* 1 dəstə üzərliyi (toxumu və yarağı) döyüb 100 qr sirkədə qaynadıb alınan məlhəmi təpitmə kimi dalağın üstünə yaxıb bağlayın. Müalicə 5-6 gün təkrar olunandan sonra dalağın şişi çəkilir və ağrı kəsir.
* Yulğunun təzə çıxan zoğlarını döyüb sirkə ilə qaynatdıqdan sonra təpitmə kimi dalağın üstünə yaxıb sarımaq lazımdır. Müalicə bu qayda ilə 3-4 gün davam etdirilərsə, xəstəlik sovuşub gedər.
* Əgər dalağın böyüməsi, istiliklə müşahidə olunursa, onda belə etmək lazımdır: balqabağın qurudulmuş qabığından 4qr götürüb döyür və 30qr sirkə ilə qarışdırıb içirlər. 3-4 gün davam etdirilərsə , xəstəlik sovuşub gedər.
* Turp toxumunu yumşaq döyüb, sirkə ilə qarışdırıb vam odda qaynatdıqda sonra dalağın üstünə təpitmə kimi qoymaq məsləhətdir. Müalicə 5-7 gün davam etdirilir.
* Vəzərini üzüm sirkəsində qaynadıb günəş altında qurudurlar. Sonra onu buğda ununa qatıb çörək bişirib və yenidən qurudub döyürlər. Hər gün ondan bir qədər götürüb su ilə qarışdırır və təpitmə kimi dalağın üzərinə qoyub sarıyırlar. Bu, çox faydalı üsullardan sayılır.
* Quzuqulağının kökünü çıxarır, yuyub təmizləyir xırda- xırda doğrayırlar onun üstünə sirkə töküb vam odda qaynadırlar. Alınan məlhəmi isti-isti dalağın üzərinə təpitmə kimi qoyub sarıyırlar. Bunu səhər və axşam təzələyirlər. Bu müalicə dalağ ağrılarında müsbət təsir göstərir və xəstənin halını yaxşılaşdırır. Müalicə ağrı sovuşub gedənədək davam etdirilir.
* Əyər dalaq şişi sidiklə əlaqədar olarsa, sidiyin rəngi dəyişərsə, onda xalq təbabəti biliciləri məcnun söyüdündən istifadə etməyi məsləhət bilmişlər. Məcnun söyüdün yarpağını toplayır, kölgədə qurudur, döyüb toz halına salırlar. Ondan hər səhər 5 qr. şəkərlə və balla ac qarına qəbul edirlər. Bu faydalı müalicə üsulunu 8-10 gün davam etdirirlər.
* Eyni miqdarda yarpız və adi paxla götürün. Onları bir yerdə kütlə halına düşənə qədər döyün. Sonra üzərinə sirkə əlavə edib bişirin. Alınan məlhəmi isti-isti dalağın üzərinə yaxıb yun parça ilə sarıyın. Bu xeyirli müalicəni ağrı dəf olunanadək davam etdirin.
* Eyni çəkidə xardalı və yetişmiş ənciri yaxşı döyüb, kütlə halına saldıqdan sonra həmin məlhəmdən təpitmə kimi istifadə etmək müsbət nəticə verir. Dalağın şişi çəkilənə qədər müalicəni gündə iki dəfə səhər və axşam davam etmək lazımdır.
* 1 stəkan üzüm sirkəsini 1 butulkaya töküb ağzını bağlamaq və onu qaynar suyun içinə salıb qızdırmaq lazımdır. Sonra bir parça keçəni qızdırılmış sirkəyə batırıb (isladıb) dalağın üzərinə qoyub, yun parça ilə bağlamaq da təsirli vasitələrdən biri hesab olunur.
Qədim türkəçarəçilər belə edirlərmiş: bağanın çanağını yandırıb, külünü dalağı üzərinə sürtüb bağlayırlarmış. Bunu bir neçə dəfə təkrar etməklə xəstəliyi yüngülləşdirirlərmiş.
* Dalaq xəstəliklərində yaxşı təsirə malik dərmanlardan biri belə hazırlanırmış: eyni miqdarda yarpızı və nanəni əzib kütlə halına salır, üzərinə şəkər əlavə edib qaynadır və məlhəm alırlarmış. Onu dalağın üzərinə yaxıb sarıyırlarmış. 5-6 dəfə belə sarğıdan sonra xəstə sağalarmış.
XƏBƏR LENTİ
2014-cü ilin dəbli geyimləri
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Dünyanın diqqəti Eboladan yayınır
"Ana" və "ata" olmayacaq
İldə bir milyon Azərbaycanlı İrana müalicə məqsədi ilə gedir
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Sabahın HAVAsı
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib
Son sutka ərzində Rusiya Qarabağa 20 təyyarə göndərib
Namaza başlamazdan əvvəl...
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
91 yaşlı qadın həyatında ilk dəfə pasport aldı-FOTO
Marsda çəkilən şəkil alimləri ümidləndirdi
Bengü qızı üçün paylaşdı-FOTO
“Fənərbaxça” lider oldu
Yaponların bu ixtirası hər kəsi QƏZƏBLƏNDİRDİ-FOTO
İxtisas seçimi başladı
Ağlaması körpənin həyatını xilas etdi - FOTO
iPad mini-də Retina olacaq
İçlikli ət ruleti (foto resept)
Sıla ana olmaq istəyir
Şabalıd haqqında bilmədiklərimiz
DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
Mehriban Əliyeva uşaq sığınacağının açılışında - FOTO
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Bu yazın ən sevimlisi kimonolar
TQDK-dan imtahanlarla bağlı açıqlama
"Facebook"dan qorxulu yenilik
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Badımcanlı- toyuqlu zapekanka (foto resept)
Mənim əl işlərim
Hava haqqında - 28.01.2014
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
HAVA necə olacaq?-19 noyabr
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Hava haqqında
Zoğallı tart (foto resept)
Məşhurlar ziyafət gecələrində
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”
Bu avtomobil yalnız 25 nəfərə qismət olacaq
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
2017-ci ilin payız ayaqqabıları
Bakıda yolunuzu seçərkən diqqətli olun
İçlikli kabak (foto resept)
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Şarlardan dekorasiyalar
- ŞƏRHLƏR