Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Tomris
(e.ə. VI əsr)
E.ə. VII əsrdən etibarən Şimali Qafqaz, Krım yarımadası və Qara dəniz sahillərində yaşayan qədim türkdilli xalqlar - kimmer, skit, saklar cənuba doğru köç etməyə başlayırlar. Onların böyük qismi Qafqaz dağlarını aşaraq Azərbaycan ərazisində məskunlaşır.
Azərbaycanın şimal və qərb rayonlarında kimmerlər məskən salırlar. Onlardan bizim dövrümüzədək Qımır, Qımırlı, Qəmərli, Kəmərli adları ilə tanınan kəndlər yadigar qalmışdır. Sak tayfaları şimal-qərb rayonlarında, həmçinin Kür və Arazın qovuşduğu yerdə və Araz çayından Urmiya gölünün şimalınadək uzanan ərazilərdə məskunlaşırlar. Onların məskunlaşdığı ərazilər Balasakan, yəni "sak düzü", Sakatala, yəni "sak otlağı" (indiki Zaqatala), Sakasena, yəni "saklara bənzəyənlər" adları ilə tanınırdı.
Skit tayfa birlikləri əsasən indiki Cənubi Azərbaycan ərazilərində məskunlaşmışlar. Tədricən yerli əhali ilə qaynayıb-qarışmış tayfalar Azərbaycanı özləri üçün vətən sanmış, əzəldən burada yaşayan əhali ilə bərabər ölkəmizdə quruculuq işləri ilə məşğul olmuş, ərazilərimizi düşmənlərdən qorumuşlar.
Kimmer, sak, skit tayfa birliklərinə onlarca ayrı-ayrı tayfalar daxil idi. Bu tayfalar arasında sak tayfa birliyinin tərkibində olan massagetlər seçilirdilər. Onlar əsasən Şimali Azərbaycanda - Araz çayı sahilində məskunlaşmışdılar.
E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırmışdır. Massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Mal-qara, süd, ət, yun, dəri məhsulları istehsal edən massagetlər qonşu xalqlarla ticarət əlaqələri qurur, məhsullarını onlara satır, özlərində olmayan məhsulları isə onlardan alırdılar. Köçəri həyat tərzi sürmələrinə baxmayaraq sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Massagetlər ölülərini torpaq qəbirlərdə dəfn edir, axirət dünyasına, ölümdən sonrakı həyata inandıqlarına görə mərhumun yanına qab-qacaq, silah, bəzək əşyaları qoyurdular. Ən hörmətli şəxslərin
qəbirləri üzərində kurqan ucaldılırdı. Belə kurqan qəbirlərə yüzlərcə müxtəlif bahalı əşyalar - qızıl və gümüş qab-qacaq, daş-qaşlarla bəzədilmiş bilərziklər, boyunbağılar, üzüklər, silahlar qoyulurdu.
Massagetlərdə hər bir həddi-büluğa çatmış kişi döyüşçü hesab olunurdu, həmçinin qadınlar və yeniyetmələr də silah işlətməyi bacarırdılar. Massagetlərin ordusu təkcə süvarilərdən ibarət idi.
E.ə. VI əsrin 40-cı illərində massagetlərin tayfa başçısı vəfat etmiş, onun oğlu kiçik olduğundan müvəqqəti olaraq tayfa başçısı vəzifəsinə onun həyat yoldaşı Tomris seçilmişdir. Massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olmuşdur.
İran Əhəməni dövlətinin banisi II Kir işğalçı siyasət yürüdərək qısa müddət ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdir. Yüz minlərlə döyüşçüsü olan Əhəməni ordusunda süvarilər, piyadalar, dəvə süvari dəstələri, daş atan
qurğular da var idi. Midiya, Lidiya, Babil kimi dövrün möhtəşəm dövlətlərinin mövcudluğuna son qoyan II Kir dünyanın hakimi olmaq fikrinə düşmüşdü. Qərbdə rəqiblərini məğlub etdikdən sonra o, şimala - Araz çayına doğru üz tutur. Onun fikri burada yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.
II Kir massagetlərin başçısı Tomrisə məktub yollayaraq ondan tabe olmağı tələb edir. Məktubu alan Tomris dərhal tayfanın ən müdrik və təcrübəli şəxslərindən ibarət ağsaqqallar şurası çağırır və məktubu səsləndirir. Massagetlər ya II Kirin tələbini qəbul edib qul olmalı, ya da onun tələbini rədd edib ağır müharibəyə hazırlaşmalı idilər. Azadlıqsevər massagetlər ikinci yolu seçirlər - Tomris II Kirə rədd cavabı verir.
Rədd cavabı alan II Kir bərk qəzəblənir və böyük ordu ilə şimala doğru yürüşə başlayır. Qoşunlarının başında II Kir özü dururdu, o, massagetləri qırmaq, onlann qanını şəxsən axıtmaq istəyirdi. II Kirin orduları Arazı keçərək şimala doğru irəliləyirlər. Massagetlərin qoşunları tədricən geri çəkilirlər. Onlar kəşfiyyatçılarından düşmənin sayca çox üstün olması barədə məlumat almışdılar. Ona görə də massagetlər geri çəkilərək düşməni sərhəddən uzaqlaşdırmaq, sonra kəskin zərbələrlə onun qüvvələrini zəiflətmək və nəhayət, son zərbə ilə düşməni tam məhv etmək qərarına gəlirlər. Massagetlərin ordusu üç hissəyə bölünür: birinci hissə Əhəməni qoşununun qarşısına çıxır və onu öz ardınca susuz, səhralıq yerlərlə aparır. Bu hissənin başında Tomrisin oğlu dayanırdı və o, vaxtaşırı Əhəmənilərə zərbələr vuraraq onlan sanki döyüşə səsləyir və yenidən geriyə çəkilərək ölkənin dərinliklərinə aparırdı. Bu hissəni təqib edən II Kir elə zənn edirdi ki, onun önündə bütün massaget ordusu cəmləşib. Əslində isə massagetlərin əsas qüvvələri Əhəməni ordusunun sağında və solunda cəmləşmişdilər. Əhəməni qoşunu sərhəddən uzaqlaşdıqdan sonra massagetlərin bu qoşunları hücuma keçərək II Kirin ərzaq və su ehtiyatlarını məhv edir, onun öz ölkəsi ilə əlaqələrini tam kəsir.
Təhlükəni başa düşən II Kir müharibəni tezliklə bitirmək qərarına gəlir. Onun qoşunları irəli atılır və massaget ordusunun birinci hissəsinə çatır. Döyüş zamanı massaget döyüşçülərinin əksəriyyəti və onların başçıları - Tomrisin oğlu həlak olur. Lakin onlar vəzifələrini yerinə yetirmişdilər: düşmən ordusu öz ölkəsindən xeyli uzaq düşmüş və mühasirəyə alınmışdı. Oğlunu itirmək Tomris üçün nə qədər ağır olsa da, o, ordusunda ruh düşkünlüyü yaranmaması üçün bunu biruzə verməməyə çalışır.
Massaget qoşunları II Kirin ordusunu sağdan və soldan dövrəyə alır. Geriyə qayıtmağa çalışan II Kirin ordusu ilə massagetlərin arasında ağır döyüş baş verir. Massagetlər torpaqlarını, vətənlərini qoruduqlarını anladıqları üçün böyük rəşadətlə vuruşurlar. Üstəlik onlar həlak olmuş yoldaşlarının qisasını almağa can atırlar. İşğal məqsədi ilə Azərbaycana gəlmiş Əhəməni döyüşçüləri isə canlarını xilas edib Arazı keçməyə çalışırlar. Sayca az, lakin mənəvi baxımdan üstün olan, qələbə ruhu ilə yaşayan massagetlər qalib gəlirlər.
Əhəməni qoşunları darmadağın edilir, II Kir öldürülür. Döyüşdən sonra Tomris II Kirin cəsədini tapdırır və onun boynunu vurdurur. Tomrisin əmri ilə II Kirin kəsilmiş başı qanla dolu çuvala atılır və bu zaman o, məşhur kəlamını deyir: "Sən qan içməyə gəlirdin. Doyunca iç".
Tomris və onun döyüşçüləri böyük qurbanlar hesabına olsa da, torpaqlarını düşmən tapdağına vermirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ebola virusu qadağaya səbəb oldu
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Kosmetik vasitələrdən istifadə qaydaları
Virtual aləmin reallıqları
Görünməz olmağı bacaran heyvanlar
Sabahın HAVAsı
Azərbaycanda qızıl hasilatı kəskin artıb
Sadə geyim modelləri
Yeni pələng ilində pələng stili
Az kalorili məhsullar - 2
Qadın.Netlilərin körpələri - 5 (Son)
135 kiloqram olan qadın arıqlayıb model oldu-FOTO
Valideynlərin 4 səhvi
Azərbaycanda "Formula-1" 2015-ci ilin payızında keçiriləcək
Günün ulduz falı
Alma ağacları kütləvi şəkildə kəsirlir
İsti havada düzgün qidalanma qaydası
Qadın qısqanclığı
Ebru Şallının sirri məlum oldu
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (1)
Yeni 10 manatlıq əskinaslardan qorxanlar var-FOTO
Buxağın sallanma səbəbləri
Aleyna bikinili FOTOsunu paylaşdı
Müəllimlərin məzuniyyət pulunun verilməməsi ilə bağlı xəbərlərə NAZİRLİKDƏN REAKSİYA
Qaynar Volkswagen göstərildi
Daha yaxşı hiss etmək üçün 3 bitki çayı
Ət kəsimi və satışına nəzarət gücləndirilir
Falçılar niyə sapa düyün vururlar?
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Tost (foto resept)
İdman zalları niyə açılmır? - RƏSMİ
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Maykl Cekson dirildi – VİDEO\FOTO
Ali məktəblərin boş qalan yerlərinə qeydiyyatı başa çatdı
Afaq Bəşirqızı üçün özəl gün
XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz
Günəşimdir mənim dilim!
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Qeyri-adi corablar
Bakı metrosunda tətbiq olunacaq QAYDALAR - VİDEO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
İlin ən möhtəşəm qadınları seçildi
Castin toydan sonra 5 milyonluq villada yaşayacaq - FOTO
Günün ulduz falı
Qadınların 7 günahı
Ancelina Coli ərə gedir
Millimiz bu ölkələrlə qarşılaşacaq
Dünyanın ən bəxtəvər ölkəsinin adı açıqlandı
Zelenski Belarus xalqına müraciət etdi
Saç rənginə görə makiyaj
- ŞƏRHLƏR