Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Rusiya Qarabağa qoşun yeridir
Azərbaycanda koronavirusa yoluxmanın artmasının əsas səbəbi açıqlandı - RƏSMİ
ABŞ Azərbaycan neftinin idxalını azaldıb
Dollar yenə ucuzlaşdı
Əfqanıstanda partlayış: 11 ölü
"Gəlin barmağı" tortu (foto resept)
İzmirdə binanın çökmə anı – VİDEO
HAVA necə olacaq?-16 yanvar
Reklamlar uşaqlarınızı obsessiv edir
Tulum modelləri
Fahriye Evcen 4 aylıq oğlu üçün məktəb axtarır
Dişlərə ziyan verən vərdişlər
Messi ikinci dəfə ata olacaq
Bəzi qadınlar niyə tənhadır?
Körpə ağlamağında gizlənən fayda
Ağacda 250 növ alma bitir
Koronavirusu amerikalı professor Çinə satıb? – Röyter açıqladı
İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Diqqət! Şifrələrinizi dəyişdirin
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Təhsil Nazirliyi əhaliyə müraciət etdi
78 ildir yemir və içmir
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
Azərbaycanda satılan ən ucuz – 10 AVTOMOBİL
Məşhur cütlükdən AÇIQLAMA
Körpələrdə diş ağrısını azaltmaq üçün nə etməliyik?
Selma Hayekdən 100 milyonluq yardım
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Ağsaqqallar Şurası yığıncaq keçirib
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Sentyabr ayının qalibləri!
Məryəm Üzərli əvvəlki gözəlliyini bərpa etdi-FOTO
Hikmətli sözlər
Xəstənin yumurtalığından 37 kq-lıq şiş çıxarıldı
Sualtı Wi-Fi şəbəkəsi olacaq
İnsanlar və əsərlər arasındakı uyğunluq
Qadınların kişiləri qorxudan 9 xüsusiyyəti
Serdar Ortaçın anası oğluna mahnı həsr etdi – VİDEO
Meyvə qabıqlarının faydaları
Qeyri-adi faktlar
Merilin Monronun heykəlini oğurladılar
Krediti olanlar oxusun-video
10 gün qida boyası içdi-ŞOK NƏTİCƏ-FOTO
Onlar necə məşhur oldu?
Dərini cavanlaşdıran kələm maskası
Uçarkən ürəyiniz rahat olsun deyə…
Azərbaycanda dronlara icazə verildi
Dadlı kükü(foto resept)
- ŞƏRHLƏR