Mənim də çoxları kimi gözəl bir ailəm var. Bir qız övladı böyüdürəm. Uzun illər idi ki, yoldaşıma işə düzəlmək üçün yalvarırdım. Bir çox qadınları misal gətirir, onlar kimi geyinmək, bəzənmək və xarici ölkələri gəzmək arzusunda olduğumu deyirdim. Amma yoldaşım pis qazanmırdı. Uzun-uzadı yalvarışlardan sonra yoldaşımdan razılıq alıb iş axtarmağa başladım. Özüm haqda işədüzəlmə bürolarına məlumat verdim. Bir həftədən sonra bir zəng gəldi. İşlə əlaqədar olaraq söhbətə dəvət etdilər.
Bax buna deyərəm əsl şans. Böyük bir şirkətə, yüksək maaşlı bir işə dəvət etdilər. Sevindiyimdən göyün yeddinci qatında idim. İnana bilmirdim ki, az bir müddətdə belə bir iş tapdım.
Müdirim cavan bir oğlan idi. Adı Fuad idi. Ciddi adama oxşayırdı. Artıq neçə aylardı bu şirkətdə çalışırdım. İşimin öhdəsindən çox yaxşı da gəlirdim.
Müdirim mənim iş saatımı da uzatmışdı. Artıq ailəmi, qızımı da gec-gec görürdüm. Bir gün şirkətdə yamanca çaxnaşma düşdü. Hər kəs müdirin otağına tələsirdi. Müdir məni də otağına çağırmışdı. Dəhlizboyu müdirin otağına gedənə kimi əl-ayağım yaman əsirdi. Görəsən, nə olmuşdu, müdir niyə işçilərini çağırmışdı.
Müdir hamını otağa yığandan sonra şirkətin yaşadığı problemlərdən danışıb bir çox işçilərin ixtisara salınacağı haqda məlumat verdi.
Dözməyib müdirə yalvarmağa başladım.
- Fuad müəllim, mən öz işimi itirə bilmərəm. Bu iş mənim üçün çox vacibdir.
Fuad mənə təəccüblə baxıb dedi:
- Axşam mənim yanıma gələrsiniz, Sevda xanım. Biz bu barədə ətraflı söhbət edərik.
İş gününün qurtarmasına lap az qalırdı. Mənim üçün saat bitmək bilmirdi. İşcilərin çıxıb gedəcəyini gözləyirdim ki, gedib müdirin otağında işdə qalmaq barəsində ətraflı söhbət edim.
Saat 6 tamam idi. Artıq işçilər evlərinə gedirdilər. Mən şirkətin boşaldığını görüb tez-tələsik müdirin otağına getdim. "Görəsən, o mənə nə deyəcək, məni işimdə saxlayacaqmı? Nə desə, razılaşacağam, təki işdən çıxartmasın".
Müdirin otağına daxil oldum.
- Sevoçka, gəl, səninlə söhbət edək.
Fuad mənə divanda əyləşməyi təklif etdi. Özü də mənim yanında əyləşdi.
Fuadın əli yavaş-yavaş çiynimə dəydi. Öncə nə baş verdiyini başa düşmədim. Bir neçə saniyədən sonra o, qucaqladı. Onu itələməyə başladım. Fuad isə qulağıma pıçıldayaraq dedi:
- Gözəlim, sən ki, istəmirsən biz ayrılaq...
Artıq özümü itirmişdim. Elə bil əllərim, ayaqlarım tutulmuşdu. Fuad isə öpməyə başladı. Mən quruyub qalmışdım. Sanki bu belə də olmalı idi. Artıq heç nə edə bilmirdim. Ondan sonra baş verənləri xatırlamaq belə istəmirəm.
Fuad istəyini həyata keçirdəndən sonra otaqdan çıxdım. İşdən çıxıb dəniz kənarına getdim. Yolboyu ağlayıb fikirləşirdim.
- "Bütün bunlara dəyərdimi? Mən həyatımı məhv etdim. Bundan sonra necə yaşayacağam? Həyat yoldaşım bilsə, neyləyəcəyəm? Mən özüm həyatımı məhv etdim. Qızımın üzünə necə baxacağam?"Evə gələndə ailəmin üzünə baxmağada utandım.Tez vanna otağına keçdim. Duşun altında qalıb sanki bu çirkabı su ilə yuyub aparacağıma inanmaq istədim.
Səhər işə gələndə mənə şad xəbər verdilər ki, müdir müqaviləmin vaxtını uzadıb. Yenidən şirkətdə qalıb işləyə bilərdim.
Heç nə olmamış kimi şirkətdə işləməyə davam etdim. Bu neçə ayı özümü elə aparırdım ki, guya aramızda heç nə olmayıb. Düşünürdüm ki, hər şey yenidən yaxşıdır və yaxşı da olacaq. Amma bir gün yenə də Fuad məni axşama öz kabinetinə çağırdı. Yenidən həyəcan bürüdü. Yəni, hər şey yenə də təkrarlanacaq. Yox ola bilməz. Amma bu dəfə qərar verdim ki, müdirin otağına onun istədiyi kefi üçün yox işdən çıxmaq barəsində ərizəm ilə gedəcəm.
Otağa girəndə Fuad öz iyrənc hərəkətlərini yenə də həyata keçirmək istəyirdi ki, ərizəmi masanın üzərinə qoydum. Fuad heç təəccüblənmədi. Elə bil bu ərizəni gözləyirdi. Ərizəyə imza atıb yola saldı. Bu hadisəni bu günə kimi kimsələrə bildirmədim. Bu gün heç nə olmamış kimi qızımı böyüdürəm. Özümü çox qınayıram. Özümü bağışlaya bilmirəm. Sadəcə tamahımın badına getdim. Düzdür, bu gün yoldaşım, yaxınlarım, qızım ətrafımdadır. Amma əvvəlki kimi üzüm gülmür. Çox peşmanam çoox.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR