi" açıqlaması
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Azərbaycan Rusiyada keçiriləcək iqtisadi forumda iştirak edəcək
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Bakıya Yeni İl vitrinlərdən gəlir
Ölkəyə gələn turistlərin sayı artdı
İran XİN Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasını pisləyib
Güzəştli mənzil alanların sayı artacaq
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Diordan çanta kolleksiyası
Ətli blinçik (foto resept)
“Ölümcül mərhələyə qədəm qoyuruq” - Ağ Evdən XƏBƏRDARLIQ
Rəqəmləri birləşdir-6
TQDK ləğv olundu
Gözəgörünməz insan
Kıvanç Tatlıtuğ reklamdan rekord məbləğ qazanacaq
100 il sonra İLK DƏFƏ-FOTO
Daha bir məşhur cütlük boşanır
Yorğunluq yaradan vərdişlər
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Sevgilinizin ailəsi ilə tanışlıq
"Cəbhə xəttindəki gərginlik Formula 1-ə təsir etməyəcək"
Facebook öz ödəmə sistemini yaradır
Manat dollar və avroya qarşı zəifləyib
Demetin evini su basdı - FOTO
Kəbədə ölənlərə şəhid statusu verildi
Novruz adətləri və təbriki
Saç üçün maskalar
140 bina nəzarətə götürülüb
Yanğından xilas olmuş xanım: "Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər"
Birinci xanım xəstə uşağın müalicəsini öz üzərinə götürdü
Xanımların sevdiyi bəzək əşyaları
Ana olmaq asandır, bəs sonra?
Şəhid generalın xanımı - VİDEO
Aforizmlər
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Fındıq əzməli şokoladlı keks (foto resept)
Dərmanla əzələ "şişirdən"lər -FOTO
