Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün... Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim... Uşaq evi-bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa, kiməsə möhtac olmamağı bizə öyrədəcək... Uşaq evi bizə hər şeyi öyrətsə də, bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi.
Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq... Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ''Dur bala, səhər açıldı.'' desin mənə. Amma o səsi eşitmədim. Siz bəlkə də bezərdiniz ananızın sizə ''Evə gecikmə, tez gəl.'' deməyindən, amma kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim...
Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü. Biz orada bir cümləni tez-tez eşidirdik, ''Hər qaranlıq gecənin işıqlı bir sabahı var''. Amma biz o işığı görə bilmədik...
Beləcə, ümidlərlə yaşayaraq o işığı gözlədik, amma gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi. O işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu...
Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin.
Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin. Sən anasız böyümək nədir bilirsənmi? Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi? Allah eləməsin ki, biləsən... Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi? Sən yalnızlıq nədir bilirsənmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Maksim səhhətinə görə uzun müddət oxumayacaq-FOTO
Yeni nəsil istehlak vərdişlərimiz
Uşaq ensiklopediyası (4)
"Neftçi" üçün "ölüm-qalım" matçı
Nikolas Keyc aktyorluqla vidalaşır
Antarktidada QEYRİ-ADİ Tapındı-FOTO
General Motors-un başı bəlada
Payız trendləri açıqlandı
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri - VİDEO
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
Rusiyaya sanksiyalar artacaq
Gəlinlik nümunələri
"Göbələk şuba" salatı
"Çaxoxbili" - Gürcü mətbəxi (foto resept)
Emin Ağalarov Cümhuriyyətin 100 illiyinə MAHNI HƏSR ETDİ - VİDEO
Filip Kirkorov sosial şəbəkədə məşhur geyim brendini reklam etdi - FOTO
HAVA necə olacaq?- 2 APREL
Yuxusuz körpələr
Təki sən gülümsə...
Bal haqqında gələn xəbərlər
Tulin Şahin məhkəməlik oldu
Almaniya - Braziliya: hansı kanalda?
Bilik var adamı kor edər, bilik də var...
Azərbaycan alimlərindən daha bir ilk
Xanımlar üçün müxtəlif geyimlər
Çiyələkli dondurma (foto resept)
ABŞ İraqda İŞİD-in mövqelərinə aviazərbələr endirib
Gözəl qadın kişi sağlamlığı üçün xeyirlidir
Sevimli aksessuarımız çantalar
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Simmetrik çevrələr
2020-ci ilin bürclər üzrə PROQNOZU
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Sinqapurda hava taksisi sınaqdan keçiriləcək
Fəxriyyə Xələfova stili
Hamiləlik zamanı qrip
6 ayda 7 minədək boşanma - STATİSTİKA
Yanğından xilas olmuş xanım: "Xilasedicilər bizim qayığa yaxınlaşa bilmirdilər"
Hava haqqında - 19.12.2013
HAVA necə olacaq? 1 İyul
Məşhurların gözəllik sirləri
30 illik kassanın içindən çıxanları görəndə gözlərinə inanmadı
Putin: Suriyanı Xəzərdən bombalayırıq
10 ən əsas insan qorxusu
Düşüncələrim...
Kəpəyə qarşı bitki mənşəli həll
Yağlı dəriyə qulluq necə olmalıdır?
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Teleaparıcı efirdə pərt oldu
- ŞƏRHLƏR