Mən müəllim ailəsində anadan olmuşam, yəni həm anam, həm də atam müəllim olub. Hələ bu azmış kimi babam, əmilərim, dayılarım - hamısı müəllimlik fəaliyyəti ilə məşğul olublar. Amma qəribəsi budur ki, heç vaxt ziyalı ailəsinə mənsub olmağımla fəxr etməmişəm. Daha doğrusu, fəxr edə bilməmişəm və ən qəribəsi isə odur ki, müəllim ailəsindən olduğum üçün həmişə mənə yuxarıdan aşağı baxıblar. Valideynlərimin nə işlə məşğul olduğu ilə maraqlananda isə hamının bir cavabı olub: “Müəllimdir də, acından ölən müəllim”. Bu sözlər ömrüm boyu qulaqlarımda cingildəyib. Valideynlərimin bizi necə əzab və məhrumiyyətlərlə böyütdüklərini məndən yaxşı heç kəs təsvir edə bilməz. Ona görə də bu şərəfli və məsuliyyətli peşəyə lap uşaqlıqdan nifrət etmişəm. Ona görə nifrət etmişəm ki, o günləri bir də həyatımda yaşamayım. Mən çəkdiyim əzab-əziyyəti övladlarım çəkməsin. Evimiz məktəbi xatırladardı. Təsəvvür edin ki, qohumlarımız bizə qonaq gələrdilər və ancaq dərsdən, dərs bölgüsündən, məktəb rəhbərliyinin haqsızlığından danışardılar. Bir də çatışmazlıqlar. Bəlkə də bu sənətə nifrət etməyimin səbəbi bununla bağlı idi. Amma ən əsas səbəb isə barmağımdakı döyənək idi. Məktəbi bitirməyimə az qalırdı. Test imtahanları hələ yeni tətbiq olunmağa başlayırdı. Şəhər uşaqlarından fərqli olaraq biz – kənd uşaqları testin nə olduğunu, necə işləndiyini bilmirdik. Müəllimlərimiz əllərindən gələni edirdilər ki, şagirdlər imtahanda öz biliklərini lazımınca nümayiş etdirə bilsinlər. Bizim sinif uşaqlarından Fərman kimyaya aid test tapşırıqları kitabçası əldə etmişdi. Sinfə gətirəndə hamının marağına səbəb oldu. Kitabça əl-əl gəzdi. Təbii ki, istəyən də çox oldu. Uşaqlar Fərmandan xahiş etdilər ki, onlar üçün də kitabça gətirsin. Pulunu da verəcəklər. Siyahı tutuldu. Hamının adı yazıldı, təkcə məndən başqa. Çünki evdəki vəziyyəti bilirdim. Bilirdim ki, mənə üç min manatı (o vaxtkı pulla) verə bilməyəcəklər. Ona görə istəmədim.
Nəhayət, test kitabçaları gəldi. Bütün sinfə paylandı, məndən başqa. Sinfin əlaçı şagirdi idim. Müəllimlərin sevimlisi! Mənim kitabça almamağım hamını təəccübləndirdi. Uşaqlar hərə bir söz dedi: "Özünə arxayındır", "Testi neyləyir, bilir ki, qəbul olacaq!", "Bizim kimi deyil ki!" Amma əsl səbəbi heç kim bilmədi, demədim. Özümə sığışdırmadım bunu. Heç valideynlərimin də xəbəri olmadı. Kimdənsə kitabçanı baxmaq üçün istəyə bilmirdim. Daha doğrusu, necə istəyəcəyimi bilmirdim. Elə bu zaman sinif yoldaşım Adilə mənə yaxınlaşdı: "Sənə bir işim düşüb, amma heç kim bilməsin." Təəccübləndim. Maraq məni bürüdü. Çünki Adilə, adətən, mənə yaxınlaşmazdı. Bəzən salamı da dilucu verərdi. Onun öz “kruqu” var idi. İndi mənə yaxınlaşıb belə deməsi maraqlı idi. Kənara çəkildik. Pıçıltı ilə: "Test kitabçasını sənə versəm, cavabları mənim üçün yazarsan?" Sevincimdən özümü itirdim. Çünki bayaqdan kitabçaya baxmaq istəyirdim. Amma kimdən istəyəcəyimi bilmirdim. İndi Adilənin belə deməsi mənim üçün göydəndüşmə oldu. Nə deyəcəyimi bilmədim. Susduğumu görən Adilə: "Yazmaq istəmirsənsə..." Tez-tələsik dilləndim: "Yazaram, niyə yazmıram." "Səhər verərsən." "Yaxşı". "Amma heç kim görməsin ha!" Bunu deyib əlindəki dəftərin arasında gizlətdiyi testi gizlincə mənə verdi. Alıb tez gizlətdim. Uçmağa qanadım yox idi. Evə gəldim. Paltarımı dəyişib, yemək yeyən kimi tapşırıqları həll etməyə başladım. Bu zaman ağlıma qəribə fikir gəldi: kitabı bütövlükdə köçürtmək! Bütün gecəni yazdım. Bütün gecəni! Səhər dərsə getmək üçün məni yuxudan güclə oyatdılar. 16 yaşlı uşaq üçün bütün gecəni yatmayıb yazmağın necə əzab olduğunu özünüz təsəvvür edin! Məktəbə gəldim. Testi cavablarla birlikdə Adiləyə qaytardım. Heç “Sağ ol” da demədi. Mən də incimədim. Dərsdə otura bilmədim. Yuxu məni aparırdı. Həm də barmağım ağrıyırdı, şişmişdi. Yazı yaza bilmədim. Çünki sağ əlimin orta barmağı döyənək olmuşdu! İcazə alıb evə gəldim. İndi də o döyənək barmağımdadır.
Bircə onu deyim ki, sinfimizdən ali məktəbə təkcə mən qəbul oldum! Ali məktəbə hazırlaşanda özüm-özümə söz vermişdim ki, nə olursa-olsun müəllim olmayım. Amma heyhat, sən saydığını say, gör fələk nə sayır. Fələk mən saydığımı saymadı. Bu bəlkə də həyatın bir istehzası idi. Mənim və valideynlərimin hər cür müqavimətinə baxmayaraq müəllim oldum. Fikirləşməyin ki, peşmanam. Əksinə, indi sevirəm bu peşəni. İndi valideynlərimi daha yaxşı başa düşürəm. Başa düşürəm ki, az əməkhaqqı almalarına, hər cür çətinliklərə baxmayaraq, onlar da seviblər bu sənəti. Bəlkə də bu bir alın yazısıdır. Mən indi “Müəllim olmaq istəyirəm” deyən şagirdlərimə bir cavabım var: ”Düşünün! Çünki bu peşə şərəfli olduğu qədər də çətin və məsuliyyətlidir!”
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğruluğun mükafatı
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
İnstaqramda trendə çevrilən geyimlər
Nikinizin mənasını bilirsinizmi?
Meyvə-tərəvəzlə arıqlayın
Rusiya brendləri
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Haçalanan saçlar üçün maska.
"Donuz qripi"nə yoluxan aktrisa hər kəsi QORXUTDU - FOTO
Saçları gücləndirən və qoruyan maska
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
Saç rezinləri
Yaponiyada koronavirusa rekord yoluxma
Sev ki, sevən mərd olar...
Vitaminlərin sirləri
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldinyo çoşqa uğrunda mübarizə apara bilər
Məşhur aktyor metroya mindi, tanıyan olmadı
Sosial şəbəkədən pul qazana bilərsiniz
Kişilərə söyləyərkən diqqət edəcəyiniz məqamlar
Onu özünə aşiq et!
Məşhur müğənnin səhnə geyimi müzakirə olunur - FOTO
Bakıda sürücü fırıldağı: işığı yandır...
Artur Rasizadənin oxşarı tapıldı
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Aprel ayının qalibləri!
Bu film hər kəsi GÖZ YAŞLARINA BOДћDU - VİDEO
Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
Namaz və onun qaydaları (7-ci hissə)
Sürücülük vəsiqələri smartfonlarda olacaq
Hamilə Miranda Kerr -FOTO
Benzinin qiymətindəki dəyişlik Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək
Yoqaya indi başlamağınız üçün 12 səbəb
WhatsApp-da əla yenilik
Hava necə olacaq?
Soyuqdəyməni bir günə necə çıxarmalı?
Ana südü uşaqları bundan da qoruyur
Radio və televiziya işçilərinin peşə bayramıdır
Dostları sayəsində dünyanı gəzdi
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Ulduz falı nə dərəcədə düzdür?
Xalq inancları
Naftalanda qeyri-adi layihə
Azərbaycanda qadınların bəzi iş yerlərində çalışmaları qadağan ediləcək
Burak Özçivitdən ilk dəfə -FOTO
Almaz daşı
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Prezidentin köməkçisindən təqdirəlayiq addım - VİDEO
Kiçik xalçaların toxunma qaydası (Video)
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
- ŞƏRHLƏR